Koronavirusdan ölənlərin cəsədlərini küçəyə atırlar və gözləyirlər ki... - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Baxış sayı:
4553

Koronavirus pandemiyası Cənubi Amerika ölkəsi Ekvadorda çöküşə səbəb olub.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ölkədə infeksiyaya yoluxan şəxslər küçədəcə dünyasını dəyişir.

Quayaquil şəhərində 150-yə yaxın cəsəd küçələrdə qalıb. Səlahiyyətli şəxslərin sahib çıxması ümidilə yollara qoyulan cəsədlər təmizləmə işlərinin 3 gün davam etməsi səbəbilə çürüməyə başlayıb.

Vətəndaşların sosial mediada küçələrdə cəsədlərlə bağlı görüntülər paylaşmasından sonra ölkənin vitse-prezidenti Otto Sonnenholzner xalqdan üzr istəyib.

Quayaquilin bələdiyyə sədri ölkədə tabutların bahalı olmasına görə, ölənlərin ailələrinin karton qutulara üstünlük verdiyini açıqlayıb.

Son rəqəmlərə görə, Ekvadorda 3 min 646 nəfər koronvirusa yoluxub, 180 nəfər dünyasını dəyişib. Ölkədə fövqəladə vəziyyət elan olunub və küçəyə çıxma qadağası qüvvəyə minib.