Axtarış

The search found 105735 results in 0.041 seconds.

Search results

  1. Toylarla bağlı icazə portalı bu gündən aktivləşdiriləcək

    Şənlik mərasimlərinin keçirilməsinə icazələrin verilməsi üçün icaze.e-gov.az portalı bu gün aktivləşdiriləcək.

    Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Nazirlər Kabinetinin qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına dəyişiklik edilib. Qərara əsasən müvafiq şərtlər daxilində şənlik mərasimlərinin keçirilməsinə icazə verilib.

    Muxalifet2 - 26-06-2021

  2. Almaniya bu əcnəbilərə vətəndaşlıq verməyəcək

    Almaniyada irqçi, homofob və radikal dindarlara qarşı cinayətlərin cəzası sərtləşdirilib.

    “Qafqazinfo” xəbər verir ki, bundan başqa irqçi, əcnəbi düşmən və antisemit düşüncə tərzinə malik əcnəbilərin Almaniya vətəndaşlığına keçməsinin də yolu bağlanır.

    “Bu addımla təhrikedicilərin alovlandırdığı qorxu iqliminə qarşı qərarlı bir reaksiya veririk”, - Almaniya ədliyyə naziri Kristin Lambert deyib.

    Muxalifet2 - 26-06-2021

  3. Azərbaycanda bir neçə publik hüquqi şəxs yaradılıb -SİYAHI / FƏRMAN

    Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında”, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmillə

    Muxalifet2 - 26-06-2021

  4. “Türkiyənin inkişafında yeni səhifə...” - Ərdoğan “Kanal İstanbul”un inşasına start verdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kanal İstanbul” layihəsi çərçivəsində ilk körpünün təməlqoyma mərasimində iştirak edib.

    Bu barədə “Haber Global” yazıb.

    Türkiyə lideri 15 milyard dollara başa gələcək layihənin altı il ərzində tamamlanacağını qeyd edib.

    “Kanal İstanbul – İstanbulun gələcəyini xilas etmə layihəsidir”, - deyə R.T.Ərdoğan bildirib.

    Ərdoğan layihənin həyata keçilməsinə başlanılmasının Türkiyənin inkişafında yeni səhifə olduğunu vurğulayıb. 

    Muxalifet2 - 26-06-2021

  5. "Sülh müqaviləsinə hazırlıq işləri getməlidir" - İlham Əliyev

    "Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır".

    Muxalifet2 - 26-06-2021

  6. ​“Nar” Silahlı Qüvvələr Gününü işğaldan azad edilmiş ərazidə xidmət edən əsgərlərlə birgə qeyd etdi

    26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə “Nar” növbəti dəfə Azərbaycan Ordusuna dəstək olub. Belə ki, mobil operator Müdafiə Nazirliyinin dəstəyi ilə işğaldan azad edilmiş ərazidə yerləşən “N” saylı hərbi hissəyə səfər edib və qalib əsgərlərlə görüşüb. Bundan başqa, “Nar” əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün işğaldan azad edilmiş ərazilərdə yerləşən bir neçə hərbi hissəyə müxtəlif hədiyyələr və kitablar təqdim edib. Məqsəd Vətən keşiyində duran Müzəffər Ordumuzun əsgərlərinə olan hörməti bildirməkdir.

    Muxalifet2 - 26-06-2021

  7. ƏLİLLƏRİN MƏHKƏMƏYƏ ƏLÇATANLIĞI TƏMİN EDİLMİR - Mülki Prosessual Məcəllənin 67-ci maddəsi ləğv edilməlidir

    Yay gəlincə, Milli Məclisdə “qızmar” iclaslar daha da qızışmaqdadır. Uzun müddət əlilliyi olan şəxslərə saxta diqqət və qayğını pərdələməkdən yana, saxta əlillər, qazilər qonusunu ortaya atanlar əlillik meyarlarını toplumun “şəbəkə müzakirəsi”nə verməklə, “AzTV şousu” göstərməklə diqqəti başlıca məqsəddən, dövlətin ana xəttindən yayındırmağa nail olunub .

    Muxalifet2 - 26-06-2021

  8. "YOLDAŞIM DEDİ: ƏXLAQINA BƏLƏDƏM..." - Hüseynbala Mirələmov məlum hadisədən danışdı

    Azərbaycan Neft Akademiyasının online toplantısındakı əxlaqsız hərəkəti ilə yaddaşlarda qalan, hətta bütün dünyada tanınan keçmiş millət vəkili Hüseynbala Mirələmov 76 yaşını qeyd edib. Bu münasibətlə anews.az-a müsahibə verən Mirələmov məlum hadisə barədə də danışıb. Muxalifet.az müsahibənin həmin hissəsini təqdim edir: 

    – Məlum video ilə gündəm oldunuz. Bizdə olan məlumata görə rektorla aranızda olan soyuq münasibətin nəticəsi olaraq həmin görüntülər 3 ay sonra yayıldı. Araşdırdınızmı həmin videogörüntüləri kim yayıb?

    Muxalifet2 - 26-06-2021

  9. ERMƏNİSTANDAN NÖVBƏTİ TƏXRİBAT - Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutuldu

    İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

    Muxalifet2 - 27-06-2021

  10. TÜRKİYƏ VƏ ABŞ ARASINDA QARABAĞ MÜZAKİRƏLƏRİ...

    Türkiyə parlamentinin nümayəndə heyəti ABŞ-da Amerika-Türkiyə münasibətlərinin vəziyyətini və perspektivlərini, Cənubi Qafqaz və Əfqanıstandakı vəziyyəti müzakirə edib.

    “Anadolu” agentliyi xəbər verir ki, bu barədə ABŞ-a səfərin gedişatında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri, nümayəndə heyətinin rəhbəri Akif Çağatay Kılıç bildirib.

    Nümayəndə heyətində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının, həm də ölkənin aparıcı müxalifət strukturlarının nümayəndələri təmsil olunublar.

    Muxalifet2 - 27-06-2021

  11. “Qarabağ müharibəsi zamanı “Bayraktar” Ermənistanın “İsgəndər” kompleksini vurub” - FRANSA MEDİASI

    44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun geniş çeşiddə pilotsuz aparatları tətbiq etməsi hələ də dünya mediasının və ekspert çevrələrinin gələcək müharibələrin necə olacağına dair təhlillərində yer almaqdadır.

    Muxalifet2 - 27-06-2021

  12. İran nüvə obyektləri barədə məlumatları verməkdən imtina etdi

    İran parlamentinin spikeri Məhəmməd Qalibaf “Al-Hadath” telekanalına müsahibəsi zamanı bəyan edib ki, ölkəsi nüvə obyektlərindən məlumatları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (IAEA) təqdim etməyəcək. TASS xəbər verir  ki, spiker təşkilatla İran arasındakı mövcud müqavilənin müddətinin bitdiyini və bundan sonra nüvə obyektlərinin müşahidə kameralarından qeydə alınan görüntülərin agentliyə verilməyəcəyini bildirib.

    Qeyd edək ki, İran və IAEA arasında monitorinq barədə razılaşmanın müddəti iyunun 24-də başa çatıb.

    Muxalifet2 - 28-06-2021

  13. “İnsanlar aclıqdan bir-birini öldürür, ətini yeyirdi” - Şimali koreyalı qaçqın

    Şimali koreyalı qaçqın və hüquq müdafiəçisi Çjihyon Pak ötən əsrin 90-cı illərində ölkədəki aclıq və kannibalizmdən danışıb.

    Lenta.ru xəbər verir ki, o, hər gün küçədə yeni cəsədlərin peyda olduğunu bildirib.

    “İnsanlar aclıqdan ağlını itirir, bir-birini öldürür, ətini yeyirdi. Onlar hətta uşaqları da yeyirdilər”, -deyə Pak qeyd edib.

    Onun sözlərinə görə, ailəsi də siçovul yeməklə dolanıb. Dayısı isə aclıqdan ölüb.

    Qeyd edək ki, hazırda Şimali Koreya yeni aclıq təhlükəsilə üzləşib.

    Muxalifet2 - 28-06-2021

  14. TOVUZ İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB - Rəsmi

    İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi xəbər verir.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

    Muxalifet2 - 28-06-2021

  15. Milli Məclisin deputatı cərimələndi - OTELDƏ MÜBAHİSƏ EDİB...

    Səbail rayon Polis İdarəsi Milli Məclisin deputatı Ramil Həsənov, onu müşayiət edən şəxslər və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev arasında bu gün səhər saatlarında Bakıdakı “Four Seasons” otelində baş vermiş çəkişmə barədə araşdırma aparıb.

    DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a bildirib ki, araşdırma nəticəsində həmin çəkişmədə 10 nəfərin iştirakı müəyyən olunub. Onların hamısı Səbail rayon Polis İdarəsinə dəvət olunublar. Araşdırma nəticəsində müəyyən olunub ki, otelin foyesində sözlü mübahisə baş verib.

    Muxalifet2 - 27-06-2021

  16. Azad olunan ərazilərə keçmək istəyən şəxslər saxlanıldı

    İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

    Muxalifet2 - 28-06-2021

  17. Gürcüstan parlamentində Rusiya himni səsləndirilib

    Gürcüstan parlamentinin növbədənkənar iclasında Rusiyanın dövlət himni eşidilib.

    “Report”un yerli bürosu xəbər verir ki, himni müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Nona Mamulaşvili İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsinin sədri Mixeil Sarcveladze çıxış edərkən mobil telefonu vasitəsilə səsləndirib.

    Muxalifet2 - 28-06-2021

  18. Rusiya telekanalı Azərbaycana qarşı təxribat törədib - / YENİLƏNİB

    Rusiyanın TVC (ТВ Центр) federal televiziya kanalında Azərbaycana qarşı təxribat törədilib.
     
    APA-nın Moskva müxbirinin xəbərinə görə, telekanalın efirində yayımlanan xəbərlər proqramında Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsindən "Zaqafqazskiy uzel" adlı reportaj efirə verilib.
    Jurnalist Vera Kuzminanın müəllifi olduğu reportajda Dağlıq Qarabağ ayrıca ölkə kimi təqdim olunub. Azərbaycana qarşı təxribatçı fikirlərin yer aldığı reportajda Xankəndidəki erməni sakinlərlə müsahibələr də yer alıb.

    Muxalifet2 - 28-06-2021

  19. İctimai Nəzarət Mərkəzindən hökumətə müraciət - "İNDİKİ TOY MODELİ SOSİAL BƏLADIR VƏ..."

    "Bu toylar ölkədə maddiyatçılığın, meşşanlığın artmasına, mənəvi dəyərlərin sıxışdırılmasına səbəb olur..."

    İctimai Nəzarət Mərkəzi mütərəqqi toy modellərinin yaradılması zərurəti ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycanda keçirilən toy ənənələrinin bərpa olunacağından narahatlıq ifadə olunub:

    Muxalifet2 - 28-06-2021

  20. "Prezident İlham Əliyevə qarşı təxribata əl atıla bilər" - CÜMŞÜD NURİYEV

    “Ramiz Mehdiyev və daha bir nəfər hələ də müəyyən imkanlara malikdir”

    "Türkiyə olmasaydı, çevrilişə belə cəhd edərdilər..."

    Nikol Paşinyan Ermənistanda seçkini udaraq, ölkəyə nəzarəti var gücü ilə bərpa etməyə çalışır. İrəvanda uduzan “Qarabağ klanı” Xankəndindəki separatçı qurumun rəhbərliyinə qarşı açıq hücuma keçib.

    Muxalifet2 - 28-06-2021

Pages