Axtarış

The search found 105779 results in 0.008 seconds.

Search results

  1. "Heykəl məhbusu" ona işgəncə verildiyini İDDİA EDİR

    13 Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən gənc fəal Bayram Məmmədovun ona işgəncələr verilməsi, qanunsuz hərəkətlərə məruz qalması barədə müraciətinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində baxılıb.
     
    Bu haqda gənc fəalın vəkili Elçin Sadıqova Penitensiar Xidmətin əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidov məlumat verib.
    İdarə rəisinin göndərdiyi məktubda deyilir ki, araşdırma zamanı Bayram Məmmədovun qanunsuz hərəkətlərə məruz qalması barədə xüsusatlar təsdiqini tapmayıb.

    Muxalifet - 17-06-2017

  2. Vətəndaş Cəmiyyəti forumu Avropa Parlamentinin QƏTNAMƏSİNİ DƏSTƏKLƏYİB

    Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun Daimi Komitəsi öz bəyanatında Avropa Parlamentinin Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı 15 iyun tarixli qətnaməsini müsbət qiymətləndirir.
     
    Gürcüstan, Azərbaycan və Avropa İttifaqının ali rəhbərliyinə ünvanlanmış bəyanatda Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyəti "Gürcüstan hökuməti tərəfindən oğurlanma faktının ətraflı araşdırılmasını həyata keçirməyə" çağırıb.

    Muxalifet - 17-06-2017

  3. YAVƏR CAMALOV HAQDA SENSASİON FAKT – Nazirliyin 3 kisə pulu kimə verilib?

    Müdafiə Sənayesi Nazirliyindəki 18 milyonluq nağdılaşdırmanın detalları niyə araşdırılmır?
     
    Azərbaycanda büdcə pullarının nağdılaşdırılaraq ələ keçirilməsi sxemi detallı şəkildə ortalığa çıxıb. “Obnaliçka” – nağdlaşdırma əməliyyatlarının iştirakçıları, onları həbs edib, rüşvət müqabilində azad edən MTN-çilər Sabunçu Rayon Məhkəməsinin binasında olduqca ilginc ifadələri dilə gətiriblər. Bu ifadələri illərdir mətbuatda yazılanların təsdiqi də hesab etmək olar.

    Muxalifet2 - 17-06-2017

  4. ​“Avropa İttifaqının qapısında 54 ildir gözləyirik” - ƏRDOĞAN

    “Tehranın yürütdüyü farsçılıq siyasəti məzhəbçilikdən daha üstündür”

    Muxalifet2 - 17-06-2017

  5. Azərbaycanda yay fəsli başlayacaq... – RƏSƏDXANADAN AÇIQLAMA

    Payız sentyabrın 22-dən 23-ə keçən gecə saat 00.02-də, qış isə 21 dekabr saat 10.28-də gələcək
     
    Azərbaycanda yay fəslinin başlama vaxtı açıqlanıb.
    AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, 20 mart Bakı vaxtı ilə saat 14.29-dan Azərbaycana qədəm qoyan yaz fəsli 21 iyun saat 08:24-dən etibarən yay fəsli ilə əvəz olunacaq.
    O bildirib ki, payız sentyabrın 22-dən 23-ə keçən gecə saat 00.02-də, qış isə 21 dekabr saat 10.28-də gələcək.

    Muxalifet - 17-06-2017

  6. YOL POLİSİ SABİQ DEPUTATIN QIZINDAN RÜŞVƏT ALDI! – “Bu quldurluq nə vaxt bitəcək?” (Yenilənib)

     Yasamal rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə sabiq millət vəkili, YAP Siyasi Şurasının üzvü Xeyrəddin Qocanın qızı arasında qalmaqal yaranıb.
     
    Bu barədə X. Qoca özü sosial şəbəkədə yazıb. Deputat bildirib ki, yol polisi zabiti Emil Seyidov qızının hüquqlarını kobud şəkildə pozub və ondan rüşvət alıb:“Qızım maşını ilə yol qaydasını pozduğu üçün Yasamal rayonunda polis əməkdaşları onu saxlayıb və maşının texniki pasportunu və sürücülük vəsiqəsini alıblar ki, “maşına həbs qoyulub, düş aşağı, maşını cərimə meydançasına aparmalıyıq”.

    Muxalifet - 17-06-2017

  7. Politoloq: "Ermənilər münaqişənin yeni savaş mərhələsinə şərait yaradır" - SENSASİON AÇIQLAMA

    Ermənistanın hakim Respublika Partiyası sədr müavini Armen Aşotyan jurnalistlərə açıqlamasında  Qarabağda erməni partiyalarının üçüncü forumunu keçirməyə hazırlaşdığını söyləyib. O, forumun 16-18 iyun aralarında keçiriləcəyini bildirib.
     
    Aşotyan forumda iştirakdan Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Konqres-ANK blokunun imtina etdiyini bildirib. Müxalif Ohanyan-Raffi-Oskanyan bloku isə foruma dəvət edilməyib.

    Muxalifet - 17-06-2017

  8. Əli bəy Hüseynzadənin qızı: “Atam Atatürkün təklifindən imtina etdi” - MÜSAHİBƏ

     “Azərbaycana sevgi və salamlar göndərirəm”
     
    Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra həmişəlik İstanbula köçən Əli bəy Hüseynzadənin üçüncü övladı olan 98 yaşlı Feyzavər xanım İstanbulun Şişli səmtində yaşayır. Səmimi və bir o qədər də təvözəkar olan Feyzavər Alpsarın “Report”a müsahibəsini təqdim edirik:
    - Necəsiniz Feyzavər xanım?
    - Yaxşıyam. Bir qədər yaşlanmışam, ancaq yaxşıyam.
    - Bizə hekayənizi danışın, necə xatırlayırsınız o illəri?

    Muxalifet - 17-06-2017

  9. "Azərbaycana qarşı sanksiyalar tətbiq etmək lazımdır" - HÜQUQ MÜDAFİƏÇİSİ

    Bu günlərdə Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax (Stefan Schennach) və Sezar Florin Preda (Cezar FlorinPreda) .Azərbaycanda olublar.
     
    Üçgünlük səfər zamanı onlar prezident İlham Əliyevlə, digər dövlət xadimləri və ölkənin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüblər. AŞPA nümayəndələrinin səfərləri artıq ənənə halını alıb və praktik olaraq, formal xarakter daşıyır. Bunu siyasi məhbusların ildən-ilə artan siyahısı aydın göstərir. Hazırda onların sayı 160 nəfərdən çoxdur.

    Muxalifet - 17-06-2017

  10. “Rusiya Avropa ilə birlikdə olmağa hazırdır” - PUTİN

    “Rusiya Avropa ilə birlikdə olmağa hazırdır. Bunu vaxtı ikən ötən gün vəfat etmiş Almaniyanın sabiq kansleri Helmut Kol da arzulamışdı”.
    “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin  deyib. 
    “Kol deyirdi ki,  əgər biz güc qüvvələrinin daim böyüdüyü dəyişkən dünyada bəşəriyyətimizi qorumaq istəyiriksə, bu halda Avropa və Rusiya birlikdə olmalıdırlar”, - deyə Putin bildirib. 
    “Biz buna hazırıq, bizim tərəfdaşlar da buna hazır olmalı, keçmişin fobiyalarından qurturmalıdırlar”, deyə Putin qeyd edib. 

    Muxalifet - 18-06-2017

  11. "Trampın atdığı addımlar praktikada yoxdur" – EKSPERT

     Tramp Kubanı öz hakimiyyəti altında saxlamaqla Rusiyadan uzaqlaşdırmaq istəyir. Trampın fikrincə, bununla Kubaya yeni imtiyazlar verilir. Bu imtiyazların sırasına viza rejimi məsələsi, ikili ticarət əlaqələrinin genişlədirilməsi kimi məsələlər daxildir.
     
    Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli ABŞ Prezidenti Donald Trampın Obama administrasiyasının Kuba ilə əlaqələrin normallaşdırılmasına dair qərarını ləğv etməsi haqda Axar.az-a danışarkən deyib.

    Muxalifet - 18-06-2017

  12. Prezident müsahibə zamanı ARINI UDDU - VİDEO

    Kosta-Rika prezidenti Luis Gilyermo Solis jurnalistlərlə söhbət zamanı arını udub.
     
    Kosta-Rika prezidenti Luis Gilyermo Solis jurnalistlərlə söhbət zamanı arını udub.
    Muxalifet.az xəbər verir ki, bu barədə "ABC 6" telekanalı xəbər yayıb.
    Solis ölkənin cənub hissəsində beton zavodunun açılması barədə danışarkən həşərat ona tərəf qalxıb. Prezident özünü itirməyərək onu udub.
    "Mən onu yedim. Arını yedim. Hər gün bir cür olur. Təmiz zülal" – deyə Kosta-Rikanın başçısı zarafatla bildirib. Onun bu hərəkəti təəccüblə qarşılanıb.

    Muxalifet - 18-06-2017

  13. Meşə yanğınlarında ölənlərin sayı artır - YENİLƏNİB

    Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb, 59 nəfər xəsarət alıb.
     
    Bu barədə “Publico” nəşri daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən məlumat yayıb.
     Bundan əvvəl meşə yanğınları zamanı 24 nəfərin öldüyü açıqlanmışdı.
     Qeyd edək ki, şənbə günü ölkənin bir sıra regionlarında temperatur 40 dərəcəyə çatıb. Meşə yanğınları Pedroqan-Qrandi bələdiyyəsində başlayıb. Yanğın sürətlə yayılıb, bir neçə yaşayış məntəqəsini əhatə edib.
    ***
     saat 06.56

    Muxalifet - 18-06-2017

  14. "Qohumbazlıq olarsa, dövlət məhv olub gedər" – DAVUDOĞLU

    Bir bürokratın yalnız vəzifələri müzakirə edildiyi təqdirdə dövlət mövcud ola bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu deyib.
    “Bürokratın harada doğulduğu, haradan gəldiyi, hansı ailəyə mənsub olması önəmli deyil. Əgər bunlar müzakirə mövzusu olarsa, dövlət öz varlığını davam etdirə bilməz. O mənim yaxınım, bu mənim qohumum deyib, demokratiyanı qurmağa çalışsanız, dövlət məhv olub gedər”, - sabiq baş nazir bildirib.

    Muxalifet - 18-06-2017

  15. II İliya xalqı Gürcüstanda konstitusiyalı monarxiya qurmağa çağırıb

    Katolikos – Bütün Gürcüstanın patriarxı II İliya gürcü xalqının ölkədə konstitusiyalı monarxiya qurmağa çağırıb.
     
     “Qruziya Online” nəşrinə istinadən verdiyi məlumata görə, II İliya Gürcüstanın qədim monarxiya olduğunu bildirib.

    Muxalifet - 18-06-2017

  16. AİLƏLƏRİ DAĞIDAN SƏBƏBLƏR: Xəyanət, sonsuzluq, narkomaniya...

    Bu ilin yanvar-aprel aylarında qeydiyyat şöbələri tərəfindən 18 229 nikah və 4896 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

    Muxalifet - 18-06-2017

  17. ​ BAKIDA DƏLƏDUZLUQ: ev almaq istəyən şəxsi aldatdılar

    Bakıda dələduzluq hadisəsi baş verib.
    Lent.az xəbər verir ki, paytaxt sakini Səlimov Oruc Abdulla oğlu Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, bu ilin aprel ayında Rizvan adlı şəxs ondan külli miqdarda pul alıb. Şikayətçinin sözlərinə görə, həmin şəxslə ev alqı-satqısı ilə bağlı sövdələşib və 10 min 500 manat pul verib. Lakin Rizvan vədinə əməl etməyib.
    Müraciət əsasında araşdırma aparılır.

    Muxalifet2 - 18-06-2017

  18. XXI əsrin super silahının adı açıqlandı

    XXI əsrin yeni super silahı atom və ya termanüvə bombaları yox, məhz süni intellekt olacaq.
     
    Bunu jurnalistlərə açıqlamasında fransalı futuroloq Jan Kristof Boni söyləyib.

    Muxalifet - 18-06-2017

  19. TƏHLÜKƏ: Bu kadrlar Azərbaycanda çəkilib - VİDEO

    Yolda avtomobil hərəkətdə ola-ola sürücü arxa oturacağa keçir və oradan qapını açaraq yenidən ön oturacağa qayıdır. Nəticədə yolda qəza şəraiti yaratmaqla yanaşı, həm özünün, həm də digər sürücülərin həyatını təhlükəyə atır.
     
    "Xəzər xəbər" bildirir ki, sosial şəbəkələrdə yayılan və nə vaxt baş verdiyi bilinməyən bu kadrlar digər bir avtomobilin sürücüsü tərəfindən rayonlararası yolların birində qeydə alınıb.

    Muxalifet - 19-06-2017

  20. "Səudiyyə və Suriya Osmanlıdan qoparılıb..." - VİDEO

    Səudiyyə Ərəbistanı İsraildən daha böyük bir problemdir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri türkiyəli ilahiyyatçı Nurəddin Yıldız deyib.
    “Bildiyimiz kimi, Səudiyyə Ərəbistanının bayrağında "Tovhid" kəliməsi və qılınc əks olunub. Sözdə imanı və cihadı təmsil edir. Lakin xəritəni planlaşdıranlar ingilislərdir. Dünyada aktiv cihad 100 ildir ki, həyata keçirilmir.

    Muxalifet - 19-06-2017

Pages