Axtarış
The search found 105857 results in 0.09 seconds.
Search results
Karantində olan etnik bölgə: Koronavirus Gürcüstanda azərbaycanlılara qarşı nifrət dalğası doğurub
Koronavirus pandemiyası müxtəlif ölkələrdə irqçilik və ksenofobiyanın yayılmasına səbəb olub. Gürcüstan bu günə qədər koronavirus infeksiyalarının böyüməsini dayandırmağı bacarsa da, ksenofobiya dalğası ondan yan keçməyib. Bu dəfə Asiya ölkələrindən gələn mühacirlər deyil, həmvətənləri olan etnik azərbaycanlılar sosial şəbəkələrdə təhqir hədəfinə çevrilib.
Muxalifet4 - 8-04-2020
“Uşağın 8103-ə çoxsaylı SMS göndərməsinə görə atasının cərimələnməsi doğru deyil” - Hüquqşünas
Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, 5-ci sinif şagirdi atasının mobil telefonu ilə 8103-ə 90 SMS göndərib və buna görə atası İnzibatı Xətalar Məcəlləsini (İXM) 211-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) inzibati cərimə edilib.
Muxalifet4 - 8-04-2020
Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu
Beynəlxalq Basketbol Federasiyası (FIBA) bu ilin iyununda keçiriləcək bütün turnirləri ləğv edib.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatı da bu il baş tutmayacaq.
B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandıya ilə Andorra yığmaları da mübarizə aparacaqdı.
Kiçik dövlətlərin Avropa çempionatının 2020-ci il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.
Muxalifet4 - 8-04-2020
Yeri üzünü pandemiya bürüdü, ABŞ-la Rusiya Ayı və Marsı tutmaq üçün mübarizəyə başladı - TRAMPIN QƏRİBƏ FƏRMANI
Yer kürəsini koronavirus pandemiyasının bürüdüyü, hər gün minlərlə adamın bu virusdan öldüyü, ölkələrin səhiyyə sistemlərinin aciz qaldığı bir vaxtda ABŞ-la Rusiya kosmik fəza uğrunda bir-birləri ilə çəkişməkdədir.
ABŞ prezidenti Donald Trampın aprelin 6-da imzaladığı fərman bu çəkişməni daha da qızışdırıb.
Muxalifet4 - 8-04-2020
Karantin rejimi üçün saxta arayış satan jurnalistlər saxlanıldı - VİDEO
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən birgə tədbirlər davam etdirilir.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğunun Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Muxalifet4 - 8-04-2020
"İnsan kasıbla, yetimlə, kimsəsizlə özünü reklam edər?!" - KAMİL ZEYNALLI
Koronavirus pandemoyasının yayılmasıyla əlaqədar Azərbaycanda bəzi ailələr çətin duruma düşüblər. İdmançı Kamil Zeynallı onlarla belə ailəyə yardım edərək ətrafındakıları da bu işə həvəsləndirməkdə davam edir.
Muxalifet4 - 8-04-2020
ID2020: Bəşəriyyəti dəyişməyə yönəlik sensasion plan – QARŞIDAKI 10 İLDƏ BİZİ NƏ GÖZLƏYİR…
Dəyərli oxucular!
Sizə təqdim etdiyimiz bu materialı diqqətlə oxuyun. Çünki bizim ölkəmizdə və dünyada baş verən son hadisələr - koronavirus, neftin qiymətinin düşməsi və s. ilə əlaqədar olaraq bu, Yer planetinin hər bir vətəndaşına birbaşa təsir edə bilər.Muxalifet4 - 8-04-2020
SON DƏQİQƏ! - Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu - RƏSMİ AÇIQLAMA
“Ötən həftə ərzində xəstəliyə yoluxma ilə bağlı pozitiv məlumat verə bilmirik”.
Muxalifet.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, bu gün 105 nəfər koronavirusa yoluxub: “Bu göstərir ki, yoluxma artan xətt üzrə gedir”.Muxalifet4 - 8-04-2020
Azərbaycanda koronavirusa yoluxanların sayı 822 nəfərə çatdı – 8 NƏFƏR ÖLÜB…
Azərbaycan Respublikasında 105 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus infeksiyasına yoluxmuş 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Muxalifet4 - 8-04-2020
Bu şəxslərin icazəsi ləğv ediləcək – SƏRT QƏRAR
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılır.
Muxalifet4 - 8-04-2020
Karantində olan şəxslərin saxlanıldığı yerlər AÇIQLANDI
"Bakıda və regionlardakı gömrük-keçid məntəqələrinə yaxın olan bütün hotellər, Atletlər kəndi, müxtəlif universitetlərin regionlardakı istirahət mərkəzləri, xüsusilə də Nabrandakı istirahət mərkəzləri karantin üçün ayrılıb".
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Muxalifet4 - 8-04-2020
İspaniyanın virus aşkarlanmayan yeganə qəsəbəsinin SİRRİ AÇIQLANDI
İspaniya həm koronavirusa yoluxanların, həm də pandemiya üzündən ölənlərin sayına görə dünyada ikinci yerdədir. Virus bütün ölkəni bürüyüb. İndiyə qədər 146 mindən çox ispanda koronavirus aşkarlanıb, 14,5 min vətəndaş həyatını itirib.
Muxalifet4 - 8-04-2020
Şəxsiyyət vəsiqələrinin istifadə müddəti bitən vətəndaşların nəzərinə - KARANTİN BİTƏNƏDƏK İSTİFADƏ EDƏ BİLƏRLƏR...
Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən şəxslərin nəzərinə çatdırır ki, vətəndaşların müraciətləri nəzərə alınmaqla etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti xüsusi karantin rejimi bitənədək uzadılıb.
Muxalifet4 - 8-04-2020
“Adamlara pul paylansa, daha çox insan işsiz qalacaq” - İbrahim Məmmədov
"Kreditlər işsiz adamlara verilmir. Tədbirlər planında da kiçik və orta sahibkarlara, muzdlu işçilərə də dəstək nəzərdə tutulur. Bu da elə banka olanlara sosial dəstək deməkdir".
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Muxalifet4 - 8-04-2020
Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var - RƏSMİ AÇIQLAMA
“Azərbaycan aparılan testlərin sayına görə 30-cu yerdədir”.
Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, hansısa ölkədə yoluxanların sayının az olması hələ orada virusun az yayılması demək deyil:
“Bəlkə, həmin ölkədə testlər lazımi səviyyədə deyil. Azərbaycanda bu günədək 50 minə yaxın test aparılıb”.
H. Hacıyev deyib ki, Prezidentin tapşırığı ilə Azərbaycanda yanvar ayından ərzaq ehtiyatı tam təmin edilib: “Əsas tərəfdaşlarımızla uzun müddətli müqavilələr var”.
Muxalifet4 - 8-04-2020
SON DƏQİQƏ! - Türkiyədə koronavirusdan ölənlərin sayı 812 nəfərə çatdı - BİR GÜNDƏ 87 NƏFƏR VƏFAT EDİB
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 87 nəfər ölüb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 24 900 şübhəli koronavirus testindən keçib, onlardan 4117-nin cavabı pozitiv çıxıb.
Muxalifet4 - 8-04-2020
"Pərvizin birinci olmağı ədalətsizlik olardı" - Acun Ilıcalıdan AÇIQLAMA / VİDEO
Dünən ''TV 8'' kanalında yayımlanan "Survivor 2020" yarışmasını gözlənilmədən ən az səs toplayayaraq tərk etdiyi açıqlanan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevlə bağlı təşkilatçı, aparıcı Acun Ilıcalının sosial şəbəkə hesabları minlərlə insanın "hücum"una məruz qalıb.
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, Pərvizin "Survivor 2020"-dən gözlənilməz ayrılığında Acunun əli olduğunu düşünənlərə telekanal rəhbəri açıqlama vermək məcburiyyətində qalıb.
Muxalifet4 - 8-04-2020
Azərbaycanda iki yaşlı uşaq koronavirusa yoluxub - RƏSMİ AÇIQLAMA
“Bu gün Azərbaycanda koronavirusa yoluxanlar arasında iki yaşında olan uşaq da var. Ən qocaman xəstə isə 90 yaşındadır”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, sağalanlar arasında 82 yaşlı xəstə də var:Muxalifet4 - 8-04-2020
Koronavirus, yoxsa politikvirus? - TƏHLİL
Əvvəlcə şahzadə Çarlzın, daha sonra Baş nazir Boris Johnsonun “KORONA” olması çox maraqlı təsadüf idi. Şahzadə Harri artıq ailədən, saraydan qovulmuşdu. Qaçmışdı. Kraliçanın digər oğlu Jeffrey Epstein sənədində idi. Bekinqem sarayı titrəyirdi. 68 il taxtda olan Kraliça II. Elizabet çıxdı və xalqa səsləndi...
Bir müharibənin içində olduqlarını, döyüşdüklərini münasib dillə dedi.
Ancaq əvvəlcə Henri Kissingerdən yazaq...Muxalifet3 - 8-04-2020
Rusiyadan Azərbaycana gələn vətəndaşlarımız karantində necə yaşayırlar? – VİDEO
Tanınmış jurnalist Fuad Abbasov “Facebook”dakı “MİSRA TV” səhifəsində Rusiyadan gələn azərbaycanlılarla bağlı maraqlı video paylaşıb.
Muxalifet.az xəbər verir ki, həmin videoda Rusiyadan Azərbaycana gətirilən vətəndaşlarımızdan biri Bakıda onlara karantin şəratində necə xidmət göstərildiyindən bəhs edir. Çəkiliş aparan şəxsin sözlərindən belə məlum olur ki, onlar Bakıya gələn kimi Tibilisi prospektində yerləşən “Qafqaz” otelinə yerləşdirilib və gün ərzində yüksək xidmət göstərilir.
Daha ətraflı aşağıdakı videoda izləyə bilərsiniz:Muxalifet4 - 9-04-2020