BAYRAM MƏMMƏDOV İSTANBULDA QƏTLƏ YETİRİLİB? - Yaxınları intihar etmədiyini iddia edir... / YENİLƏNİB

Baxış sayı:
982

İctimai fəal Bayram Məmmədovun fəciəvi şəkildə həyatını itirməsi müzakirə mövzusuna çevrilib.
 
Bakupost.az xəbər verir ki, əvvəlcə onun özünü dənizə ataraq intihar etməsi xəbəri yayılsa da, yaxın çevrəsi bunu təkzib ediblər. Onlar Bayramın intihar etməsinin qeyri-mümkün olduğunu yazıblar.
 
Məlumata görə, Bayram Məmmədov son vaxtlar təhsili ilə məşğul olub, ictimai sferadan tamamilə uzaqlaşıb. O, sosial mediadakı hesablarını da bağlayıb və magistraturaya hazırlaşıb. Bir müddət əvvəl isə İstanbuldakı ali təhsil ocaqlarının birində magistratura pilləsini qazanıb və ora köçüb. Bir neçə gün əvvəl ailəsi ilə əlaqə saxlayıb və yaxın günlərdə Bakıya qayıdacağını bildirib.
 
Hazırda onun ölmüylə bağlı rəsmi məlumat gözlənilir.
 
Qeyd edək ki, Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı ildə həbs olunub.
 
Rəsmi açıqlamada deyilirdi ki, Bayram Məmmədovdan 2.904 qram, onun evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilib. Qiyas İbrahimovdan 2.607 qram, onun yaşadığı evdən isə 1 kiloqram 10 qram heroin tapılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib.
 
Onlar 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar.
 
Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı.

***
Gənc fəal Bayram Məmmədovun İstanbulda meyiti tapıldı - İNTİHAR EDİB?

Gənc ictimai fəal Bayram Məmmədov intihar edib.

Muxalifet.az Bakupost.az istinadla xəbər verir ki, onun meyiti İstanbulda dənizdən çıxarılıb.

Sosial şəbəkədə mərhumun dostlarının yaydığı məlumata görə, B.Məmmədovdan iki gündür xəbər olmayıb. Dünən axtarışa verilib.

Polis isə dənizdən onun cansız bədəninin tapıldığını bildirib.

İntiharın səbəbi bilinmir.

Qeyd edək ki, B.Məmmədov narkotik ittihamı ilə həbs edilərək, 10 il cəza almış, 2019-cu ilin 17 martında əfv sərəncamı ilə azadlığa çıxmışdı.