Azərbaycanla sərhəddə 3 erməni əsgərin meyiti tapıldı

Baxış sayı:
697

Ermənistan ordusunun ölkənin cənub-şərq istiqamətindəki mövqelərindən birində odlu silahdan açılmış atəşlə öldürülmüş 3 erməni əsgərinin meyiti tapılıb.
Erməni KİV-ləri xəbər verir ki, meyitlər bu gün avqustun 19-na keçən gecə saat 02.15-də aşkarlanıb. Bunlar sıravi əsgərlər Murad Muradyan (2002), Levon Arutyunyan (2002) və Qor Saakyandır (2002). Baş verənlərin təfərrüatı aydınlaşdırılır. KİV-lər bildirir ki, hadisə Zəngəzurun Kornidzor kəndi ətrafında (Laçın rayonu ilə həmsərhəd ərazi) baş verib./Virtualaz.org