Axtarış

The search found 105735 results in 0.03 seconds.

Search results

  1. Azərbaycan Ermənistana bu erməni əsgərlərini təhvil verdi - PAŞİNYAN FOTO PAYLAŞDI

    Xəbər verdiyimiz kimi, 12 iyun 2021-ci ildə Azərbaycan, Ağdam bölgəsində basdırılmış 97 min tank və piyada əleyhinə minaların qeydə alındığı ərazilərin xəritələrinin müqabilində, tutulmuş 15 ermənini Ermənistana təhvil verib. Mübadilə Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə keçirilib.

    Muxalifet2 - 12-06-2021

  2. “TEZLİKLƏ YAXŞI XƏBƏRLƏR OLACAQ” - Prezident mina xəritələrindən danışdı

    "Bu yaxınlarda, beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq. Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq. Lakin bu nəticələri əldə etmədən öncə heç nə söyləmək istəmirəm. Lakin Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək".

    Muxalifet2 - 12-06-2021

  3. "Azərbaycana minalanmış ərazilərin kiçik hissəsini vermişik" - PAŞİNYAN

    Ermənistan Azərbaycana bu ölkənin minalanmış ərazisinin yalnız kiçik hissəsinin xəritəsini verib.

    Bu barədə Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan bildirib.

    Qeyd edək ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib./report

    Muxalifet2 - 13-06-2021

  4. ÜST rəhbəri koronavirusun laboratoriya mənşəli olduğunu istisna etməyib - VİDEO

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus SARS-CoV-2 laboratoriyasından sızıntı faktını istisna etmədiyini bildirib.

    “RİA Novosti” xəbər verir ki, o bunu G7 liderlərinin sammitində deyib.

    Qebreyesus qeyd edib ki, azı 174 milyon insan koronavirus infeksiyasına yoluxub və 3,75 milyon insan isə onun fəsadları nəticəsində həyatını itirib.

    Muxalifet2 - 13-06-2021

  5. ABEL MƏHƏRRƏMOVUN RESTORANININ ADMİNİSTRATORU HƏBS EDİLDİ - 20 şəxs cəzalandırıldı

    Dünən Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmova məxsus "Mona Liza" restoranında keçirilən toya görə şadlıq evinin administratoru Musa Balazadə məhkəmə qarşısına çıxarılıb.

    "Qafqazinfo" xəbər verir ki, o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib.

    Qeyd edək ki, sözügedən toyla bağlı restoranın müdiri Şəmsi Şıxıyev 4 min manat cərimələnib.

    Muxalifet2 - 13-06-2021

  6. “Şifahi razılaşma əsasında Qubadlıdan 288 kv.kilometr ərazini Azərbaycana verdi...” - SƏRKİSYAN PAŞİNYANA SÖYÜŞ SÖYÜBMÜ?

    Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan ötən il noyabrın 20-də silahlı qüvvələrin Baş qərargah rəisi Onik Qasparyanla baş tutmuş telefon söhbəti barədə danışıb. Bildirib ki, həmin telefon söhbəti zamanı həqiqətən baş nazir Nikol Paşinyanın ünvanına sərt ifadələr işlədib, amma söyüş söydüyü yadında deyil.

    Muxalifet2 - 13-06-2021

  7. İŞ ADAMININ SƏRXOŞ KÜRƏKƏNİ BİR GECƏDƏ İKİ QƏZA TÖRƏTDİ - 4 nəfərin ölümünə səbəb oldu / VİDEO

    Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.Apa.az xəbər verir ki, “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. 

    Muxalifet2 - 14-06-2021

  8. Bayden NATO zirvəsində Ərdoğanla S-400 sistemlərini müzakirə edəcək

    “ABŞ Prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Türkiyədə yerləşdirilən Rusiyanın S-400 zenit-raket kompleksləri mövzusunu müzakirə etmək niyyətindədir”.

    APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ liderinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqində bildirib.

    O, Baydenin mövzu ilə bağlı Ərdoğana tam olaraq nə deyəcəyini açıqlamayıb.

    Eyni zamanda, Sallivan əlavə edib ki, Bayden Ərdoğanla söhbətində Ankaranın Moskva və Pekinlə münasibətləri mövzusuna da toxunmaq niyyətindədir.

    Muxalifet2 - 14-06-2021

  9. Qarabağda döyüşmüş livanlı muzdlu terrorçu 20 il müddətinə azadlıqdan məhrum edilib - YENİLƏNİB

    Bu gün Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    “Report”un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Eulcekcian Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib.

    ***

    Bu gün Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Muxalifet2 - 14-06-2021

  10. Ərdoğanın səfəri münasibətilə növbədənkənar toplantı... - MİLLİ MƏCLİSDƏN ŞOK QƏRAR GÖZLƏNİLİR

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri münasibətilə Milli Məclisin xüsusi iclasının keçirilməsi planlaşdırılır.

    Bu barədə Milli Məclisdəki mənbə məlumat verib.

    Qeyd olunur ki, növbədənkənar sessiyasının xüsusi iclası iyunun 16-na nəzərdə tutulur.

    O da bildirilib ki, R.T.Ərdoğanın parlamentə gəlməsi və çıxış etməsi gözlənilir.

    Muxalifet2 - 14-06-2021

  11. Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların yeni SİYAHISI

    Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

    Muxalifet.az xəbər verir ki, iyunun 14-dək dəfn edilən 2 904 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 10 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

    "Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

    "Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Muxalifet2 - 14-06-2021

  12. Vətən müharibəsində 10 hərbçi itkin düşmüş sayılır - SİYAHI

    Azərbaycan Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin iyunun 14-dək olan siyahısını açıqlayıb.

    Muxalifet2 - 14-06-2021

  13. İş adamının Bakıda “Range-Rover”lə 4 nəfərin ölümünə səbəb olan kürəkəni həbs edilib - YENİLƏNİB

    Bakıda 4 nəfərin ölümünə səbəb olan “Range-Rover”in sürücüsü həbs edilib.
    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, araşdırmalarla qəza törədən “Range Rover”in sükanı arxasında Elşad Kəlbəliyev olduğu müəyyən edilib. Həmçinin müəyyən olunub ki, E. Kəlbəliyev avtomobili sərxoş vəziyyətdə idarə edib.

    Muxalifet2 - 14-06-2021

  14. Seçki əhvalatları: Paşinyan sərxoş halda merin ata-anasına söyüb? - “DİAN CAN, XAHİŞ EDİRƏM SAKİTLƏŞ, HEÇ NƏ YAZMA...”

    Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Eçmiədzində onun seçki mitinqinə olduqca az adamın gəlməsindən qəzəblənərək şəhərin meri Diana Qasparyana zəng vurub və onun ata-anasını söyüb. Belə məlumat “Mediaport” telegram-kanalında yayılıb.

    Muxalifet2 - 14-06-2021

  15. “Azərbaycan bu silahlarla Almaniya ordusunu da məğlub edərdi...” - ALMAN ZABIT

    Almaniya ordusunun mayoru Maykl Karl Azərbaycan ordusunun ötən ilin payızında 44 günlük müharibə zamanı tətbiq etdiyi döyüş texnologiyalarından danışıb. Polkovnik bildirib ki, Azərbaycan “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin və digər dronların köməyi ilə hətta Almaniya ordusunu da məğlub edərdi.

    Muxalifet2 - 14-06-2021

  16. “QARŞINIZDAKI SİZİN DƏDƏNİZİN TÜRKİYƏSİ DEYİL...” - ABŞ mediasından Baydenə Ərdoğanla görüş öncəsi xəbərdarlıq

    Xəbər verildiyi kimi, iyunun 14-də Brüsseldə ABŞ Prezidenti Cozef Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında NATO sammiti çərçivəsində təkbətək görüş olacaq. Bu, iki liderin Cozef Bayden prezident seçildikdən sonra ilk görüşüdür.

    Məşhur “The Wall Street Journal” həmin görüşün əhəmiyyətindən və Türkiyənin dünyadakı və regiondakı rolunun vacibliyindən bəhs edən “Qarşınızdakı sizin dədənizin Türkiyəsi deyil” başlıqlı məqalə dərc edib.

    Muxalifet2 - 14-06-2021

  17. “Belə çıxır ki, daha Rusiyada azərbaycanlını öldürənləri məsuliyyətə cəlb etməyəcəklər...” - RUS TARİXÇİ VƏKİL ABDULLAYEVİ CORC FLOYDLA MÜQAYİSƏ ETDİ

    Rusiyanın Novosibirsk şəhəri ətrafındakı Maşkovo qəsəbəsində mayın 28-də yol patrul polisinin leytenantının qayda pozan azərbaycanlı gənc Vəkil Abdullayevi tabel silahı ilə vurub öldürməsi hadisəsi hələ də ictimai müzakirə mövzusudur. Belə ki, tanınmış rusiyalı tarixçi Vitali Qromov azərbaycanlı gənci öldürən polisin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tapşırığı ilə sərbəst buraxılmasına etiraz edib. Və Vəkil Abdullayevi ABŞ-da polisin öldürdüyü qaradərili Corc Floydla (bu hadisə Amerikada kütləvi iğtişaşlara səbəb olmuşdu) müqayisə edib.

    Muxalifet2 - 14-06-2021

  18. AMEA-nın vəzifəli şəxsi barədə cinayət işi başlandı

    Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşının barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

    AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fəlsəfə doktoru Ədalət Ətayi xüsusi ittiham qaydasında böhtan atmaqda təqsirləndirilir. Fəlsəfə doktoru barəsində Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə ittiham olunur.

    Muxalifet2 - 14-06-2021

  19. Paşinyanın tərəfdarları ilə partiyasının üzvləri arasında dava olub - VİDEO

    Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın tərəfdarlarının Yerevanın Malatiya-Sebastiya rayonundakı yürüşü zamanı əlbəyaxa dava olub.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Dava Paşinyanın tərəfdarları ilə "Çiçəklənən Ermənistan" partiyasının qərargahının əməkdaşları arasında olub. Qeyd edilir ki, hər şey mübahisə ilə başlayıb, tərəflər sonra yumruq davasına çıxıblar. Qarşıdurmaya polis əməkdaşları müdafiə etməli olublar. Onlar dava iştirakçılarını ayırıblar.

     

     

    Muxalifet2 - 14-06-2021

  20. Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş... - FOTOLAR

    Xəbər verdiyimiz kimi, ötən gecə Novxanı-Sumqayıt yolunda 4 nəfərin ölümünə səbəb olan ağır avtomobil qəzası baş verib.

    "Qafqazinfo" “Range Rover” markalı 10 CO 002 dövlət nömrə nişanlı avtomobili ilə qəzaya səbəb olan “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyevlə bağlı bəzi məlumatları əldə edib.

    Muxalifet2 - 14-06-2021

Pages