Axtarış

The search found 105735 results in 0.043 seconds.

Search results

  1. MÖVQELƏRİMİZ NAXÇIVAN İSTİQAMƏTİNDƏ ATƏŞƏ TUTULUB - Rəsmi

    Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

    Qarşı tərəf cavab atəşi ilə susdurulub.

    Muxalifet2 - 1-08-2021

  2. Türkiyədə meşə yanğınları: Azərbaycan yanğınsöndürənləri alovların ortasında qaldı - VİDEOLAR

    Türkiyədəki şiddətli meşə yanğınlarını söndürmək üçün köməyə gedən Azərbaycan yanğınsöndürənləri yanğının küləyin təsiri ilə sürətlə istiqamət dəyişdirməsi nəticəsində qəfildən alovların ortasında qalıb. Bu dramatik kadrları Türkiyə KİV-ləri yayıb. Mobil telefonla çəkilən görüntülərə əsasən Marmaris bölgəsinə bağlı Armutalan məhəlləsində yanğınsöndürmə fəaliyyətləri həyata keçirən Azərbaycan yanğınsöndürənləri alovun qəfildən onları əhatə etməsi nəticəsində son anda xilas ola bilirlər. Yanğınsöndürənlərdən biri ləvazimatların da alovların ortasında qaldığını deyir.

    Muxalifet2 - 1-08-2021

  3. Ərdoğan azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı - VİDEO

    “Muğladan və digər vilayətlərdən, Azərbaycandan gələn yanğın-xilasetmə heyətinin üzvləri yanğınların baş verdiyi hər yerdə işlərinə davam edirlər”. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə bağlı açıqlaması zamanı deyib.

    Onun sözlərinə görə, Türkiyədə təyyarə ilə bağlı problemlərin əsas səbəbi uzun illərdir bu vəzifəni yerinə yetirən Türkiyə Aviasiya Assosiasiyasının öz donanmasını və texnologiyasını yeniləyə bilməməsidir.

    Muxalifet2 - 31-07-2021

  4. Türkiyədə yanan meşələrin dronla çəkilmiş görüntüləri - FOTO/VİDEO

    Türkiyənin Adana vilayətinin Aladağ mahalında iki gün davam edən və qismən nəzarət altına alınan yanğından geriya qalan görüntülər dronla çəkilib.

    Bununla bağlı kadrları İHA yayımlayıb.

     

    Muxalifet2 - 1-08-2021

  5. Jurnalistlər Baydenə gələn gizli məktubu ifşa etdilər - FOTO/VİDEO

    ABŞ prezidenti Co Bayden qubernatorlarla onlayn görüşü zamanı köməkçisindən “Cənab, çənənizdə bir şey var” qeydi olan məktub alıb.

    Bununla bağlı kadrları “The New York Post” xəbər verib.

    Məlumata görə, Ağ Evdən yayımlanan görüş zamanı Bayden köməkçisindən sözügedən məktubu alıb.

    Muxalifet2 - 1-08-2021

  6. DEPUTATI "QOÇU", HAKİMİ ŞANTAJÇI OLAN VƏTƏNDAŞIN NƏ HÜQUQU OLA BİLƏR? - Və yaxud Xəyalə Cəmilovanın Yujdaq İnstitunun diplomu ilə hakimlik etməsi qanunsuzdur?

    Deputat Eldəniz Səlimovun xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq etməsi ilə deputatın diplomunun saxta olması, başqa sözlə Dağıstan Respublikasının ali təhsil müəssisələrinin diplomlarının ölkəmizdə tanınmaması ilə bağlı iddialar yayılıb.

    Muxalifet2 - 1-08-2021

  7. ​“Nar Wi-Fi” ilə sən harada, internet orada!

    Yay günlərində şəhərkənarı evdə istirahət edənlər, yaxud yeni mənzilə və ya ofisə köçənlər, evində ənənəvi internetə qoşula bilməyənlər “Nar Wi-Fi” ilə yüksək sürətli internet əldə edə bilirlər. Olduqları hər yerdə kəsintisiz və keyfiyyətli internetlə əhatə olunmaq istəyənlər sadəcə ruteri özləri ilə götürməlidirlər. Avadanlıq “Nar” LTE şəbəkəsinin əhatə olunduğu hər yerdə internetə çıxış əldə etmək imkanı verir. 

    Muxalifet2 - 1-08-2021

  8. ​44 GÜNLÜK SAVAŞDA YEGANƏ ÖVLADINI İTİRƏN ŞƏHİD ATASI RAYON RƏHBƏRLİYİNDƏN NARAZIDIR -"Göyçay rayonunda özbaşınalıq baş alıb gedir"

    Göyçay rayon Üngütlü kənd sakini, şəhid atası Nadirov İlyas Şirməmməd oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:
    "Göyçay rayonunda özbaşınalıq baş alıb gedir. Rayonda həll edilməyən problemlərə görə sakinlər çox əziyyət çəkirlər.  
    Mən Vətən müharibəsində şəhid olmuş Fərid Nadirovun atasıyam. Fərid mənim yeganə övladım idi. 

    Muxalifet2 - 1-08-2021

  9. NAXÇIVAN İSTİQAMƏTİNDƏKİ MÖVQELƏRİMİZ YENİDƏN ATƏŞƏ TUTULDU - Rəsmi

    Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

    Cavab atəşi ilə qarşı tərəf susdurulub.

    Muxalifet2 - 2-08-2021

  10. GENERALIN BACISI OĞLU EV DUSTAQLIĞINA BURAXILDI - Rüşvət almaqda şübhəli bilinir

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin keçmiş rəisi, rüşvət almaqda şübhəli bilinərək İyul ayının 23-də həbs olunan polkovnik Vüsal Babayev azadlığa çıxıb.

    Unikal.org portalı iddia edir ki, Babayev ev dustaqlığına buraxılıb. Bundan əvvəl məhkəmə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçmişdi.

    V.Babayev Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.

    Muxalifet2 - 2-08-2021

  11. MİLLİ MƏCLİSDƏ POLİSİ DÖYƏN DEPUTATIN MƏSƏLƏSİNƏ BAXILDI - Özünün iştirakı ilə / YENİLƏNİB - 2

    Milli Məclisin İntizam Komissiyasının iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimata baxılıb.

    “Report”un xəbərinə görə, toplantıda komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.

    Məsələ parlamentin sabah – avqustun 3-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

    ***

    Muxalifet2 - 2-08-2021

  12. "Əks göstəriş sertifikatı"-nın veriləcəyi tarix açıqlandı

    Avqustun 9-dan vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "Əks göstəriş sertifikatı"-nın verilməsinə başlanılır. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd edilir.

    Məlumatda vurğulanır ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"-na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

    Muxalifet2 - 2-08-2021

  13. "Azərbaycanlı qardaşlarımız gücümüzə güc qatır" - TÜRKİYƏNİN DİN RƏHBƏRİ

    "Türkiyəni çənginə alan meşə yanğınlarının qarşısının alınması üçün dəstək verdiklərinə görə azərbaycanlı qardaşlarımıza öz təşəkkürümüzü bildiririk. Sözsüz ki, qardaşlıq bu günlər üçündür".

    Bu fikirləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

    Muxalifet2 - 2-08-2021

  14. Azərbaycanlı əsirlərə işgəncə verən erməni hərbi canilərinə hökm oxundu - "LYOXA" VƏ "LYOŞA" 20 İLİ HƏBSXANADA KEÇİRƏCƏK

    Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə verməkdə və digər cinayətlər törətməkdə təqsirləndirilən erməni hərbi caniləri Mkrtiçyan Lüdvik Mkrtiçoviç (“Lyoxa”) və Xosrovyan Alyoşa Aramaisoviçin (“Lyoşa”) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    akı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə Yasamal məhkəməsində keçirilən prosesdə hökm oxunub.

    Muxalifet2 - 2-08-2021

  15. 150 manata saxta COVİD-19 pasportu satan tibb işçiləri istintaqa cəlb olundu - DİN VƏ BAŞ PROKURORLUĞUN BİRGƏ MƏLUMATI

    Daxil olan məlumatlar və aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVID-19 pasportu ilə təmin edilmələri məlum olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

    Muxalifet2 - 2-08-2021

  16. Rövşən Əkbərovun törətdiyi qətlin təfərrüatları məlum oldu - CİNAYƏT İŞİNDƏ VƏZİFƏLİ ADAMLARIN DA ADI KEÇİR

    20 il əvvəl Kiyevdə 29 yaşlı azərbaycanlı iş adamı Elçin Əliyevi qətlə yetirməkdə ittiham olunan məşhur general, Milli Qəhrəman Rövşən Əkbərovun işi üzrə iyulun 30-da məhkəmə istintaqı başlayıb.

    Belə ki, bu il martın 15-dən həbsdə olan generalın işinə Bakı Hərbi Məhkəməsində baxılır.

    Həbib Həsənovun sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib.

    Muxalifet2 - 2-08-2021

  17. POLİSİ DÖYƏN DEPUTAT MEHDİYEVİN ADAMI ÇIXDI - "Onun bağ evlərində təşkil olunan qəbullarda iştirak edir"

    Bir neçə gün öncə Xaçmazda polisi döyməklə gündəmə gələn Milli Məclisin deputatı Eldəniz Səlimovla şok faktlar ortaya çıxıb.

    Konkret.az xəbər verir ki, vaxtilə Eldəniz Səlimov AMEA Prezidenti Ramiz Mehdiyevin ciddi siyasi dəstəyi və təqdimatı ilə deputat mandatı qazana bilib.

    Digər məlumata görə, Eldəniz Səlimov tez-tez Ramiz Mehdiyevin bağ evlərində təşkil olunan qəbullarda iştirak edir.

    Eldəniz Səlimovun ötən il Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyunda da iştirak etdiyi deyilir.

    Muxalifet2 - 2-08-2021

  18. ERMƏNİLƏR SƏRHƏDDƏ YENƏ ATƏŞKƏSİ POZDU - Düşmən cavab atəşi ilə susdurulub

    Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 2-si saat 13:55-dən 17.00-dək Vedi rayonunun Arazdəyən və Basarkeçər rayonunun Zərkənd kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi və Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

    Muxalifet2 - 2-08-2021

  19. Deputat Eldəniz Səlimov YAP-dan çıxarılıb

    Bu gün Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib.

    Partiyanın yerli şöbəsindən verilən məlumata görə, İdarə Heyətinin 2 avqust tarixli qərarına əsasən, partiyanın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimov YAP üzvlüyündən xaric edilib.

    Muxalifet2 - 2-08-2021

  20. Eldəniz Səlimov barəsində həbs-qətimkan tədbiri seçildi - VİDEO, YENİLƏNİB

    Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən E.Səlimov barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

    Muxalifet2 - 3-08-2021

Pages