Avstriyada İSLAMOFOBİYA: “MÜSƏLMAN UŞAQ BAĞÇALARI BAĞLANSIN”
22-06-2017 08:30

Avstriyanın XİN başçısı müsəlman uşaq bağçalarının bağlanmasını təklif edib
Onlar bizə lazım deyil. Müsəlman uşaq bağçaları olmamalıdır
Avstriyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurts müsəlman ailələrindən olan uşaqlar üçün bağçaların bağlanmasının lehinə olduğunu bildirib.
RİA "Novosti" xəbər verir ki, bunu o, "Kurier" nəşri tərəfindən təşkil olunan diskussiya klubu aparıcısının "görəsən o müsəlmanlar üçün uşaq bağçalarının bağlanmasını zəruri hesab edirmi?" sualına cavabında deyib:
"Əlbəttə. Onlar bizə lazım deyil. Müsəlman uşaq bağçaları olmamalıdır".
O, həmçinin qeyd edib ki, belə uşaq müəssisələri həm mədəni, həm də dil baxımından ayrıdır.