Axtarış
The search found 105735 results in 0.03 seconds.
Search results
MÖVQELƏRİMİZ YENİDƏN ATƏŞƏ TUTULUB – Müdafiə Nazirliyindən açıqlama
İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
“Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – nazirlikdən bildirilib.
Muxalifet2 - 11-06-2021
“ŞUŞADA İLHAM ƏLİYEVLƏ SAZİŞ İMZALAYACAĞIQ” - "Bu, hərtərəfli bir müqavilə olacaq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO zirvəsindən əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Muxalifet2 - 11-06-2021
ABEL MƏHƏRRƏMOV HAKİMƏ QƏTNAMƏSİNİ GERİ OXUTDURUB? - Məhkəmədən açıqlama / Yenilənib
Bakı şəhəri Yasamal rayon məhkəməsi kütləvi informasiya vasitələrində Bakı Dövlət Universitetinin keçmiş rektoru, sabiq millət vəkili Abel Məhərrəmovla bağlı dərc edilmiş yazılara münasibət bildirib.
Muxalifet2 - 11-06-2021
Marşal Dostumun son tarixi döyüşü başladı
Marşal Dostumla Taliban arasında siyasi barışıq mümkünsüz görünür. Əşrəf Qani hökuməti böyük şəhərləri və strateji cəhətdən yerləşən bölgələri Taliban-a təhvil verməyi planlaşdırarkən davam edir. Görünən budur ki, hökumət qüvvələrinin Faryab və Cövzcan müdafiə xəttlərindən çıxması Kabil hökumətinin rəsmi əmrinə əsaslanır. Önümüzdəki günlərdə baş verən böyük və ağır müharibənin nəticəsi olaraq deyə bilərik ki, diqqət özbək və türkmənlərin oxundadır. Bu müharibə xüsusilə Milli İslam Hərəkatının (Dostumun siyasi partiyası) özbək və türkmənlərinin sıx yaşadığı bölgələrdə şiddətlənir.
Muxalifet2 - 11-06-2021
“Jurnalistlər binası”nın komendantı HƏBS EDİLDİ
“Jurnalistlər binası”nın komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb.
B.İsmayılov cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Baş Prokurorluğunun Mətbuat xidmətindən “Report”a məlumat təsdiqlənib.
Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Muxalifet2 - 11-06-2021
AZƏRBAYCAN AVROPA MƏHKƏMƏSİNİN QƏRARINI ALQIŞLAYIR... - XİN-dən açıqlama
"Azərbaycan hökuməti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) Ermənistanın hazırda Azərbaycanda saxlanılan 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayır".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Muxalifet2 - 11-06-2021
AVRO-2020: Türkiyə yığması açılış oyununda böyük hesabla uduzdu - YENİLƏNİB
Fitbol üzrə Avropa çempionatına start verilib. "Report"un məlumatına görə, açılış oyununda İtaliya və Türkiyə milli komandaları üz-üzə gəlib. Romadakı "Olimpiko" stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Niderlandlı referi Denni Makkelinin idarə etdiyi qarşılaşmanın ilk yarısında hesab açılmayıb. Bununla belə, aşkar üstünlüyə malik İtaliya millisi 53-cü dəqiqədə fərqlənməyə müvəffəq olub. Növbəti hücumdan sonra Türkiyə yığmasının futbolçusu Merih Demiral topu öz qapsına göndərib.
Muxalifet2 - 12-06-2021
"Prezident Bayden, əlbəttə ki, Trampdan çox fərqlənir" - VLADİMİR PUTİN
Rusiya prezidenti Vladimir Putin Amerika lideri Co Baydenin onunla bağlı qalmaqallı açıqlamalarından narahat olmadığını söyləyib.
Bu barədə Putin “NBC”yə verdiyi müsahibəsində bildirib.
Qeyd edək ki, Bayden Putini qatil adlandırmışdı.
Muxalifet2 - 12-06-2021
Gürcüstanda azərbaycanlılar və svanlar arasında NÖVBƏTİ İNSİDENT - 4 nəfər saxlanıldı
Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində dörd nəfər saxlanılıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
İstintaqla müəyyən edilib ki, həmin şəxslər bu ilin iyunun 10-da Dmanisidə 3 gənclə mübahisə ediblər və fiziki təzyiq göstəriblər.
Muxalifet2 - 12-06-2021
Daha iki rusiyalı idman şərhçisi Bakıya buraxılmadı - QARABAĞA QANUNSUZ SƏFƏRLƏRƏ GÖRƏ...
Daha iki rusiyalı idman şərhçisi Futbol üzrə Avropa Çempionatının Bakıda keçirilən oyunlarını izləmək üçün Azərbaycana buraxılmayıb. Hər iki halda səbəb onların Azərbaycanın vaxtilə işğal altında olan ərazilərinə qanunsuz səfərləridir.
“Matç TV” kanalının şərhçisi Konstantin Geniç ötən gün axşam xəbər verib ki, çempionatın təşkilat komitəsi 2009-cu ildə Qarabağa səfər etdiyi üçün onun akreditasiyasını ləğv edib.
Muxalifet2 - 12-06-2021
Bu gün Bakıda AVRO-2020-nin ilk oyunu keçiriləcək
Bu gün futbol üzrə Avropa çempionatının daha üç oyunu keçiriləcək.
Belə ki, A qrupunda bir, B qrupunda isə iki matç olacaq.
A qrupundakı Uels - İsveçrə görüşü Bakıda keçiriləcək ilk AVRO-2020 oyunu olacaq. Fransalı hakim Kleman Turpenin idarə edəcəyi oyun saat 17:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.
Muxalifet2 - 12-06-2021
Kəlbəcərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Kəlbəcər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon ərazisinə daxil olmaq istəyən 5 nəfər saxlanılıb.
Muxalifet2 - 12-06-2021
NƏCMƏDDİN SADIKOV GİZLİ QƏBULLAR KEÇİRİR? - Keçmiş Baş Qərargah rəisi açıqlama verdi
Bir neçə gündür sosial şəbəkələrdə və bir sıra xəbər portallarında Azərbaycan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun evində gizli qəbullar keçirməsi idiası ilə bağlı xəbərlər yayılır. Yayılan xəbərlər cəmiyyətdə ciddi rezonans doğurub.
Manşet.az ölkə ictimaətində ciddi rezonans doğuran bu vacib məsələ ilə bağlı keçmiş baş qərargah rəisi ilə əlaqə saxlayıb.
Muxalifet2 - 12-06-2021
Məhərrəmovun restoranı və 20 şəxs cəzalandırıldı - 4000 manat cərimə və... / Yenilənib
Xəbər verdiyimiz kimi, ötən gecə BDU-nun sabiq rektoru, AMEA-nın üzvü, akademik Abel Məhərrəmova məxsus “Mona Liza” restoranında bir gündə iki toy məclisi keçirilib. Keçirilən toy mərasimində Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün qərar və qanunları kobud şəkildə pozulub.
Muxalifet2 - 12-06-2021
AVRO-2020: Danimarkalı futbolçu meydanda huşunu itirdi, oyun təxirə salındı - FOTOLAR, VİDEO / Yenilənib
Danimarka – Finlandiya matçının 42-ci dəqiqəsində huşunu itirən Kristian Eriksenə görə matçın təxirə salınması barədə qərar verildi.
Bu matçın yenidən nə vaxt bərpa olunacağı bilinmir.
Muxalifet2 - 12-06-2021
Xəritələrin dürüstlüyünə ABŞ və Aİ-dən zəmanət verilib
Bu gün Bakı vaxtı ilə 17:00-da Azərbaycan və Ermənistan nümayəndələri arasında tarixi görüş baş tutub. Bu barədə “Caliber.az” yazıb.
Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik səyləri nəticəsində beynəlxalq birliyin Ermənistana təzyiqi öz bəhrəsini verib.
Muxalifet2 - 12-06-2021
BİR RAYONUNUN MİNA XƏRİTƏLƏRİ MÜQABİLİNDƏ 15 ERMƏNİ TƏHVİL VERİLDİ - Azərbaycan XİN-dən rəsmi açıqlama
Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən bildirilib.
Muxalifet2 - 12-06-2021
“Nar” AVRO-2020 oyunlarının keçiriləcəyi ərazilərdə şəbəkə optimallaşdırma işlərini yekunlaşdırıb
“Nar” UEFA Avro-2020-nin paytaxtımızda baş tutacaq 4 oyunu ilə əlaqədar tamaşaçıların kəsintisiz və keyfiyyətli telekommunikasiya, internet və mobil xidmətlərlə təmin edilməsi məqsədilə şəbəkə infrastrukturunu optimallaşdırıb. Bakı Olimpiya Stadionu və ətraf ərazilər, eləcə də komandaların təlim-məşq keçirəcəyi stadionlar və yerləşəcəyi otellərdə xidmət göstərən mobil baza stansiyalarınının tutumları artırılıb, təkmilləşdirmə işləri görülüb.
Muxalifet2 - 12-06-2021
Paşinyan Moskvadan xəlvət Bakıya Vaşinqton vasitəsilə mesaj göndərib - GİZLİ PAKTIN YENİ TƏFƏRRÜATLARI
Eynulla Fətullayev
Muxalifet2 - 12-06-2021
“BAKI İLƏ DANIŞIQLAR ABŞ VASİTƏSİLƏ APARILIB” - Paşinyandan açıqlama
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Havardakı mitinqdə bildirib ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifəsini icra edən Y. Rikerlə görüşündə sonuncu ABŞ dövlət katibi Entoni Blinkenin əsirlərlə bağlı irəliləyişə nail olunması barədə tapşırıq verdiyini deyib.
Qeyd edib ki, Ermənistan tərəfi əməkdaşlığa hazırdırsa, ABŞ prosesə qoşulacaq. Paşinyan da buna hazır olduğunu bildirib.
Muxalifet2 - 12-06-2021