Rusiya İŞİD-i “Kalibr” raketi ilə vurdu – VİDEO

Rusiya İŞİD mövqelərinə “Kalibr” raketləri ilə zərbələr endirib.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik İŞİD mövqelərinə 6 raketin buraxıldığını bildirib.
Raketlər Aralıq dənizindəki “Admiral Essen”, “Admiral Qriqoroviç” gəmiləri və “Krasnodar” sualtı qayığından buraxılıb.