MURADOVUN TƏYYARƏSI NİYƏ BOŞ GƏLIB, DOLU QAYITDI? - Və ya erməni diversantların qaytarılmasının arxasında hansı səbəblər dayanır?

Baxış sayı:
1232

Üç erməni hərbçisinin Ermənistana təhvil verilməsinə dair Azərbaycan tərəfinin hələlik hər hansı rəsmi məlumatına rast gəlinməsə də, sosial şəbəkələrin və erməni mətbuatının əsas gündəm mövzusu məhz bu hadisədir. Və əvvəllər olduğu kimi, yenə ermənilər üçün bu prosesdə əsas fiqur Qarabağdakı Rusiya sülhməramlılarınn komandanı general-leytenat Rüstəm Muradov, yəni Rusiyadır.

Erməni mətbuatı, siyasətçiləri, parlament üzvləri rəsmi Bakının bu addımını Qərbin və Rusiyanın təzyiqlərinin nəticəsi kimi qələmə verirlər. Çünki böyük dövlətlərin və beynəlxalq qurumların diqqət mərkəzində olan erməni hərbçilərinin qaytarılması məsələsinin, sadəcə icraçı rolu oynayan rus ordusnun adi bir generalı tərəfindən həll olunmasına inamaq üçün ya siyasətdən bixəbər olmalısan, ya da əqli problemlərin olmalıdır ki, belələri də erməni cəmiyyətində, siyasətində və dövlətində kifayət qədərdir...Və bu zaman həmişəki kimi, ifrata varanlar da olur.

Məsələn, Ermənistan parlamentinin deputatı Nazeli Baqdasaryan iddia edib ki, həmin şəxslərin qaytarılması “sülhməramlıların komandanı Rüstəm Muradovun səyləri nəticəsində” mümkün olub. Parlament üzvü səviyyəsində belə bir absurd fikrin səsləndirilməsi erməni cəmiyyəti, parlamenti və siyasi elitasının hansı vəziyyətdə olduğundan xəbər verir və doğrusu, indiyə qədər aramızda “erməni ağıllı millətdir” deyənlərin yumşaq desək, yanıldığını göstərir.

 

 

Təəssüf ki, Azərbaycanın XİN, Müdafiə Nazirliyi və digər müvafiq dövlət qurumları bu məsələ ilə bağlı susqunluq göstərdiyindən(hansı ki, bu, dövlətin və onun ayrı-ayrı qurumlarının xalq, cəmiyyət qarşısında hesabatlılıq səviyyəsinin göstəricisidir-C.M.) baş verənlərə dair yalnız hansısa ehtimallar üzərindən mühakimə yürütmək olur.

Erməni mətbuatı və siyasətçiləri hərbçilərin qaytarılmasını sadəcə, Avropa Məhkəməsinin, Fransanın, Rusiyanın, ABŞ-ın və s. Bakıya təzyiqlərinə bağlayırlar və bunun əvəzində hər hansı güzəştdən, qarşılıqlı addımdan danışmırlar. Belə çıxır ki, rəsmi Bakı bu jestinin qarşılığında heç nə qazanmayıb və Rüstəmovun təyyarəsini boş qəbul edib, dolu qaytarmağa məcbur olub, hansı ki, bu, qətiyyən inandırıcı görünmür.

Azərbaycan mediasında və sosial şəbəkəlrdə isə müxtəlif ekspert və fəallar tərəfindən cürbəcür versiyalar irəli sürülür və üç diversantın qaytarılması bəzən az qala “üç badam, bir qoz” alveri səviyyəsinə endirilir...

Bəs, əslində nə baş verir, müharibə bitəndən sonra həbs olunan, Azərbaycanın diversant elan etdiyi və qanunla mühakimə edəcəyini bildirdiyi hərbçilərdən üçünün qaytarılması nəylə əlaqədardır? Yəqin ki, ilk növbədə bu hadisənin Rusiyanın XİN rəhbəri Lavrovun İrəvana və Bakıya səfərləri ərəfəsində baş verməsi təsadüfi deyil.

 

 

Bu, ermənilərə “Rusiya sizin üçün çalışır və nəyəsə nail olur” mesajı ola bilər, yəni Lavrov bir növ İrəvana əliboş getməmiş olur. Digər yandan bu addım Azərbaycanın həmin diversantlarla bağlı əvvəl də eyham vurulduğu kimi, kompromis variantlara hazır olduğunun, dünyaya münasibətdə isə xoş məramının siqnalı sayıla bilər...

Həmçinin, aprelin 8-də planlaşdırılan, lakin son anda baş tutmayan və Muradovun təyyarəsinin boş qayıtması ilə nəticələnən prosesi də unutmayaq. Ola bilsin ki, həmin vaxt İrəvanın yerinə yetirməkdən boyun qaçırdığı hansısa şərtlər, yaxud onların bir qismi yerinə yetirilməyə başlayıb, ya da buna razılıq verilib.

Digər yandan həmin şəxslərin təhvil verilməsi ərəfəsində sosial şəbəkələrdə və mətbuatda Qarabağdakı erməni ordusunun qalıqlarının hərbi texnikasının Laçın dəhlizilə Ermənistana yola düşdüyünə dair görüntülər yayıldı.

 

Əslində, Ermənistan ordusunun sülhməramlıların gəlişinə paralel olaraq ərazidən çıxarılmasının 10 noyabr sazişində göstərilməsinə rəğmən, İrəvan bu bəndi yerinə yetirməkdən boyun qaçırırdı. Ancaq indi belə təəssürat yaranır ki, Ermənistan yavaş-yavaş öz ordusunun tör-töküntülərini Qarbağdan çıxarmağa başlayır.

Bu arada qondarma rejimin “parlament sədri” də bəyan edib ki, Qarbağdakı ermənilərin təhlükəsizliyinin qarantı “Rusiya sülhməramlıları və “Qarabağ ordusu”dur”. Yəni Ermənistan bu prosesdə iştirak etmir və etməyəcək.

Ehtimallar arasında həbsdəki ermənilərin qarşılığında minalanmış ərazilərin xəritəsinin verilməsinə dair hansısa razılığa gəlinməsi məsələsi də ola bilər.

Bu baş verənlərdən az öncə ABŞ-ın yeni dövlət katibi Entoni Blinkenin Bakıya zəngini də unutmamalıyıq. Orada söhbətin yalnız 907-ci düzəlişlə bağlı olmadığını, “hərbi əsir” mövzusunun da müzakirə edildiyini istisna etmək olmaz...

 

 

Təbii ki, sırf hərbçilərin azad olunması qarşılığında rəsmən nəyinsə tələb olunduğunu bəyan etmək doğru olmazdı. Azərbaycan əlində erməni hərbçilərinin olub-olmamasından asılı olmayaraq, tam haqq etdiyi və beynəlxalq hüququn, eləcə də 10 noyabr sazişinin şərtlərinə uyğun olaraq öz tələblərini irəli sürə bilər və sürür də.

Ümumilikdə Ermənistana illk növbədə beynəlxalq hüququn və dünya birliyinin tanıdığı Azərbaycan ərazisinə burun soxmasının qarşısı alınmalı, digər yandan isə 10 noyabr sazişində göstərilən bəndlərə əməl edilməsinə nail olunmalıdır. Bunun üçünsə bütün təzyiq vasitələrindən, o cümlədən “hərbi əsir” kartından istifadə olunması təbiidir...

Bu arada onu da qeyd edək ki, sözügedən diversantların Azərbaycanın əlinə keçməsi və həbsdə saxlanması bəlkə də hamıdan çox Rusiyaya sərf edir. Çünki istənilən halda onların qaytarılması yenə Rusiyanın “bacarığı və uğuru” kimi qələmə veriləcək və onun “sülhməramlı imici”nin yaradılmasına xidmət edəcək.

 

 

Ancaq hər şeyə rəğmən hələlik erməni diversantları masada əlimizi gücləndirən amil olaraq qalır. Və burada humanistlik, xoş məram göstərilməsi və s. bu kimi yanaşmalar yersizdir. Çünki bu şəxslər konkret cinayət əməli törədiblər, onların bəziləri vətəndaşlarımızın qətli və yaralanmasında birbaşa iştirak ediblər.

Digər yandan gücdən başqa heç bir başqa dil qanmayan xəstə erməni cəmiyyətinə layiq olduğu münasibət göstərilməlidir. Ermənilərdə və onların havadarlarında diversantlarla bağlı “təzyiq etdik, dirədik, aldıq” düşüncəsinin və qənaətinin yaranmasına imkan vermək olmaz. Və bunun üçün lazım gələrsə, ermənilərin “özününkü” bildiyi Rüstəm Muradovun təyyarəsini hələ xeyli müddət və dəfələrlə boş yola salmaq da olar...

Cəlal Məmmədov