“Müşfiq Məmmədov içməli suyu çəltik sahələrinə satdığı üçün susuzluqdan məhv oluruq” – UCAR SAKİNLƏRİ ETİRAZ EDİR / VİDEO, FOTOLAR
Ucar rayonunun Bərgüşad kənd sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Sakinlərin məktubunu olduğu kimi dərc edirik:
“Biz, Ucar rayon Bərgüşad kəndinin aşağı hissəsinin sakinləri, susuzluqdan və yolsuzluqdan əziyyət çəkirik. Demək olar ki, özünü öldürmə həddindəyik. Ancaq Ucar rayon İcra Hakimiyyəti başçısı şikayətimizə baxmaq istəmir.
Bərgüşad kəndinin biz yaşayan hissəsində istifadə etməyə suyumuz yoxdur. Buna görə çoxlu sayda ailənin, 2000 nəfərdən çox insanın yaşadığı kənd ərazisində hamımız əziyyət çəkirik.
Əkin suyu verilmir ki, buna görə təsərrüfatımız məhv olub, insanlar içməli suya görə əziyyət çəkirlər. Bu barədə Ucar rayon icra başçısına, Ucar rayon Suvarma Sistemləri İdarəsinə və Meliorasiya və Su Təsərrüfatı ASC-yə etdiyimiz şikayətlər araşdırlmadı, heç bir tədbir görmədilər. Əkinlərimizi sulamaq üçün kəndimizin yaxınlığından keçən suyun mənbəyi olan kanalda su bol olsa da, bizə verilmir. Çünki Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov suyu çəltik sahələrinə satır deyə çoxlu sayda insan susuzluqdan məhv olur. Ucar Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov icra başçısı Mənsur Məmmədovun qardaşıdır. Onun isə marağı kapital toplamaqdır. Bu, erməni vəhşiliyidir ki, bizə qarşı edirlər.
Əhalisinin əsas məşğulluğu kənd təsərrüftı olan Bərgüşad kəndində əkin sahələrinə səpilən toxumlar yandı, ağaclarımız tamam quruyub, heyvanlar xəstəlik tapıb. Örüş sahələri quruyub deyə heyvandarlıq məhv olmaq üzrədir. İnsanların belə içməyə suyu yox dərəcəsindədir. Bir maşın içməli suyu bizim kəndə 150 manata gətirirlər. Buna isə susuzluqdan əkini və heyvanı olmayan zavallı kəndlinin maddi imkanı yoxdur.
Həmçinin kəndimizin biz yaşayan hissəsində yol yoxdur. Tamamilə dağılmış bərbad vəziyyətdə olan torpaq yolda qışda palçıqdan yayda tozdan hərəkət etmək olmur. Buna görə insanlar xəstə düşüblər. Sanki bizim yaşadığımız ərazi cəhənnəm vadisidir, nə suyu var, nə də yolu. Çünki Ucarın yarıtmaz rəhbərliyi var. Buna görə hökumət təcili tədbirlər görüb çıxış yolu tapmalıdır.
İnsanların məskunlaşdığı hər bir yaşayış yerinə ilk olaraq su və yol çəkilməlidir. Bunlar olmayanda həmin yeri yaşayış ərazisi adlandırmaq çətindir. Ağaclarımız, əkinlərimiz tamamilə quruyub məhv oub. Bizim yaşayışımızı gəlib gözləri ilə görənlər dəhşətə gəlirlər. Müasir dövürdə belə yaşayış massivinin olması biabırçılıq və qəbuledilməzdir.
Bu dəfə də şikayətimizə baxmasalar Bakı-Qazax magistral yolu bağlayacayıq. Başqa çıxış yolumuz yoxdur.
Hörmətli Prezident!
Hörmətli Mehriban xanım!
Cənab Zaur Mikayılov!
Sizdən xahiş edirik, şikayətimizi bizim iştirakımızla yerində araşdırıb qanunu tədbirlər görülməsi üçün Ucar rayonunun Bərgüşad kəndinə nümayəndələr göndərəsiniz ki, yazdıqlarımızı gəlib gözləri ilə görüb təcili tədbirlər görsünlər”.
Qeyd edək ki, müraciətə Ucar rayonu Bərgüşad kəndinin aşağıda adları sadalanan sakinləri imza atıb:
1. Məmmədov Kərəm Balabəy oğlu 1-ci qrup əlil əlaqə telefonu
2. Orucov Fərhad Sahib oğlu
3.Vəliyev Sahil Əlimövsüm oğlu
4.Süleymanlı Nuğay Məhəmməd oğlu
5.Garayev Qurban Murad oğlu
6.Orucov Alim Sahib oğlu
7.Məmmədov İsa Binnət oğlu
8.Süleymanov Qüdrət Abduləli oğlu
9.Süleymanov İlham Əhəd oğlu
10.Garayev Fazil Möyla oğlu
11. Məmmədov Orxan Kərəm oğlu
12. Gərayzadə Tofiq Rafiq oğlu
13.Usubov Rasif Əyyatxan oğlu
14.Nuriyev Qərib Usub oğlu
15.Beydullayev Nazir Haqverdi oğlu
16.Müslümov Bahdur Məhəmməd oğlu
17.Əhədov Abduləhəd Əhəd oğlu
18.Müslümzadə İsmayıl Aydın oğlu
19. Garaylı Samir Qurban oğlu
20. Məmmədov Sahib Möyla oğlu
21.Müslümov Cəmaləddin Məhəmmədəli oğlu
22.Sadıqov Sadıq Ağamusa oğlu.
Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunun qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.