Neftçalada ata və oğlunun su kanalında necə batdığı məlum oldu / YENİLƏNİB - 2

Baxış sayı:
5292

Neftçalada balıq tutan ata və 5 yaşlı oğlunun kollektorda boğulmasının səbəbi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, soyuq havada balıq tutan ata 5 yaşlı uşağı soyuqdan qorumaq üçün avtomobildə otuzdurub. Bu zaman nəzarətsiz qalan azyaşlı avtomobili işə salıb və avtomobil irəliləyərək suya düşüb. Oğlunu xilas etmək istəyən ata suya atılıb və o da boğulub.

***

Neftçala rayonunda su kanalında batan ata və oğulun meyiti sudan çıxarılıb.
Belə ki, bu gün axşam saatlarında rayon ərazisində Baş Mil-Muğan kollektorunda boğulan rayonun Astanlı kənd sakinləri - Əsgərov Nurlan Aslan oğlu və onun 5 yaşlı oğlu Əsgərov Aslan Nurlan oğlunun meyiti FHN-in xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, onlar kollektorda balıq tutarkən boğulublar.
Faktla bağlı araşdırma aparılır.

***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Neftçala rayonunun Astanlı kəndində 2 nəfərin su kanalına düşməsi barədə məlumat daxil olub.
Hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək./Report