Həmməruzəçilər Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırır

Avropa Şurası Parlament Assambleyası Monitorinq komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Füzuli rayonunun Alxanlı kəndində baş vermiş hadisədən narahatlıqlarını ifadə ediblər və 2 yaşlı uşaq da daxil olmaqla, dinc sakinlərin həyatını itirməsindən təəssüfləndiklərini bildiriblər.
 
APA-nın verdiyi məlumata görə, bu barədə Ermənistan üzrə həmməruzəçilər Alan Meale, Cuzeppe Galatinin və Azərbaycan üzrə həmməruzəçilər Stefan Şennak, Sezar Florin Predanın birgə bəyanatında deyilir.
Onlar tərəfləri atəşkəs rejiminə əməl etməyə və ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar masasına qayıtmağa çağırıblar.
Həmməruzəçilər münaqişənin hərbi yolla həllinin olmadığını qeyd ediblər. Onlar münaqişənin bütün qurbanlarının ailələrinə başsağlığı veriblər.