Novxanıda sürücüyə qarşı yersiz hərəkət edən yol polisi CƏZALANDIRILDI

Baxış sayı:
775

Ötən günlərdə Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan görüntülər barədə aparılan araşdırma yekunlaşıb.

Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib.

O bildirib ki, yayılan video ilə yol polisi əməkdaşının rüşvət aldığına dair iddialar öz təsdiqini tapmayıb:

“Həmin polis əməkdaşının rüşvət alması faktı təsdiqlənməyib. Yol patrul xidmətinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirən zaman sürücü ilə lüzumsuz danışıqlara və yersiz hərəkətlərə yol verdiyinə görə, intizam qaydası ilə cəzalandırılıb”.