Axtarış
The search found 105849 results in 0.084 seconds.
Search results
7 ekranlı noutbuk təqdim edildi
Britaniyanın “Expanscape” şirkəti Las-Veqasda keçirilmiş texnologiyalar sərgisində 7 ekranlı yeni “Aurora 7” noutbukunu təqdim edib.
"Ölkə.Az" “ICTnews”a istinadən xəbər verir ki, “Core i9-9900K” prosessoru ilə işləyən yeni noutbuk güclü videokartla təchiz edilib.
Muxalifet4 - 11-01-2020
Ağcabədidə intihara cəhdin qarşısı alındı — XİLASETMƏ ANI / VİDEO
Yanvarın 11-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunun Hacıbədəlli kəndində bir nəfər qadın intihar etmək istəyini nümayiş etdirib.
FHN xəbər verir ki, dərhal əraziyə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən-xilasedicilərinin çevik müdaxiləsi sayəsində özünü Yuxarı Qarabağ kanalına ataraq intihara cəhd edən vətəndaş sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.Muxalifet4 - 11-01-2020
“Ümid edirəm ki, beş saat sonra münaqişə tərəfləri atəşi dayandıracaq” - PUTIN
“Ümid edirəm ki, beş saat sonra Liviyada münaqişə tərəfləri atəşi dayandıracaq”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə Almaniyanın Federal Kansleri Angela Merkellə danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin belə deyib.
“Mən çox ümid edirəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çağırış etdiyimiz kimi, bir neçə saat sonra, Liviyada münaqişə tərəfləri atəşi dayandıracaqlar, hərbi əməliyyatlar sona çatacaq”, - deyə Putin vurğulayıb.
Muxalifet4 - 11-01-2020
Şahzadənin xanımı “Disney”lə müqavilə bağladı
Britaniya şahzadəsi Harrinin həyat yoldaşı, amerikalı aktrisa Meqan Markl Sasseks hersoqinyası statusuna görə təyin edilən maliyyə imtiyazından imtina etdikdən sonra dünyaca məşhur "Disney" kinostudiyası ilə müqavilə imzalayıb.
Muxalifet.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Amerika kinostudiyası Meqanın edəcəyi dublyajın müqabilində Afrikadakı filləri qoruyan xeyriyyə təşkilatına vəsait köçürəcək. Müqavilənin hansı müddətə imzalandığı, Sasseks hersoqinyasının alacağı məbləğ, səsləndirələcək filmin mövzüsü və digər detallar barədə məlumat verilmir.
Muxalifet4 - 11-01-2020
Gülnara Kərimovanın evlərində 985 sənət əsəri aşkarlandı
Özbəkistanın sabiq Prezidentinin qızı Gülnara Kərimovanın bu ölkədəki evlərində ümumilikdə 985 adda sənət əsəri aşkar edilib.
Muxalifet.az AzərTAc-a istinadən xəbər verir ki, həmin əsərlərin arasında rəsmlər, bəzək əşyaları, keramika, ağacdan hazırlanan bədii məmulatlar və digər qiymətli əşyalar var. Bu əsərlər məhkəmənin qərarı ilə Özbəkistanın müxtəlif muzeylərinə təhvil verilib.Muxalifet4 - 11-01-2020
SON DƏQİQƏ! - Tehranda rejim əleyhinə izdihamlı AKSİYA / FOTO, VİDEO
Tehrandakı Əmir Kəbir Universitetinin qarşısında İranın raketlə vurduğu Ukrayna Hava yollarına aid sərnişin təyyarəsində həlak olanlar üçün təşkiil olunan aksiyada rejim əleyhinə şüarlar səsləndirilib.
Muxalifet.az bu barədə "Anadolu" agentliyinə istinadla bildirir.Toplaşan izdiham "İnqilab Keşikçiləri utan, ölkəni rahat burax", "Diktatora ölüm", "Yalançılar istefa", "Silahlı qüvvələr baş komandanı Xameneyi, istefa", "Mənə araqarışdıran demə, sənsən araqarışdıran" şüarları səsləndirib.
Muxalifet3 - 11-01-2020
"Əsgərlərimizin ölkədən çıxması üçün pul ödəməlisiniz" — Tramp İraqa şərt qoydu
Vaşinqtona Bağdadda tikilən hərbi bazalar və səfirliyin tikintisinə görə təzminat ödənməyincə ABŞ əsgərləri İraqı tərk etməyəcək. ABŞ prezidenti Donald Tramp bunu “Fox News” efirindən bəyan edib.
Trampın sözlərinə görə, İraq hakimiyyəti ABŞ qoşunlarının ölkədən çıxarılmasının vacibliyi ilə bağlı açıqlamalar verir, lakin qapalı iclaslarda bu məsələ qaldırılmır.
“Mən onlara dedim: “Əgər getsək, bizə pul ödəmək məcburiyyətində qalacaqsınız”, - deyə Ağ ev rəhbəri bəyan edib.
Muxalifet4 - 11-01-2020
Pakistan vətəndaşı azərbaycanlı arvadını bıçaqladı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü İmran Fəxrəndə Şamil qızı Pakistan vətəndaşı olan həyat yoldaşı tərəfindən qısqanclıq zəminində bıçaqlanıb.
Yaralı hadisə yerinə gələn təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. 35 yaşlı qadın əməliyyat olunub, vəziyyəti ağırdır.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Muxalifet4 - 11-01-2020
SON DƏQİQƏ! İngiltərənin İran səfiri Tehranda həbs olundu
Muxalifet.az "Hurriyet"ə istinadla bildirir ki, Böyük Britaniyanın İran səfiri Tehranda həbs olundu.
***
/Yeniləndi/
İranın paytaxtı Tehranda qəzaya uğrayan Ukrayna sərnişin təyyarəsində həyatını itirənlər üçün təşkil olunan aksiyada iştirak edən İngiltərənin Tehran səfiri Rob Macairenin "bəzı radikal və dağıdıcı aksiyalar təşkil etməyə və təhrik etməyə çalışdığı" iddiası ilə həbs olunduğu və bir müddət sonra azad olunduğu bildirildi.Muxalifet3 - 12-01-2020
Ruhani Ukraynadan üzr istədi
İran prezidenti Həsən Ruhani, Ukrayna prezidenti Vladimir Zelenskidən Ukrayna Hava yollarına aid sərnişin təyyarəsini səhvən raketlə vurduqları üçün üzr istədi.
Ukrayna prezidenti mətbuat xidmətindən bildirlən yazılı açıqlamada, Zelenskinin Ruhani ilə telefon söhbətinin baş tutduğu məlumat verildi.Muxalifet3 - 12-01-2020
SON DƏQİQƏ: üsyançı Hafter atəşkəs çağırışını qəbul etdi
Liviyanın şərqindək iüsyançı general Hafterə tabe qüvvələr, Türkiyə və Rusiyanın Liviyaya yönəlmiş atəşkəs çağırışını yerli saatla 12 yanvar 00.00-da, Türkiyə saati ilə 01.00-da qəbul etdi.
Hafterə tabe qüvvələrin mətbuat katibi əl-Mismari, rəsmi sosial mediya hesabından yaydığı görüntülü mesajında, Liviyanın qərbindəki "əməliyyatlarla bağlı atəşkəs çağırışını qəbul etdiklərini", ancaq qarşı tərəf atəşkəsi pozarsa cavab verəcəklərini qeyd etdi.Muxalifet3 - 12-01-2020
Tramp iranlılar üçün farsca tweet paylaşdı: "CƏSARƏTİNİZ..."
ABŞ prezidenti Donald Tramp, Twitterdən İran xalqına müraciət xarakterli mesaj paylaşdı.
Mesajını farsça paylaşan Tramp, "Cəsur və əziyyət çəkən İran xalqına: Prezidentliyimin başlangıcından bəri yanınızda durdum və hökumətim sizin yanınızda olmağa davam edəcək. Etirazlarınızı yaxından izləyirik. Cəsarətiniz ilham qaynağıdır" ifadələrini işlətdi.Muxalifet3 - 12-01-2020
Liviya Milli Razılıq Hökumətinin başçısı Ərdoğanla görüşəcək
Liviya Milli Razılıq Hökumətinin başçısı Faiz Saraj Türkiyəyə səfər edəcək.
“Report” bildirir ki, səfər bu gün baş tutacaq. Onun İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.
Görüş Liviyada münaqişə edən tərəflər arasında atəşkəsin elan edilməsi fonunda keçiriləcək.
Qeyd edək ki, BMT Faiz Sarajı Milli Razılıq Hökumətinin başçısı kimi tanıyıb.
Muxalifet4 - 12-01-2020
İRANA QARŞI DAHA BİR MƏXFİ ƏMƏLİYYAT - Kərbala Briqadasının komandiri öldürüldü
Ötən gün yanvarın 11-də İraqda İrana bağlı şiə qruplaşmalarından birinin lideri, görkəmli komandir Taleb Abbas Əli əl-Səidi öldürülüb.
Virtualaz.org “Daily Mail” nəşrinə istinadən bildirir ki, İraq şiələrinin Xalq Səfərbərlik Qüvvələrinin lideri olan Taleb Abbas Əli əl-Səidi Bağdaddan 90 kilometr məsafədəki Kərbala şəhərində naməlum silahlıların həyata keçiriyi əməliyyat nəticəsində öldürülüb, lakin əməliyyatın təfərrüatları barədə məlumat yoxdur.
Muxalifet4 - 12-01-2020
"Bandotdel"in rəis müavini işdən azad olundu - NAZİR ƏMR VERDİ
Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib.
Muxalifet.az bildirir ki, BakuPost-un məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Teyyub Müseyibovu tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.
Polkovnik yaş senzi ilə əlaqədar təqaüdə göndərilib.
T. Müseyibov bu vəzifəyə 2014-cü ildə təyin olunub.
Ona qədər isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məxfi şöbənin rəisi vəzifəsində çalışıb.
Muxalifet4 - 12-01-2020
İran Süleymaninin öldürüldüyü günü “Beynəlxalq Müqavimət Günü” elan etdil - SƏRƏNCAM
İranda general Qasım Süleymaninin ABŞ-ın xüsusi əməliyyatının nəticəsində qətlə yetirildiyi tarixi, yəni yanvarın 3-ü “Beynəlxalq Müqavimət Günü” elan edildi.
Bu barədə İranın IRNA agentliyi xəbər yayıb.
Məlumata əsasən, yanvarın 3-də qeyd ediləcək “Beynəlxalq Müqavimət Günü”nün (World Day of Resistance) təqvimə salınması haqqında sərəncamı İran prezidenti Həsən Ruhani imzalayıb.
Bildirilir ki, həmçinin general Süleymaninin adını daşıyacaq, “Qurbanların Xatirəsi"nə beynəlxalq mükafatı (World Sacrifice Award) da təsis edilib.
Muxalifet4 - 12-01-2020
"Kim milyonçu olmaq istəyər"də bir söz demədən 125 min qazandı - BU QIZ TÜRKİYƏDƏ GÜNDƏM OLDU / Video
Türkiyədə yayımlanan "Kim milyonçu olmaq istəyər" verilişində bir ilk yaşanıb.
Belə ki, 4 yaşında keçirdiyi xəstəliyə görə danışa bilməyən 27 yaşlı Ümmü Gülsüm Genç adlı xanım yarışmada iştirak edib. Xanım iştirakçı sualların çoxunu bilərək 125 min TL mükafat qazanıb.
Cavabları lövhəyə yazaraq cavablandıran xanım yüksək nəticə göstərərək ölkədə gündəm olub.
Ümmü Gülsüm Gençin müvəffəqiyyətindən sonra sosial şəbəkə istifadəçiləri "twit"ləri ilə ona dəstək verib.
Muxalifet4 - 12-01-2020
Nərminin qatili Bakıya gətirildi - AZYAŞLI QIZ YANDIRILARKƏN VİDEOYA ÇƏKİLİB
10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinən İlkin Süleymanov Bakıya gətirilib.
Muxalifet.az news24.az-a istinadən xəbər verir ki, onun işi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib.
Dindirilmə zamanı Nərmini necə saxladığını və ona nələr etdiyini açıqlayıb. Müəyyən edilib ki, Nərminin günlərdir saxlanıldığı yer natəmiz və soyuq olub.
İstintaq zamanı Nərmini yandırdığı benzin qabı aşkar edilib. Məlum olub ki, benzinin hamısı istifadə edilməyib.Muxalifet4 - 12-01-2020
Lotu Qulinin qarışdırdığı “oğru dünyası” və ÇEÇEN MAFİYASI...
Kriminal aləmdə çeçenlərin “oğru dünyası”nın öz dəsti-xətti var.
Muxalifet4 - 12-01-2020
"Bu cinayətin işgəncə ilə İlkin adlı şəxsin üzərinə qoyulması iddiaları..." - HÜQUQŞÜNAS NƏRMİNİN QƏTLİNDƏN YAZDI
Tovuz rayon, Dondar Quşçu kənd sakini olan, azyaşlı Nərmin Quliyevanın qətli cinayətinin üstü açılıb. Qatil kimi şübhəli bilinib, əməlini etiraf edən İlkin adlı şəxs aşkar edilərək, artıq tutulub. On yaşlı qız uşağının təcavüzü (buna şübhə yox), baş zərbələri ilə öldürülüb, sonra cəsədin ictimai yerdə yandırılması kimi nadir, dəhşətli, antiinsani və nəinki ölkəmiz, həm də xaricdə dərin ictimai sarsıntı yaradan müdhiş bir cinayətin üstü açılıb. Cinayət faciəli, ictimai sarsıntılı olduğu qədər də, açılması təqdirlidir.
Muxalifet4 - 12-01-2020