Avropa Məhkəməsi Əli İnsanovun oğlunun şikayəti ilə bağlı qərar verəcək – DAHA İKİ ŞİKAYƏTƏ BAXILIB

Baxış sayı:
256

Avropa İnsan Haqları Məhkəməsi (AHİM) iyunun 10-da Azərbaycanla bağlı 3 qərarını elan edəcək.

Qərarlardan biri səyahətçi Şəfəq Əmrahovanın şikayəti üzrədir. 

Xatırladaq ki, bir neçə il əvvəl yerli məhkəmələr Əmrahovanın üzərinə Şahdağ Milli Parkının rəhbərliyindən üzr istəmək vəzifəsi qoymuşdu. İndi bu mübahisə üzrə AİHM qərar verəcək.

Digər qərar sabiq səhiyyə naziri Əli İnsanovun oğlunun şikayəti üzrədir.

Üçüncü qərar isə Səid Nursi təriqətinin 7 üzvünün şikayəti ilə bağlıdır. Onlar da bir neçə ilə əvvəl polisə aparılaraq inzibati məsuliyyətə cəlb edilmişdilər./azpolitika