Axtarış
The search found 105849 results in 0.036 seconds.
Search results
HAFTAR MOSKVANI BARIŞIQSIZ TƏRK ETDİ - Liviya Milli Ordusunun rəhbəri atəşkəs sazişini imzalamadı
Liviya Milli Ordusunun komandanı marşal Xəlifə Haftar və Milli Barışıq Hökumətinin başçısı Faiz Sərrac arasında dünən Moskvada keçirilən danışıqlar nəticəsiz sona çatıb.
RİA Novosti Liviya mənbələrinə istinadən xəbər verir ki, tərəflər arasında saziş imzalanmamış Haftar Moskvanı tərk edib.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəflərin qərar qəbul etmək üçün bu gün səhərə qədər vaxt istədiklərini bildirib.
Muxalifet4 - 14-01-2020
Vilayət Eyvazov rüşvət alan polisi işdən qovdu - VİDEO
Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazov rüşvət alan polis əməkdaşını işdən çıxarıb.
Məlumata görə, Vilayət Eyvazovun əmri ilə Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev polisin nüfuzuna və daxili işlər orqanı əməkdaşı adına ləkə gətirdiyinə görə Mehdiyev Daxili İşlər orqanlarında xidmətdən xaric edilib.
Xəbəri Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Unikal.org-a təsdiqləyib.
Muxalifet4 - 14-01-2020
“Gömrük-keçid məntəqələrində kobudluq, hörmətsizlik göstərilir” - PREZİDENT
“Əminəm ki, bu il də gömrük sahəsində aparılan islahatlar davam etdiriləcək və bu, bizə imkan verəcək ki, biz yenə də plandan əlavə vəsait toplayaq və büdcəmizə daxil edək”.
Muxalifet.az xəbər verir ki, bunu Prezidenti İlham Əliyev dünən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.
Prezident bildirib ki, gömrük-keçid məntəqələri ilə bağlı verilən tapşırıqlar icra edilir:
Muxalifet4 - 14-01-2020
AZƏRBAYCANDA ŞOK OLAY - Şəhid adı ilə "dəfn edildi", 40 gün sonra ortaya çıxdı / VİDEO
İsmayıllı rayonunda maraqlı hadisə yaşanıb.
Muxalifet.az Xəzər TV-yə istinadla xəbər verir ki, 1992-ci ildə Qarabağ döyüşlərində iştirak edən Şəbyan kənd sakini, 48 yaşlı Zöhrab Həmzəyevin şəhid olması xəbəri gəlib.
Meyit tanınmaz halda olduğundan onu həmin şəxsin meyiti kimi qəbul edib və dəfnini həyata keçiriblər. Ancaq üzərindən 40 gün keçdikdən sonra Zöhrab Həmzəyev özü kəndə qayıdıb və işin üstü açılıb.
Muxalifet4 - 14-01-2020
SİYASİ TƏFƏKKÜRÜN YOXSULLUĞU - Süleymaninin ölümünə ağlayanların amerikalılara lənət yağdırması... / ƏLİSA NİCAT YAZIR
İranın quduz fars generallarından biri, deyildiyinə görə hətta birincisi, “İslam inqilabı keşikçiləri” komandanı Qasım Süleymaninin ABŞ prezidenti Donald Trampın əmri ilə məhv edilməsi həm Güney, həm də Quzey azərbaycanlılarını ilk vaxtlarda sarsıtmış və böyük əksəriyyətinin matəmə qərq olmasına səbəb olmuşdu. Bu da təəccüblü deyil. Çünki hər iki tərəfdə xalqın dözülməz kölə vəziyyətinə düşməsinin və on illərlə buna dözüb talelərinin heç yanda yada salınmamasının səbəblərindən biri də budur.
Muxalifet4 - 14-01-2020
“Sığorta şirkətlərinin acgöz niyyətləri reallaşmayacaq” - ƏKRƏM HƏSƏNOV
“Əhalini cərimələmək yox, maarifləndirmək lazımdır”
“Sığorta şirkətləri tərəfindən ilin sonundan aparılan kampaniyaya son qoyuldu. Onlar əhalini qorxudurdu ki, evini sığortalamalıyan cərimələnəcək. Biz isə deyirdik ki, 8 il ərzindən tədbir görməyən dövlət birdən-birə, xəbərdarlıq etmədən, maarifləndirmə aparmadan bunu etməyəcək.
Bu barədə hüquqşünas Əkrəm Həsənov qeyd edib.Muxalifet4 - 14-01-2020
Həkim xəstənin bədənində qayçını unutdu - Azərbaycanda ŞOK HADİSƏ - FOTO
Gəncə şəhərində şok hadisə yaşanıb.
Muxalifet.az-ın BAKU.WS-ə istinadən verdiyi məlumata görə, həkimlər xəstə 1953-cü il təvəllüdlü Orucova Laləzar Məhməmməd qızını əməliyyat edərkən bədənində qayçı qoyub.
Belə ki, Laləzar Məmmədova yay aylarında Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yırtıq və öd əməliyyatı edilib.
Bir neçə gün sonra evə buraxılıb. Lakin zaman keçdikcə qadının vəziyyəti pisləşib.
Yaxınları qadını dekabr ayının əvvəllərində özəl xəstəxanada müayinə etdirib.
Muxalifet4 - 14-01-2020
Pompeo İranın “nəfəsini kəsmək” niyyətində qəti olduqlarını açıqladı
Vaşinqton İranın neft ixracını tamamilə bloklamaq üçün maksimum səylər göstərəcək.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, belə bəyanatla ABŞ dövlət katibi Maykl Pompeo Stenford universitetində çıxış edib.
“Biz İrandan neft ixracını 80 faiz bloklaya bilmişik və qalan 20 faizlə də məşğul olmaq niyyətimiz qətidir”,-Pompeo bildirib.
Lakin o dərhal əlavə edib ki, əslində ABŞ hakimiyyəti İran xalqının yaxşılığını istəyir, eyni zamanda Tehran rəhbərliyinə təzyiqləri də dayandırmayacaq.
Muxalifet4 - 14-01-2020
Xəstənin qarnında qayçı unudan həkimlər CƏZALANDIRILDI
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Gəncədə əməliyyat zamanı qadının qarın boşluğunda qayçı qalmasına dair məlumat yayıb.
Muxalifet4 - 14-01-2020
Bəxtiyar Hacıyevi təhdid edən şəxs saxlanıldı
İctimai fəal Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə təhdid olunması ilə bağlı müraciəti əsasında polis tərəfindən araşdırma aparılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.
Muxalifet4 - 14-01-2020
Milli Məclisin buraxılmasına səs verən deputatlara pul mükafatı verildi - AÇIQLAMA
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Milli Məclisin deputatlarına əlavə pul mükafatı verilib.
Muxalifet.az bildirir ki, bunu “Report”a açıqlamasında Vəhdət Partiyasının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.
O bildirib ki, bayramlarla əlaqədar deputatlara 730 manat məbləğində əlavə pul mükafatı ödənilib: “Mən də digər həmkarlarım kimi həmin pulu almışam”.
Muxalifet4 - 14-01-2020
“Prezidentə, dövlət qanunlarına, Konstitusiyaya məhəl qoyan yoxdur” - 20 YANVAR ƏLİLİ PREZİDENTƏ MÜRACİƏT ETDİ
“Sizin verdiyiniz fərmanlar, Konstitusiya və digər qanunlar kağız üzərində qalır, idarələrdə işləyən işçilər mənə deyir ki, o prezident, o da sən, get hara istəyirsən de”.
Bu fikrilər Nəsimi rayonu 3-cü Alatava, ev 283-də tənha yaşayan, II qrup 20 yanvar əlili, 80 yaşlı Hüseynov Sadıq Yusif oğlunun ölkə başçısına müraciətində yer alıb.
“Mənə təkrar 100 manat cərimə yazıblar”
Muxalifet4 - 14-01-2020
“KEŞİKÇİDAĞ” İSTİQAMƏTİNDƏ GƏRGİNLİK - Silahlı şəxs Gürcüstan sərhədçisini girov götürüb Azərbaycana tərəf irəlilədi, atəş açıldı
Gürcüstan mediası Azərbaycan Respublikası ilə dövlət sərhədinin yaxınlığında Gürcüstan ərazisində silahlı insidentin baş verməsi ilə bağlı məlumat yayıb.
Muxalifet4 - 14-01-2020
“Yerli icra hakimiyyətləri ilə bağlı 7 cinayət işi başlanıb” - KAMRAN ƏLİYEV
“Yerli icra hakimiyyət orqanlarında olan qeyri-neqativ hallarla bağlı Baş İdarəyə müraciətlər daxil olub, araşdırma aparılıb”.
APA-nın məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb: “Həmin cinayət işləri üzrə 9 vəzifəli şəxs həbs olunub. Onlar barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq məhkəməyə göndərilib”.
Muxalifet4 - 15-01-2020
Həbs edilən icra başçısının oğlu İSTEFA VERİB
Ağstafa İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Ramal Quliyev işdən çıxarılıb.
"Report"un məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Muxalifet4 - 15-01-2020
"HƏFTAR HÜCUMLARINA DAVAM EDƏRSƏ, LAYİQ OLDUĞU DƏRSİ VERƏCƏYİK” - Ərdoğan qiyamçı marşala xəbərdarlıq etdi
Prezident Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Türkiyə Böyük Millət Məclisində (TBMM) Qrup yığıncağında etdiyi çıxışda atəşkəs mətnini imzalamadan Moskvadan qaçan liviyalı qiyamçı marşal Həftara xəbərdarlıq edib.
"Türkiyə müdaxilə etməsəydi hazırda qiyamçı Həftar bütün ölkəni ələ keçirmiş, Liviya xalqının hamısı zülmün pəncəsinə düşmüş olacaq idi", - deyə Ərdoğan bildirib.
Muxalifet4 - 15-01-2020
SOCAR-ın idarə rəisi ilə bağlı ŞOK QALMAQAL: Bankda 28 milyon dollar dondurulub?
SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin adı dələduzluqla bağlı cinayət işində hallanır. Bu işdə 4 milyon manatdan yuxarı məbləğdən söhbət gedir. Suçlanan şəxs kimi hakim önünə çıxarılan da V.Əliyevin qohumudur – baldızı oğlu Nicat Qarayev. Amma idarə rəisinin adı məhz Nicatın qohumu olduğuna görə hallanmır. Zərərçəkmişlər iddia edirlər ki, V.Əliyevin də bütün işlərdən xəbəri olub. Onlar bu iddianı yanvarın 14-də məhkəmədə səsləndiriblər.
Muxalifet4 - 15-01-2020
Vaşinqton Bakıya xəbərdarlıq etdi - İRAN DAĞIDICI KİBERHÜCUM HAZIRLAYIR
Vaşinqtonda kəşfiyyat analitikləri və kibertəhlükəsizlik ekspertləri İranın növbəti addımının daha pis - dağıdıcı kiberhücum və ABŞ-ın və ya onun regiondakı müttəfiqlərinin infrastrukturuna hücum ola biləcəyini təxmin edir.
ABŞ dövlət katibinin köməkçisinin kibernetika və informasiya siyasəti üzrə müavini Robert Streyer bildirib ki, hakimiyyət İrandan gələn potensial təhlükələrlə əlaqədar ayıq olmağa çağırır. O, bu təhdidlərin xarakterini açıqlamayıb.
Muxalifet4 - 15-01-2020
"İranın taleyi soydaşlarımızın mövqeyini ortaya qoymasından asılıdır" - İSA QƏMBƏR
Azərbaycan Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər “Amerikanın Səsi”nə müsahibəsində İran generalının Bağdadda öldürülməsinə Azərbaycanda reaksiyalar və Azərbaycanın dövlətçilik ideologiyasından danışıb.
Muxalifet.az həmin müsahibəni təqdim edir:
- İran generalı Qasım Süleymaninin Bağdadda ödürülməsi Azərbaycanda müzakirələrə səbəb olub. Bəzi ictimai xadimlər, hətta müxalifətə yaxın təşkilatlar Qasım Süleymaninin, İranın müdafiəsi ilə bağlı bəyanatlarla çıxış ediblər. Siz necə düşünürsünüz?
Muxalifet4 - 15-01-2020
İran sərnişin təyyarəsini bir yox, iki raketlə vurub - VİDEOSÜBUT
Yanvarın 8-də səhərə yaxın Tehran səmasında Ukraynaya aid sərnişin təyyarəsinin bir yox, iki raketlə vurulduğu aşkarlanıb.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə videosübutu “The New York Times” qəzeti təqdim edib.
Redaksiyanın əldə etdiyi videoya əsasən gecə səmasında ilk raket buraxılır, raket praktiki olaraq yerə parallel uçur və bir neçə saniyə sonra partlayır. Birinci raketin təyyarəyə dəyib partlamasından 12 saniyə sonra həmin nöqtədən ikinci raket buraxılır, o da hədəfi vurur.
Muxalifet4 - 15-01-2020