"Metro Zaur" və ailəsinin milyonluq avtomobilləri - BUNLAR SƏRVƏTİNİN ÇOX CÜZİ HİSSƏSİDİR / FOTOLAR

Baxış sayı:
1522

Bakı metropoliteni açıqlama yayıb ki, qurum 2020-ci ili 83,543 milyon manat ziyanla başa vurub.

Muxalifet.az xəbər verir ki, blogger Mehman Hüseynov öz Facebook səhifəsində metronun ziyanla işləməsini rəis Zaur Hüseynov, onun həyat yoldaşı və oğlu Həbib Hüseynovun ümumi dəyəri 1 milyondan çox olan dəbdəbəli maşınlar sürməsi ilə əlaqələndirib. Mehman Hüseynovun iddiasına görə, Zaur Hüseynova məxsus olan və dəyəri 255.000 manatla ölçülən (90-ZZ-090) “Range Rover Velar Byron Blue”, həyat yoldaşına məxsus olan və  dəyəri 300.000 AZN-lə ölçülən (90-LL-090) “Porsche Cayenne Turbo S” və oğlu Həbib Hüseynova məxsus (90-HH-090) Mersedes “G63AMG” markalı maşınlar sərvətin yalnız bir hissəsidir.

 

Bir 1 nəfər, avtomobil və bunu deyən yazı "ISANCAQ metro 屋90-LL-090 300. 000 AZN Zaur Hüseynovun hayat yoldaşının şaxsi maşını 90-LL-090 Porsche Cayenne Turbo S 90-ZZ・090 255. 000 AZN Metro raisi Zaur Hüseynovun Èaxsi maşını 90-ZZ-090 Range Rover Velar Byron Blue" şəkili ola bilər

Mehman Hüseynov bildirib ki, 2014 cü ildə Bakı metropoliteninin rəisi vəzifəsinə gətirilən Zaur Hüseynov 1 il sonra, yəni 2015-ci ildə, həyat yoldaşına qiyməti 150.000 AZN olan “Porsche Cayenne” (90-LL-090) avtomobili alıb.  Oğlu Həbib Hüseynov isə həmin vaxtlar “Chevrolet Camaro” markalı maşını (90-HH-090) idarə edib. 2018-ci ildə isə metronun gediş haqqı qaldırılıb və o zaman Zaur Hüseynovun oğlu Həbib Hüseynov artıq yeni “Mercedes Benz G63 AMG” avtomobilini alıb.

Bir 1 nəfər, avtomobil və bunu deyən yazı "metro metro raisi Zaur Hüseynovun hayat yoldaşının 2020-ci ilda olan maşını S - metro raisi Zaur Hüseynovun hayat yoldaşının 202 -ci ildo olan maşını 90-LL-090 CapernsTureS 90-LL-090 Range Rover 2020 il SANCAQ Porsche Cayenne turbo S 2021 il" şəkili ola bilər“2020-ci ildə biz Metropolitenin rəisi Zaur Hüseynovun öz şəxsi maşınını tapmışıq. Bu, qiyməti 255.000 AZN olan “Range Rover Velar Byron” markalı 90-ZZ-090 dövlət nömrə nişanlı avtomobildir. Həyat yoldaşı isə  2020-ci ildə  qiyməti 240.000 AZN olan “Range Rover” avtomobilini idarə edib. Hazırda isə Zaur Hüseynovun xanımı özünə 300.000 AZN-lik “Porsche Cayene turbo S” avtomobilini alıb” – deyə Mehman Hüseynov vurğulayıb.

Bir 2 nəfər, ayaqüstə duran insanlar və bunu deyən yazı "Habib Hüseynov 90HH090 2017-ci ilda metro raisi Zaur Hüseynovun oğlu Habib Mercedes G63 AMG sürür" şəkili ola bilər

Sonda blogger yazıb: “Sual yaranır, 1300 manat rəsmi maaş alan Metropoliten rəisi Zaur Hüseynov 1 milyonluq maşın kolleksiyasına necə sahib olub?  Cavabı çox sadədir, xalqın cibinə girib, dövlət büdcəsini talayıb. İndi başa düşdünüz metro niyə ziyanla işləyir?

Bir 2 nəfər, avtomobil və bunu deyən yazı "Zaur Hüseynovun oğlu Habib Hüseynovun 2015-ci ilda olan "Chevrolet Camaro' maşını 90 AZ H090 HH 090 ZaurHüseynov Zaur Hüseynov" şəkili ola bilər

Bir 1 nəfər, avtomobil və bunu deyən yazı "Zaur Hüseynov 201 4-cü ildan Bakı Metropoliteninin raisidir metro raisi Zaur Hüseynovun hayat yoldaşının 2015-ci ilda olan Porsche Cayenne GTS maÈını 90 LL 090" şəkili ola bilər

Bir 2 nəfər, avtomobil və mətn şəkili ola bilər

P.S Yazılan iddialarla bağlı adıçəkilən şəxslərin və Bakı metropoliteni QSC-nin mövqeyini dərc etməyə hazırıq!