Gürcüstanda Ukrayna ilə həmrəylik aksiyası keçirilib - "Ukraynaya göstərmək istəyirik ki..."

Baxış sayı:
857

Tiflisdə Ukrayna səfirliyinin qarşısında həmrəylik aksiyası keçirilib. Tədbir müxalif "Daha çox azadlıq" partiyası tərəfindən təşkil olunub.

Aksiya iştirakçıları bəyan ediblər ki, indki situasiyada «dost ölkə ilə həmrəyik ifadə etmək çox əhəmiyyətlidir» - həm sıravi vətəndaşlar tərəfindən, həm də Gürcüstan hökuməti səviyyəsində.

Aksiyanın təşkilatçısı Zurab Qirçi Caparidze hesab edir ki, Ukranada cərəyan edənlər Gürcüstana da aiddir.

«Biz strateji həmkarlarıq. Sivilizasiyalı dünyaya - Qərbə doğru gedirik. Bəyan edilmiş hədəflər var - NATO və Avropa İttifaqı (Aİ) üzvü ola bilərik. Bizi təqib edən bədbəxtliklər çoxdur, Rusiyadan qaynaqlanır və yol vermir ki, biz müstəqil qərarlar qəbul edək, azad dünyanı seçək. Belə anlarda birlikdə olmaq vacibdir. Biz, Ukraynaya göstərmək istəyirik ki, onları gerçəkdən dəstəkləyən insanlar var» - Caparidze bəyan edib.

Siyasətçinin sözlərinə görə, Gürcüstan hökuməti Ukraynanı dəstəkləmək üçün bütün beynəlxalq platformalardan istifadə etməlidir. Çünki yalnız beynəlxalq birliyin işə qarışması münaqişəni dayandıra bilər.

«Ölkə təkcə hökumətdən ibarət deyil. O, bütün vətəndaşlar deməkdir - o cümlədən, müxalifət də. Dəqiq və fəal mövqe ifadə etmək üçün bizim üzərimizə də məsulyyət düşür. Ukraynada baş verənlər həmrəyliyə layiqdir. Əgər biz, özümüzü sivil dünyanın bir parçası hesab ediriksə, Ukrayna ilə həMrəylik ifadə etməliyik» - müxalif siyasətçi Elene Xoştariya aksyada bildirib.

Bir qədər sonra Ukraynanın Gürcütandakı səfiri İqor Dolqov iştirakçıların qarşısına çıxb və dəstəyə görə hamıya təşəkkür edib.