​ADP-nin namizədi imza kampaniyasını uğurla başa çatdırıb – DAŞQIN NURİYEVİN ŞANSI YÜKSƏK QİYMƏTLƏNİDİRİLİR

Baxış sayı:
3670

Azərbaycan Demokrat Partiyasının (ADP) deputatlığa namizədlərindən biri – Nuriyev Daşqın Ağarza oğlu imzatoplama kampaniyasını uğurla başa çatdırıb.
Muxalifet.az
xəbər verir ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyi irəli sürülən Daşqın Nuriyevin Seçki qərargahının üzvləri qısa müddətdə 500-ə yaxın imza toplayıblar.
Məlumata görə, ötən parlament seçkilərində eyni dairədən seçkilərə qatılan və seçicilərin böyük əksəriyyətinin etimadını qazanmasına baxmayaraq, saxtakarlıq nəticəsində Milli Məclisdən kənarda qoyulan D.Nuriyevin namizədliyinin irəli sürülməsi bu dəfə də böyük maraqla qarşılanıb. Namizədin gənc və perspektivli olmasını nəzərə alan seçicilər imzatoplama kampaniyasında ciddi aktivlik nümayiş etdiriblər.
Daşqın Nuriyev hesab edir ki, şəffaf və ədalətli seçki keçirilərsə, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində qalib gəlmək şansı yüksəkdir.

Muxalifet.az