İran Ukrayna təyyarəsində həlak olanların ailələrinə kompensasiya ödəyir - MƏBLƏĞ AÇIQLANDI

Baxış sayı:
856

İran səhvən raketlə vurduğu Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsində həlak olanların ailələrinə kompensasiya ödənişlərinə başlayıb.

Bu barədə İranın xarici işlər nazirinin müavini Möhsün Baharvənd məlumat verib. Onun sözlərinə görə artıq ailələrin bir qismi kompensasiyanı alıb. Nazir müavini bəyan edib ki, kompensasiya məbləği İranın beynəlxalq öhdəliklərinə əsasən nəzərdə tutulduğundan daha artıqdır və hər ailəyə 150 min dollar olmaqla hesablanıb.

Qeyd edək ki, Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsi “Boeing 737-800” yanvarın 8-i 2020-ci ildə Tehran hava limanından səmaya qalxıb. İran tərəfi təyyarənin təsadüfən vurulduğunu bəyan edib. Partlayış nəticəsində 176 nəfər həlak olub. Onların arasında çoxu Ukrayna vətəndaşı olmaqla, İran, Kanada, Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları da olub.