“Müharibə bitməyib, sadəcə atəşkəsdir” – ERMƏNİSTAN PREZİDENTİ

Baxış sayı:
817

Ermənistan Prezidenti Armen Sarkisyan Qazaxıstana rəsmi səfər edib. Səfər çərçivəsində yerli erməni diasporasının fəalları ilə görüşün Ermənistan Prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı açıqlama verib. 

Armen Sarkisyan bildirib ki, müharibə bitməyib, sadəcə atəşkəs imzalanıb. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmda sülhlə bağlı hansısa bənd yoxdur, gələcək isə qeyri-müəyyəndir. 

“Ermənistanla Azərbaycan arasındakı münasibətlər necə olacaq” sualına cavab olaraq Armen Sarkisyan bildirib: "Əminəm ki, bunun nəinki sərhəd bölgələrində yaşayan vətəndaşlarımız, həm də bütün Ermənistan vətəndaşları üçün nə qədər ağrılı olduğunu bilirsiniz".