Axtarış

The search found 105739 results in 0.064 seconds.

Search results

  1. AZƏRBAYCANIN RƏSMİ MİLYONÇULARI... - İlk yerlərdə qadınlardır / SİYAH

    Index.az iqtisadayyat, maliyyə və biznes portalı Azərbaycanın rəsmi milyonçularının siyahısını tərtib edib. Söhbət bankların və sığorta şirkətlərinin səhmdarlarından gedir. Qeyd edək ki, yalnız bank və sığorta sektorunda hesabatlılığın əlçatan olması araşdırmaya təsirsiz ötüşməyib.

    Muxalifet2 - 30-04-2021

  2. LAVROVUN BAKI SƏFƏRİNİN GİZLİNLƏRİ... - “Moskva Ərdoğanın Şuşaya səfərindən narahatdır və...”

    Gələn həftə Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri gözlənilir. Bu barədə yayılan rəsmi açıqlamada bildirilir ki, mayın 5-6-da Ermənistanda, mayın 10 və 11-də isə Azərbaycanda olacaq. Lavrovun səfəri Azərbaycan Rusiya münasibətlərinin gərgin olduğu dövrə təsadüf edir.

    Muxalifet2 - 30-04-2021

  3. Qırğızıstan və Tacikistan prezidentləri sərhəddəki vəziyyəti müzakirə etdilər - YENİLƏNİB

    Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistanın dövlət başçısı Emoməli Rəhmon iki ölkə sərhədindəki münaqişənin sülh yolu ilə həll edilməsi barədə razılığa gəliblər.

    Bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunub ki, iki prezident arasında telefon danışığı zamanı ölkələrin ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında yaxşı qonşuluq ruhunda konstruktiv dialoq baş tutub.

    Muxalifet2 - 30-04-2021

  4. Gənclər və idman naziri Azad Rəhimovun vəfatı haqda RƏSMİ AÇIQLAMA

    Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov vəfat edib.

    Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova bildirib.

    Muxalifet2 - 30-04-2021

  5. “Akula” Akifin ortaqlarından biri həbs olundu – NÖVBƏ DİGƏR ORTAQDA

    “Akula” Akifin ortaqlarından biri Adəm İsmayılovun qardaşı Azər həbs olunub.

    Ovqat.com-un əldə etdiyi məlumata görə, Azər İsmayılov dünən Xətai rayon məhkəməsi tərəfindən 2 ay müddətinə azadlıqdan mərhum edilib.

    Muxalifet2 - 30-04-2021

  6. “PUTİN PARANOİKDİRMİ?” – “Bu halda Rusiyanın nüvə tətbiq etməkdən başqa yolu qalmayacaq...”

    Artıq son bir aydır ki, Qərblə Rusiya arasındakı siyasi və diplomatik gərginlik barəsində dərc edilən məqalələrin ardı-arası kəsilmir. Rusiyaya qarşı aparılan bu təbliğat kampaniyasının planlı xarakter almasının əlamətləri “iti gözlərdən” qaçmır. Lakin indiki pandemiya və yoxsulluq şəraitində kütlələrin hadisələrin gizli tərəflərini öyrənməyə və bu kampaniyanın nə üçün aparıldığını düşünmyə nə vaxtı, nə də istəyi var.

    Muxalifet2 - 1-05-2021

  7. SABİQ İCRA BAŞÇISI VƏFAT ETDİ... - Bu gün dəfn olunacaq

    Ötən gün Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Akif Səlimov vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

    Bildirilib ki, Akif Səlimov aprelin 30-u saat 11:50 radələrində vəfat edib.

    Qeyd edək ki, Akif Səlimov Birinci Qarabağ müharibəsində Laçın və Füzuli cəbhəsində böyük döyüş yolu keçmiş, qəhrəmanlıqlar göstərmiş Laçın polisinin komandiri olmuş, uzun illər Laçın, Goranboy, Qax, Cəlilabad rayonlarında polis şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 2013-2016-cı illərdə isə Laçın Rayon İcra Hakimiyyətinin başçısı olub.

    Muxalifet2 - 1-05-2021

  8. Azad edilmiş ərazilərə keçmək istəyən Bərdə sakini polis əməkdaşını vurdu - RƏSMİ

    Aprelin 30-da saat 13 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Bərdə rayon sakini Mənsim Aslanov idarə etdiyi QAZ-31 markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşı onu dayandırmağa çalışsa da, M.Aslanov avtomobillə onu vuraraq hadisə yerindən yayınıb.

    Muxalifet2 - 1-05-2021

  9. Bu gecə ilk Qədr gecəsidir - FOTO

    Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

    İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni mayın 1-dən 2-nə keçən gecəyə təsadüf edir.

    Ramazan ayının ikinci Qədr gecəsi mayın 3-də, üçüncüsü mayın 5-də və sonuncusu mayın 9-da olacaq.

    Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. 

    Muxalifet2 - 1-05-2021

  10. Nazirin dəfn mərasimi məhdud çərçivədə keçiriləcək - DÖVLƏT SƏVİYYƏSİNDƏ

    Ötən gün vəfat edən Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

    Bu barədə nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

    Onun sözlərinə görə, mərasim mərhumun ailə üzvləri olmaqla təşkil olunacaq: 

    “Dəfn mərasiminin harada və nə vaxt olacağı barədə mənə heç bir məlumat verilmir. Belə başa düşürəm ki, ictimai xadim olduğuna görə cənab nazirin dəfni dövlət səviyyəsində həyata keçiriləcək”.

    Muxalifet2 - 1-05-2021

  11. Özünü polis kimi təqdim edərək qadınları şantaj edən şəxs tutulub - FOTO

    Sosial şəbəkələrdə özünü polis kimi təqdim edərək şantajla məşğul olan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, sözügedən şəxs özünü polis əməkdaşı kimi təqdim edərək qadınları şantaj etməklə məşğul olub.

    Muxalifet2 - 1-05-2021

  12. Rusiyalı deputatlar və ekspertlər Ağdama gəliblər - FOTO

    Rusiyalı deputatlardan və ekspertlərdən ibarət nümayəndə heyəti Azərbaycanın Ağdam şəhərinə gəlib.

    Muxalifet2 - 1-05-2021

  13. İŞİD Kərkükə hücum etdi - ÖLƏN VƏ YARALANANLAR VAR

    İŞİD İraqın Kərkük şəhərinə hücum təşkil edib.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Peşmərgə Qüvvələri Kərkük Qərb Cəbhəsinin zabiti Nuri Həmə Əli məlumat verib.

    Onun sözlərinə görə, hücum zamanı baş verən qarşıdurmada 3 peşmərgə üzvü ölüb, 2-si isə yaralanıb.

    Muxalifet2 - 1-05-2021

  14. AZƏRBAYCANDA DAHA 21 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində 1213 yeni yoluxma faktı qeydə alınıb

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 213 yeni yoluxma faktı qeydə alınıb, 2 104 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 320 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 291 564 nəfər müalicə olunaraq sağalıb, 4 538 nəfər vəfat edib. 24 220 nəfər aktiv xəstə sayını təşkil edib.

    Muxalifet2 - 1-05-2021

  15. Rusiya "TikTok"-dan Çinə şikayət etdi - Sosial şəbəkədə hakimiyyət əleyhinə olan videolar silinir

    Bir neçə ay əvvəl Kremlin Çin rəhbərliyinə müraciətindən sonra "TikTok" sosial şəbəkəsi Rusiya hakimiyyətini tənqid edən videoları silməyə başlayıb. Bu barədə "Bloomberg" bir rus məmuruna istinad edərək xəbər yayıb.

    "Bloomberg", xüsusi "TikTok" istifadəçilərinin videolarının silinməsinə dair nümunələr təqdim edir. İddiaya görə, hətta onlardan birinin hesabı bloklanıb. Nəticədə, bu sosial şəbəkədəki Rusiya hakimiyyətini tənqid edən məzmunun miqdarı azalıb.

    Muxalifet2 - 1-05-2021

  16. У карабахского клана было множество возможностей физически устранить Пашиняна – ВСЕ СО ВСЕМИ ДОГОВОРИЛИСЬ

    Премьер-министр Армении Никол Пашинян уже победил политических соперников, проявлять к ним повышенное внимание на данном этапе означает признавать в них все еще существующую угрозу, заявил Vesti.az заместитель генерального директора федерального информационно-аналитического агентства «Вестник Кавказа» Андрей Петров.

    Muxalifet2 - 1-05-2021

  17. Kərim Babayevin bazarları bağlandı, minlərlə ticarətçi etiraza qalxdı - “GÖRÜNÜR SƏRVƏTİNİ XOŞLUQLA VERMƏK İSTƏMƏYİB...”

    Rusiyanın Rostov vilayətinin Aksay rayonunda aprelin 27-də güc strukturlarının minlərlə hərbçi cəlb etməklə keçirdiyi xüsusi əməliyyatdan sonra azərbaycanlı biznesmen Kərim Babayevin bazarları hələ də bağlıdır. Bazarların fəaliyyətinin dayandırılmasına etiraz edən minlərlə ticarətçi isə etiraz aksiyaları keçirir.

    Muxalifet2 - 1-05-2021

  18. Paşinyanla Azərbaycan rəsmilərinin gizli görüşü... - RUSİYADA BAŞ TUTAN GÖRÜŞÜN DETALLARI

    Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclasında iştirak üçün Rusiyada olan Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan nümayəndə heyəti arasında aprelin 29-dan 30-na keçən gecə gizli görüş keçirilib.

    Erməni mənbələrində yayılan bu iddiaya görə, görüşdə iki məsələ müzakirə olunub:

    - Nəqliyyat kommunikasiyalarının açılmasına dair yol xəritəsi;

    - Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması.

    Muxalifet2 - 30-04-2021

  19. ALMANİYADA HƏRBİ QİYAM CƏHDİ... - 13 min hərbçi hökuməti ələ keçirmək istəyib

    Almaniyada bir qrup təqaüddə olan hərbçinin Berlində hərbi qiyam törətmək planı ortaya çıxıb.

    Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

    “Təqaüddə olan və keçmiş hərbçilər” qrupu adı altında bir araya gələn təxminən 13 min hərbçi Merkel hökumətini devirmək üçün planlar hazırlayıb.

    Onlar Berlində hökumətin COVİD-19-la bağlı karantin rejiminə qarşı keçirilən aksiyaya daxil olaraq qarşıdurma yaratmaq və dövlət təşkilatlarına hücum planı hazırlamaq üçün əlaqədə olublar.

    Muxalifet2 - 1-05-2021

  20. “Rusiya yüzlərlə nüvə döyüş başlığı istehsal edir” - PENTAQON

    Rusiya silahlı qüvvələri Amerika Birləşmiş Ştatları (ABŞ) üçün ekzistensial təhdid yaradır.

    Bu barədə Konqresdə aprelin 29-da baş tutmuş dinləmələrin gedişində ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin (DİA) direktoru, general-leytenant Skott Berriyer bəyan edib və bildirib ki, Rusiya özünün nüvə başlıqları istehsalı kompleksini fəal şəkildə yeniləyir, hər il onlardan yüzlərlə istehsal edir.

    «Rusiya silahlı qüvvələri Birləşmiş Ştatlar üçün ekzistensial təhlkə yaradır» - Skott dinləmələr zamanı qeyd edib.

    Muxalifet2 - 2-05-2021

Pages