Axtarış
The search found 105735 results in 0.09 seconds.
Search results
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTUB - Tovuz istiqamətində
İyunun 24-də saat 14.30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Muxalifet2 - 24-06-2021
Trampdan koronavirusun mənşəyi ilə bağlı açıqlama: Çin sübutları məhv edib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çin hökumətinin koronavirusun Uhandakı laboratoriyadan yayılması ilə bağlı sübutları məhv etdiyini bildirib.
Bu barədə “Fox News” məlumat yayıb.
“Çin artıq çox güman ki, bir çox sübutları məhv edib”, - deyə D.Tramp bildirib.
Onun sözlərinə görə, belə olan halda çətin ki, koronavirusun mənşəyi ilə bağlı araşdırmalar uğurlu olsun.
Muxalifet2 - 25-06-2021
Saxlanılan biznesmenin maşınından iki meyit çıxdı - FOTO/VİDEO
Rusiyanın Tula vilayətində maşınında iki meyit olan biznesmen saxlanılıb.
Bu barədə “Life Shot” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, yol polisləri gecə yarısı “Ford” markalı avtomobili saxlayıblar. Onun arxa oturacağında isə iki cəsəd aşkarlanıb. Sükan arxasında yerli sahibkar, “Lesoproduksiya” MMC-nin rəhbəri, sərnişin oturacağında isə 23 yaşlı oğlu olub. Onlar 60 və 38 yaşlarında olan işsiz ata-balanı daşıyırdılar.
Muxalifet2 - 25-06-2021
Balaca uşaq iməkləyərək yola çıxdı - VİDEO
Atasının diqqətindən yayınan körpə uşaq iməkləyərək yolun hərəkətli hissəsinə çıxıb.
Vesti.ru bununla bağlı kadrlar yayıb.
Muxalifet2 - 25-06-2021
Rusiya və Türkiyə prezidentləri Qarabağı müzakirə ediblər - YENİLƏNİB
Ərdoğan Putinlə söhbətində ermənilərin Şuşada törətdiyi dağıntılardan bəhs edib
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Prezident Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında olan telefon danışığı haqqında məlumat yayıb.
APA-nın Türkiyə bürosunun quruma istinadla verdiyi məlumata görə, iki lider Türkiyə-Rusiya münasibətləri və regional inkişaflar barədə müzakirələr aparıblar.
Muxalifet2 - 25-06-2021
"Göy üzündə göz açan adam" çap olunub
Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Emil Rasimoğlunun 30 illiyi ilə əlaqədar müasirlərinin qələmə aldığı "Göy üzündə göz açan adam" toplusu çapdan çıxıb.
Kitabda Prezident təqaüdçüsünün həyat və yaradıcılığı haqqında sənət adamlarının, həmkarlarının fikirləri yer alıb. Fikir bildirənlər arasında həm yaşlı, həm orta, həm də gənc nəslin nümayəndələri var.
Müəlliflər sürreal-dadaist şair Emil Rasimoğlu haqqındakı düşüncələri ilə onun ictimai və poetik portretini cızıblar.Muxalifet2 - 25-06-2021
“Polis rəisinin müavininə rüşvət verilməsi iddiaları həqiqəti əks etdirmir” – DİN-dən RƏSMİ AÇIQLAMA / Yenilənib
Göyçay rayonu, Bığır kənd sakini Mayılov Çingiz Sabir oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçi yazır:
“Bildirirəm ki, Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanov vəzifə səlahiyyətlərindən sui-istifadə edib, qurama yolla 1000 manat pulumuzu almışdır.Muxalifet2 - 25-06-2021
GÖYÇAYIN KANALİZASİYA SULARI MOLLACƏLİLLİ KƏNDİNƏ AXIDILIR – Sakinlər üfunətdən kənddə yaşamağın mümkünsüz olduğunu deyirlər
Göygöl rayonunun sakini Quluyev İman Qəmbər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Yaşadığım Göygöl rayonu, Mollacəlilli kəndində Göygöl Su-Kanal və Kanalizasiya İdarəsinə məxsus tullantı suların təmizlənməsi qurğusu fəaliyyət göstərir. Bu qurğu işə başladığı gündən kəndin ümumi bəlasina çevrilib.Muxalifet2 - 25-06-2021
"AVİABİLETLƏRİN QİYMƏTİNƏ YENİDƏN BAXILSIN" - Deputat AZAL-a çağırış edib
“Türkiyədən Azərbaycana gəlmək istəyən çoxlu sayda insan var, çoxlu sayda müraciətlər alırıq”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
Komitə sədri deyib ki, Türkiyədə insanlar Azərbaycana aviabiletlərin qiymətinin bahalığından şikayətlənirlər: “Azərbaycandan da Türkiyəyə biletlər də bahadır. Mən buradan AZAL-a çağırış edirəm ki, bu biletlərin qiymətinə baxılsın”.
Muxalifet2 - 25-06-2021
SABİQ REKTOR QARĞIŞA KEÇDİ - "Hacı seyidin cəddi onlara qənim olsun..."
Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva haqqında yazılanlara münasibət bildirib.
Muxalifet2 - 25-06-2021
“Nar” “Gələcəyini Qur!” layihəsinə dəstək oldu
Hər zaman elmə və gənclərin maariflənməsinə xüsusi önəm verən “Nar” ali təhsilli kadrların yetişdirilməsinə töhfə verən “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi ilə əməkdaşlığa başlayır. Mobil operator ilkin mərhələdə 2021-2022-ci tədris ili üçün şagirdlərin seçim və müsahibə prosesinə rabitə dəstəyi göstərib.
Muxalifet2 - 25-06-2021
Baş Prokurorluqdan Nurlana Əliyeva ilə bağlı açıqlama - "İstintaq davam edir”
Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva haqqında yayılan istintaq məsələsi barədə Baş Prokurorluq açıqlama verib.
Muxalifet2 - 25-06-2021
SEROBYAN BAKIDA ÖZÜNÜ “SADƏLÖV KƏNDLİ” KİMİ GÖSTƏRMƏYƏ ÇALIŞIB - “"Ural” maşınları ilə Laçında rusların yanından keçib Hadruta getdik...” / YENİLƏNİB
Ötən ilin dekabrında, müharibənin başa çatmasından təxminən bir ay sonra Hadrut ətrafındakı Kiçik Tağlar və Çaylaqqala kəndləri yaxınlığında yaxalanmış erməni silahlı dəstəsindən olan 14 nəfərlik qrupun işi üzrə məhkəmə günün ikincisi yarısında davam edib. virtualaz.org xəbər verir ki, fasilədən sonra terrorçu dəstənin üzvlərinə sərbəst ifadə vermək təklif olunub. Təqsirləndirilən Segam Serobyan ifadəsində deyib ki, Gümrüdə yaşayırdı, İdman Universitetini bitirmişdi, 2004-2006-cı illərdə Yerevanda və Sisiyanda hərbi xidmətdə kəşfiyyatçı kimi xidmət göstərib.
Muxalifet2 - 25-06-2021
“Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçiliyi davam etdirəcək” - İRAKLİ QARİBAŞVİLİ
“Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu uğurla yerinə yetirdi”.
Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Gürcüstan bundan öncə bu cür rol oynamayıb: “Bu cür rollar adətən böyük dövlətlərə həvalə olunur. Bu, hər iki ölkə liderinin Gürcüstana etimadının ifadəsidir. Mən öz növbəmdə Gürcüstanın bundan sonra da bu prosesdə vasitəçi rolunu oynamağa davam edəcəyinə tam hazırlığını bir daha təsdiqləyirəm”.
Muxalifet2 - 25-06-2021
FHN İmişli bazarında baş vermiş yanğınla bağlı məlumat yayıb
Xəbər verildiyi kimi, 25 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli şəhərində yerləşən bazarda yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, məlumat əsasında Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, habelə yanğının mürəkkəbliyi nəzərə alınaraq Şirvan, Beyləqan, Cəbrayıl, Ağcabədi, Sabirabad, Biləsuvar, Kürdəmir və Saatlı rayonlarının Yanğından Mühafizə hissələrindən əlavə qüvvələr dərhal əraziyə cəlb olunub.
Muxalifet2 - 26-06-2021
BU GÜN SİLAHLI QÜVVƏLƏR GÜNÜDÜR - Azərbaycan Ordusunun yaradılmasından 103 il ötür
Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür.
Belə ki, Silahlı Qüvvələrin yaradılmasından 103 il ötür.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.
Muxalifet2 - 26-06-2021
“BAL KÜPƏSİ BARƏDƏ AYI İLƏ DANIŞIQLAR?...” - Putinlə sammit təklifi Avropanı bir-birinə qatdı, hiddətə səbəb oldu
Almaniya kansleri Angela Merkel və prezident Emmanuel Makron tərəfindən Rusiya prezidenti Vladimir Putinlə sammit keçirilməsi barədə irəli sürülümüş təklif ötən gün Brüsseldə gecənin gec saatlarında qızğın mübahisələrə səbəb olub və İttifaq üzvü olan ölkələrin, xüsusilə də Şərqi Avropa ölkələri liderlərinin ciddi müqaviməti ilə üzləşib. Habelə nüfuzlu Avropa nəşrləri bu təklifi hiddətlə pisləyən redaksiya məqalələri dərc ediblər.
Muxalifet2 - 26-06-2021
ABŞ Əfqanıstanda "Taliban"ın mövqelərinə PUA-larla zərbələr endirdi - ÇOX SAYDA SİLAHLI MƏHV EDİLİB
ABŞ Silahlı Qüvvələri Əfqanıstanın şimalındakı "Taliban" hərəkatının mövqelərinə pilotsuz uçuş aparatlarından istifadə etməklə hücum edib.
Bu barədə "Fox News" televiziya kanalı Pentaqonun nümayəndəsinə istinadən bildirib.
Məlumata əsasən, hücum nəticəsində Bağlan və Kunduz vilayətlərində çox sayda silahlı məhv edilib, lakin onların dəqiq sayı barədə məlumat verilməyib.
Muxalifet2 - 26-06-2021
Tutuquşu sahibəsindən 21 ədəd brilliantı oğurlayıb uddu - FOTO
Sahibəsinin içində qiymətli daşlar olan mücrüsünə dadanan tutuquşu 21 ədəd brilyant udub.
“Sanook”un məlumatına görə, hadisə Bankokda qeydə alınıb.
Bildirilir ki, tutuquşu sahibəsinin qiymətli saç bəzəyindən brilliantları qoparıb. Hadisədən xəbəri olmayan sahibi quşun səhhətində birdən-birə yaranan narahatlıqla əlaqədar baytara aparıb. Həkimin tövsiyəsi ilə rentgen edilən quşun qarnında yad cisimlər görünüb.
Əməliyyatdan sonra onun qarnından 21 ədəd brilliant çıxarılıb.
Muxalifet2 - 26-06-2021
Koronavirusun mənşəyi 20 min il əvvələ gedir - AMERİKA ALİMLƏRİNDƏN SENSASİON ARAŞDIRMA
Amerikalı alimlər koronavirusla bağlı indiyə qədər bilinən bütün məlumatları kökündən dəyişəcək yeniliyə imza atıblar.
“Current Biology” jurnalında yayımlanan araşdırmaya görə, koronavirus 20 min il əvvəl Şərqi Asiya toplumunda görünüb.
Bu məlumat virusun məskəninin Çin olması iə bağlı fikirləri yenidən akuallaşdıra bilər.
Muxalifet2 - 26-06-2021