Axtarış
The search found 105849 results in 0.13 seconds.
Search results
"YENİ İPƏK YOLU": ABŞ və Rusiyanın rəqibi... - ÇİN 21-ci ƏSRİN YENİ GÜCÜNƏ ÇEVRİLİR
Orta Asiyada və ticarət arteriyaları uğrunda Rusiya və Çin arasında ciddi rəqabətə baxmayaraq, Kreml hesab edir ki, iki ölkənin siyasi rəhbərliyi arasında bir növ "kimya" var. Rusiya Prezidenti Vladimir Putin və Si Tszinpinin son altı ildə 28 görüşü, həmçinin 2018-ci ildə 100 milyard dolları aşan ikitərəfli ticarət də buna sübutdur.
Muxalifet3 - 12-01-2020
İcbari tibbi sığorta ilə bağlı QƏRAR — Hansı hallarda və nə qədər ödəniləcək?
Baş nazir Əli Əsədovun 2020-ci il 10 yanvar tarixli qərarı ilə “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” təsdiqlənib.
Qərarla tibbi xidmətlərlə əlaqədar müştərək maliyyələşmə məbləği tətbiq edilən hallar müəyyənləşib.
Bu məsələlər qərarın 10-cu maddəsi ilə tənzimlənir. Həmin maddədə tibbi xidmətlərə tətbiq edilən müştərək maliyyələşmə məbləğləri (tibbi xidmətin tarifinin sığortaolunan tərəfindən ödənilən hissəsi) açıqlanıb. Həmin tibbi xidmətlər müvafiq sənəddə nəzərdə tutulan halları əhatə edir.
Muxalifet4 - 12-01-2020
Sabah yağış yağacaq, şaxta olacaq - PROQNOZ
Yanvarın 13-ü müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeroloji Proqnozlar Bürosundan bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacaq.
Muxalifet4 - 12-01-2020
Deputat olmaq istəyənlərin sayı 1047 oldu - MSK AÇIQLADI
Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 namizəd müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
Muxalifet4 - 12-01-2020
“AKSİYADA İŞTİRAK ETMƏMİŞƏM” - Britaniyanın İrandakı səfiri təkzib etdi
Böyük Britaniyanın İrandakı səfiri Roberta Makkera ötən gün Tehranda keçirilən etiraz aksiyasında iştirak etmədiyini bəyan edib.
Virtualaz.org TASS-a istinadən bildirir ki, səfir bu barədə “Twitter” hesabında yazıb.
Diplomat İranda səhvən vurulduğu deyilən Ukrayna təyyarəsində həlak olan şəxslərin anım mərasiminə qatıldığını bildirib.
Hadisə nəticəsində həyatını itirənlərdən bir neçə nəfərin britaniyalı olduğunu vurğulayan Roberta Makkeranın sözlərinə görə, o, mərasim yerini tərk etdikdən sonra siyasi şüarlar səsləndirilib.
Muxalifet4 - 12-01-2020
Generalın arvadı və qızı Bakıda bir günün içərisində 12 mənzili hansı yollarla alıb? - ŞOK DETALLART
Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllənin sakinləri sabiq deputat, general Əliağa Hüseynovun onlara məxsus 12 mənzilə göz dikdiyini iddia edirlər.
Söhbət sözügedən ünvanda “İdeal -V” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binadan gedir. Hələ bina inşa edilən zaman şirkətin təsisçisi İsa Məmmədov və direktoru Çingiz Məmmədov eyni mənzili bir neçə nəfərə satıblar.
Muxalifet4 - 12-01-2020
Sumqayıt sakini borcu olduğu mağazanı yandırmaq istədi - FOTO
Sumqayıtda mağazanı yandırmaq istəyən şəxs saxlanılıb.
Hadisə şəhərin 12-ci mikrorayonunda baş verib.
Belə ki, Abbas adlı (soyadı dəqiqləşdirilir-red.) şəhər sakini mağazaya yaxınlaşaraq əlindəki benzinlə oranı yandıracağını bildirib. Şahidlərin sözlərinə görə, o, ətrafa benzin töküb. Bundan sonra obyektə od vurmaq istəyib. Lakin yaxınlıqda olan mağaza sahibi onun bu cəhdinin qarşısını alıb.
Muxalifet4 - 12-01-2020
Türkiyənin pilotsuz təyyarəsi vuruldu - LİVİYA MİLLİ ORDUSUNDAN BƏYANAT
Liviya Milli Ordusu Türkiyə pilotsuz təyyarəsinin məhv edildiyini bildirib.
RİA xəbər verir ki, bu barədə ordu marşalı Xəlifə Haftar açıqlama verib: “Minaatan mərmi daşıyan bir türk pilotsuz təyyarəsi vuruldu. Bu, barışığın pozulmasıdır. O, Abdullah əl-Utayrinin bir dəstəsi tərəfindən vurulub”.
Qeyd edək ki, Türkiyə Liviyanı ələ keçirməyə çalışan Xəlifə Haftara qarşı mübarizə üçün hərbiçilərini Liviya ordusuna dəstəyə göndərmişdi.
Muxalifet4 - 12-01-2020
PENTAQON RƏHBƏRİ VƏ MİLLİ TƏHLÜKƏSİZLİK MÜŞAVİRİ İRANDAKI VƏZİYYƏTDƏN DANIŞDI - “Rejim üçün çox pis həftədir...”
ABŞ administrasiyası bazar günü İranda etiraz səslərini ucaldan insanlara dəstək verdiyini bir daha göstərməyə çalışıb. Bu, Tehranın əvvəlcə Ukrayna sərnişin təyyarəsinin İran tərəfindən vurulduğunu inkar etməsi, daha sonra isə etiraf etməyə məcbur olduğu şəraitdə baş verib.
Muxalifet4 - 13-01-2020
İranda hökumət əleyhinə etirazların ikinci dalğası başladı - REJİM KÜNCƏ SIXIŞDIRILIB
İran hökumətinin, Ukraynanın “Boeing 737” sərnişin təyyarəsinin səhvən vurulmasını etiraf etməsindən sonra başlayan etiraz aksiyaları davam edir.
BBC xəbər verir ki, nümayişçilər artıq aksiyaların yeni dalğasına start veriblər. Bu dəfə etirazlara Tehran universitetlərində, eləcə də digər şəhərlərdə başlanılıb.
Tehranın Azadi meydanında və digər ərazilərdə nümayişçilərə qarşı mübarizə aparmaq məqsədilə polis dəstələri yerləşdirilib.
Muxalifet4 - 13-01-2020
Vilayət Eyvazovdan ŞOK QƏRAR - Yol polisinin bütün şəxsi heyəti sərəncama göndərildi
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi ilə bağlı əmr verib.
Əmrə əsasən, idarənin bütün şəxsi heyəti sərəncama götürülüb.
Məlumatda bildirilir ki, polis polkovniki Rəşid Piriyev də idarənin rəisi vəzifəsinə təsdiqlənməyib. R. Piriyev hazırda idarə rəisinin səlahiyyətlərini müvəqqəti icra edir.
Muxalifet4 - 13-01-2020
MSK-nın “Seçki-2020” Müstəqil Media Mərkəzi yaradıldı
Mərkəzi Seçki Komissiyasının “Seçki-2020” Müstəqil Media Mərkəzi yaradılıb.
Bu gün MSK sədri Məzahir Pənahov və MSK üzvlərinin iştirakı ilə Seçki-2020 Müstəqil Media Mərkəzinin açılışı olub.
Yerli və beynəlxalq KİV-lərin asan və sərbəst məlumat əldə etmələri üçün “Seçki-2020” Müstəqil Media Mərkəzində yaradılan şəraitlə tanışa olan MSK sədri M. Pənahov seçki subyektlərinə göstərilən xidmətin keyfiyyətini və səmərəliliyini daha da yüksəltmək üçün tövsiyələrini verib.
Muxalifet4 - 13-01-2020
“Bunu etdiyim üçün özümü lənətləyirəm” - Saakaşvilidən ETİRAF
Ukraynada yaşayan keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili növbəti açıqlamaları ilə gündəmə gəlib.
Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, “Mtavari Arxi” (Əsas kanal) telekanalına müsahibə verən siyasətçi Gürcüstanın Avropa Birliyi ilə vizasız rejim barədə saziş imzalamasını səhv adlandrıb.
O həmçinin, 2008-ci ilin “5 günlük” döyüşlərindən sonra İsveç və Polşa xarici işlər nazirləri ilə birlikdə vizasız rejimin tətbiqinə başladıqlarını da əlavə edib.
Muxalifet4 - 13-01-2020
Xalq artisti Elnarəyə klip çəkdi - VİDEO
Müğənni Elnarə Xəlilova “Darıxsan” adlı mahnısına klip çəkdirib.
Muxalifet4 - 13-01-2020
Rusiyada sonuclanan Liviya məsələsi - Hafter ilə Sarac Moskvada barışacaqlar
Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Liviyada atəşkəs rejiminin tətbiq edilməsi ilə bağlı rəsmi razılaşma imzalanacaq. Bunun üçün Rusiyada tərəflərin liderləri – Liviya Milli Ordusunun başçısı Xəlifə Hafter ilə Milli Barışıq Hökumətinin rəhbəri Fayiz Sarac görüşəcəklər.
Liviya Ali Dövlət Şurasında qeyd edilib ki, Moskvada bu razılaşmanın imzalanması Liviyada yeni müharibənin başlanması təhlükəsinin dayandırılmasına və mövcud ikihakimiyyətlilik böhranının siyasi-diplomatik həlli prosesinin başlanmasına imkan yaradacaq.
Muxalifet4 - 13-01-2020
“Namizədlər sərbəst şəkildə ayrılmış yerlərdə seçiciləri ilə görüşə bilərlər” - MƏZAHİR PƏNAHOV
Azərbaycanda Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə namizədlərin seçiciləri ilə görüşməsi üçün lazımi şərait təmin olunub.
Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Muxalifet4 - 13-01-2020
Bakıda məşhur şadlıq sarayında kütləvi dava - YARALILAR VAR
Bakıda şadlıq sarayında kütləvi dava baş verib.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən “Ağ çiçəyim” şadlıq evində qeydə alınıb.
Toy mərasimində iştirak edən qonaqlar arasında yaranan mübahisə kütləvi davaya çevrilib.
Nəticədə, iki nəfər - 1982-ci il təvəllüdlü Ruslan Məmmədov və 1978-ci il təvəllüdlü Mirbəhrəm Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hadisə zamanı R.Məmmədovun burnu sınıb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 13-01-2020
Vaqif Əsədov işdən çıxarılıb? - "Bunu jurnalistlər bilir, mən heç nə bilmirəm"
“Vəzifədəyəm, deyiləm, bunu jurnalistlər bilir. Mən heç nə bilmirəm”.
Muxalifet.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi Vaqif Əsədov vəzifədən azad olunması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.
O, bundan artıq sözü olmadığını deyərək, dəstəyi asıb.
Qeyd edək ki, bu gün V.Əsədovun sərəncama göndərilməsilə bağlı məlumatlar yayılıb.
Muxalifet4 - 13-01-2020
İlham Əliyev müşavirə keçirdi və TAPŞIRIQLARINI VERDİ
Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Muxalifet4 - 13-01-2020
Bakıda şagirdi döyən müəllim işdən qovuldu
169 nömrəli tam orta məktəbin müəllimi İbrahim Cəfərov dərs zamanı VI sinif şagirdini (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) vurduğuna və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən yol verdiyi digər ciddi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunub.
Muxalifet4 - 13-01-2020