“KİA” KAMAZ-la TOQQUŞDU – ANA YARALANDI, QIZI ÖLDÜ

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Respublika Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Şamaxı rayonu ərazisində “Kia” markalı avtomobillə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilində olan Aynurə Kərimova ölüb, anası Səhrayə Kərimova isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
 Faktla bağlı araşdırma aparılır