Axtarış

The search found 105735 results in 0.088 seconds.

Search results

  1. Ramiz Mehdiyevə bağlı olan media şirkəti MƏHKƏMƏYƏ VERİLDİ

    Dövlət Radio Tezlikləri İdarəsi “Antenn” Müstəqi Teleradio Kompaniyasını məhkəməyə verib. HİT.Az xəbər verir ki, məhkəmə çəkişməsinə səbəb müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. Artıq iyulun 9-na hazırlıq iclası təyin edilib.

    Mətbuatda yayılan məlumatlara görə, “Antenn” Müstəqili Teleradio Kompaniyası Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevə bağlı şirkətdir.

    Muxalifet2 - 28-06-2021

  2. AVRO-2020: İspaniya dramatik oyunda Xorvatiyaya qalib gəldi

    Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

    Turnirin favoritlərindən İspaniya millisi Xorvatiya ilə qarşılaşıb. Danimarkanın paytaxtı Kopenhagendəki "Parken" stadionunda oynanılan və türkiyəli FIFA referisi Cüneyt Çakırın idarə etdiyi görüş Pireney təmsilçisinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

    Muxalifet2 - 28-06-2021

  3. LAÇINDA HƏRBİ YÜK AVTOMOBİLİ QƏZAYA UĞRADI - İki hərbçi həlak olub / FOTO

    İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Muxalifet2 - 28-06-2021

  4. “Hiss eləmirsiz ki, diktatorun qonağısız?..” - LUKAŞENKO İLƏ ƏRƏB MİLYARDERİN DEMOKRATİYA SÖHBƏTİ

    Belarus prezidenti Aleksandr Lukaşenko Birləşmiş Ərəb Əmirliklərindən iri ərəb biznesmeni, milyarder Məhəmməd əl-Abbarla danışıqları zamanı ölkəsindəki siyasi situasiyanı da müzakirə edib. Və onunla demokratiya və diktatura barədə zarafatlaşıb.

    Belə ki, ərəb investor Belarusdakı sosial-siyasi quruluş haqda xeyli xoş sözlər deyib, tərifləyib. “Əsl demokratiya elə budur”,-deyib.

    Muxalifet2 - 28-06-2021

  5. Toylarda rəqs edərkən maska taxmaq zəruri deyil - DİN-dən AÇIQLAMA

    “50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində tibbi maska tələbi mütləqdir. Çünki həmin məkanlarda yoluxma riski və COVID daşıyıcıları ola bilər. Bu, həm də onunla bağlıdır ki, 50 nəfərədək olan tədbirlərdə COVID-19 pasportu tələb olunmur”.

    Bunu Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

    Onun sözlərinə görə, 50 nəfərdən 150 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində isə tibbi maska tələbi yoxdur:

    Muxalifet2 - 29-06-2021

  6. Azərbaycana qarşı terror-təxribat törədən ermənilər məhkəmədə ifadə verir - YENİLƏNİB

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə iclası keçirilir.

    Muxalifet2 - 29-06-2021

  7. “BU, PUTİNİN CƏZASIZ QALMIŞ HƏRƏKƏTLƏRİNƏ YAXŞI CAVAB OLARDI” - “Böyük Britaniyanın göstərdiyi reaksiya kifayət qədər cəsarətsizdir”

    ABŞ və Rusiya prezidentləri arasında keçirilən sammitdən sonra Almaniya və Fransa tərəfindən Avropa Birliyi-Rusiya sammitinin keçirilməsi təklifi irəli sürülüb. Lakin Avropa Birliyinə daxil olan dövlətlərin əksəriyyəti Putinlə hər hansı sammitin keçirilməsinə etiraz ediblər.

    Avropa Birliyi və Böyük Britaniyadakı bir çox siyasi icmalçıların, ekspertlərin, siyasətçilərin fikrinə görə, əgər belə bir sammit baş tutarsa, onda bu, Qərbin zəifliyinin açıq təzahürü və Putinin zəfəri olacaq. Yekunda isə gözlənilən nəticə əldə edilməyəcək.

    Muxalifet2 - 29-06-2021

  8. AVRO-2020-də sensasiya: İsveçrə dünya çempionlarını turnirdən kənarlaşdırdı

    Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 1/8 final mərhələsinin digər oyununda son dünya çempionu Fransa İsveçrəyə qarşı oynayıb.

    Komandalar meydana eyni taktiki düzülüşlə çıxıb.

    Fransa (3-4-1-2): Lyoris (kapitan), Kimpembe, Lanqle, Varan, Rabyo, Kante, Poqba, Pavar, Qrizmann, Mbappe, Benzema

    İsveçrə (3-4-1-2): Zomer, Rodriqes, Akanji, Elvedi, Suber, Caka (kapitan), Froyler, Vidmar, Şakiri, Embolo, Seferoviç

    Muxalifet2 - 29-06-2021

  9. "İPƏK YOLU” DƏHLİZİNDƏ YENİ ƏNGƏLLƏR - Yenə də yüzlərlə TIR sərhəddə yığılıb...

    Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Nəqliyyatçılar Dərnəyi (UND) Türkiyədən Orta Asiyaya ixrac malları daşıyan TIR-lara keçid icazəsi vermədiyi üçün Qazaxıstana etiraz edib. Dərnəyin yaydığı bəyanata əsasən UND-in idarə heyətinin üzvləri Fatih Şener və Fırat Başbilen Qazaxıstanın Ankaradakı səfirliyi qarşısına üzərində “Türk-Qazax qardaşlığı adına üzgünük” sözləri yazılmış qara çələng buraxaraq etirazlarını bildiriblər.

     

    Muxalifet2 - 29-06-2021

  10. Azərbaycan-Ermənistan sərhədi boyu Rusiya qoşunları yerləşdiriləcək? - "LAÇIN VƏ KƏLBƏCƏR İSTİQAMƏTLƏRİNDƏ..."

    "Rusiyanın sərhəd qoşunları Ermənistanla Azərbaycan arasında sərhəddə duracaq, sonra demarkasiya və delimitasiya olacaq, bundan sonra Ermənistan və Azərbaycan Sərhəd Qoşunları sərhəddə duracaqlar".

    Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına verdiyi müsahibəsində deyib.

    Muxalifet2 - 29-06-2021

  11. ABİD ŞƏRİFOVUN SƏHHƏTİ AĞIRLAŞIB - “Hazırda vəziyyətim pisdir"

    Baş nazirin sabiq müavini Abid Şərifovun səhhəti ağırlaşıb.  Abid Şərifov böyrəklərində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilsə də, orda səhhətində başqa problemlərin də olduğu ortaya çıxıb.

    Muxalifet2 - 29-06-2021

  12. Fazil Məmmədovun holdinqinin 1 milyon vergi borcu var - Vergi xidməti “AtaHolding”-i məhkəməyə verib

    2003-cü ilin sentyabr ayında fəaliyyətə başlayan və Azərbaycanın ən “yırtıcı” nazirlərindən olmuş Fazil Məmmədova məxsus “AtaHolding”-in büdcəyə 1 milyon manata yaxın vergi borcu var.

    “AzPolitika.info” xəbər verir ki, artıq bir neçə ildir sabiq vergilər nazirinə aid olduğu bildirilən “AtaHolding”-in maliyyə durumu pisləşdiyindən, bu biznes strukturunun tam iflasın astanasında olduğu barədə məlumatlar var. Digər şirkətlərə, banklara olan borclarıyla yanaşı, “AtaHolding” MMC-nin 29 iyun 2021-ci il tarixinə 927 940 manat həcmində vergi borcu da var.

    Muxalifet2 - 29-06-2021

  13. "Kaspi"-dəki maxinasiyalarla bağlı çəkişmə... - Təqsirləndirilən şəxslər narazıdır

    Prezidentin keçmiş köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın rəhbərlik etdiyi "Kaspi Liseyi Ümumtəhsil Məktəbi" MMC-dən 565 min manatlıq yeyinti iddiası ilə bağlı il yarımlıq daha bir məhkəmə araşdırması yekunlaşıb. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb. Amma S. Vəliyevanın keçmiş işçiləri bu nəticədən narazıdır və Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

    Muxalifet2 - 29-06-2021

  14. HADRUTDA TUTULAN ERMƏNİLƏRİN ETİRAFLARI - "Rusiya sülhməramlılarının yanından keçib dağa qalxdıq…”

    Ötən ilin dekabrında, müharibənin başa çatmasından təxminən bir ay sonra Hadrut ətrafındakı Köhnə Tağlar və Çaylaqqala kəndləri yaxınlığında yaxalanmış erməni silahlı dəstəsindən olan 14 nəfərlik qrupun işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib.

    Muxalifet2 - 29-06-2021

  15. Saakaşvili tok-şou aparmaq qərarına gəlib

    Gürcüstanın eks-prezidenti və müxalif «Vahid milli hərəkat» partiyasının qeyri-rəsmi lideri Mixail Saakaşvili televiziyada tok-şou aparmaq qərarına gəlib. 

    O, hazırda vətənində axtarışdadır və Ukraynada yaşayır.

    «Mən kanalların birində, birbaşa efirdə tok-şou aparmağa başlayıram. İkincisi, mən bir neçə yüz cavan adam toplayıb, onları müsabiqə yolu ilə seçərək, Odessada Gürcüstanın gələcəyi üçün innovasiya konqresi keçirmək istəyirəm» - deyə, Saakaşvili bəyan edib.

    Muxalifet2 - 30-06-2021

  16. “Rusiya tərəfdarı olanlar Azərbaycanı 200 il geriyə atıblar” - ELÇİN ŞIXLI

    “Hələlik Rusiyanın başını qatmaq lazımdır. Ona görə də rus sülhməramlıları ortaya çıxdı, başqa cür mümkün deyil”

    “Niyə bizim Naxçıvanda Türkiyə ilə sərhədimiz cəmi 11 kilometr olmalıdır? Bunu da Moskva edib

    Muxalifet2 - 30-06-2021

  17. “ERMƏNİSTANLA SÜLH SAZİŞİ İMZALANA BİLƏR, AMMA...” – “Bölgədə situasiyaya Rusiya nəzarət edir”

    Son günlər yenidən Ermənistan-Azərbaycan sərhədində atəşkəsin tez-tez pozulduğu bildirilir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 26-da və 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

    Bu arada son aylar Azərbaycan tərəfindən Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı bir neçə dəfə istək bildirilsə də, Ermənistan tərəfindən buna heç bir cavab verilməyib.

    Muxalifet2 - 29-06-2021

  18. VAKSİNİN BELƏ QORUMADIĞI VİRUS İRANA ÇATDI - 3 əsas əlaməti açıqlandı

    Hazırda dünyada sürətlə yayılan koronavirusun "delta-plus" variantı Hind ştammının bir növüdür. Artıq bizə qonşu bütün ölkələrdə delta-plus variantı aşkarlanıb.

    Kral London kollecinin genetik epidemioloqu Tim Spektor hind ştammının insanlarda əvvəlki koronavirus variantlarından fərqli təsir və təcrübə göstərəcəyini bildirib. "Delta-plus"la hind ştammının əlamətləri analoji olaraq oxşardır. Alim 3 əsas simptomu açıqlayıb: güclü baş ağrıları, boğazda ağrı, burun tutulması. Bütün bunlar kəskin halsızlıqla davam edir.

    Muxalifet2 - 30-06-2021

  19. KRIMDAKI AZƏRBAYCANLI İŞ ADAMI ŞANTAJLA ÜZLƏŞİB - Oqtay Ramazanov şantajçıların həbsini tələb edir

    Azərbaycanda jurnalist adından sui-istifadə edənlərin cinayətkar fəaliyyətlərinin miqyası artıq ölkə sərhədlərini də aşmaqdadır.

    Muxalifet2 - 30-06-2021

  20. Alman jurnalistləri gizlicə Qarabağa keçmək istəyirlər - ONLARIN NİYYƏTLƏRİ NƏDİR?

    Dünən axşam Azərbaycan tərəfinə Almaniyanın ictimai televiziyası ZDF-in çəkiliş qrupunun bütün gücü ilə  futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək yarımfinalına can atdığı barədə fövqəladə olmasa da, hər halda qəribə görünən niyyətləri məlum olub. Bunlar jurnalist marağının hüdudlarını aşıb keçən  nə niyyətlərdir ki, Bakı istebleşmentinin marağını cəlb etdi?

    Muxalifet2 - 30-06-2021

Pages