Axtarış
The search found 105741 results in 0.032 seconds.
Search results
Bakıda bağçaların fəaliyyəti davam edir - RƏSMİ
Bakı şəhərindəki dövlət məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti davam edir.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bağçalarda çalışan işçi heyətin qısa müddət ərzində tam tərkibdə peyvənd olunması ilə bağlı tapşırıq verilib.
Muxalifet2 - 5-04-2021
"Xəstəliklərim mənimlə İlahi dildə danışır..." - VAQİF BAYATLI
Muxalifet.az Azərbaycanın böyük şairi, çağdaş poeziyamızın aparıcı siması Vaqif Bayatlı Odərin “Qafqazinfo”ya müsahibəsini təqdim edir:
Muxalifet2 - 5-04-2021
Polis əməliyyat keçirdi, saxta əskinaslar götürüldü
Qusar Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Kazımov mağazasına gələn şəxslərin alış-veriş edib, 1 ədəd 100 dollarlıq saxta əskinas verdiyini bildirib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Muxalifet2 - 5-04-2021
Azərbaycanda generalların 90 faizi güllə atmağı bacarmır – SENSASİON AÇIQLAMA
Pandemiya və müharibə dövründə ara verilmiş səs-küylü həbslər ilin əvvəlindən yenidən start götürüb. Ötən il olduğu kimi, bu il də vəzifə səlahiyyətilərini aşan, korrupsiyaya bulaşan məmurların həbsi ilə yadda qalır.
Muxalifet2 - 5-04-2021
Çin dünya ölkələrini niyə borclandırır? - Pekinin gələcəyə hesablanan iqtisadi və siyasi addımları...
“Məşhur “Financial Times” dərgisinin ekspert qrupunun gəldiyi qənaət budur ki, Çin, inkişaf etməkdə olan ölkələrə münasib şərtlər daxilində kreditlər verir və bu siyasətini getdikcə genişləndirir. Digər dövlətlər və beynəlxalq maliyyə qurumları bu məsələdə Çinlə ayaqlaşa bilmirlər. Bu Çinə üstünlük qazandırır”.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Çin bu yanaşma ilə aşağı gəlirli ölkələrin borclarını azaltmaq səylərini pozmaqla təhdid edir:
Muxalifet2 - 5-04-2021
RƏMİŞ VƏFAT ETDİ... - Qaraciyər çatışmazlığından əziyyət çəkirdi
Xalq artisti Rafiq Hüseynov (Rəmiş) vəfat edib.
Bu barədə “Report”a xalq artistinin həyat yoldaşı Güllü Hüseynova deyib.
R.Hüseynov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, 76 yaşlı gitaraçı yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi.
Allah rəhmət eləsin!
Muxalifet2 - 5-04-2021
TƏBİB peyvəndlə bağlı saxta sənəd əldə olunması xəbərlərinə münasibət bildirib
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) son zamanlar müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlara münasibət bildirib.
"Report" xəbər verir ki, qurum yaydığı açıqlamada hər kəsi sözügedən neqativ hallardan çəkinməyə çağırıb.
Muxalifet2 - 5-04-2021
RAMİZ MEHDİYEV ÜÇÜN "ŞƏRQ-QƏRB" KABUSU... - AMEA-dakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıldı
Hesablama Palatasının Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) nöqsanlarla bağlı marerialları Baş Prokurorluğa təqdim etməsi qurumun prezidenti, akademik Ramiz Mehdiyev üçün acı nəticələrə səbəb ola bilər.
Muxalifet2 - 5-04-2021
Misir Mərdanova yeni vəzifə verildi
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.
Musavat.com xəbər verir ki, açıq səsvermədən öncə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Abdinov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Misir Mərdanovun namizədliyi irəli sürülüb.
Muxalifet2 - 5-04-2021
MTN GENERALLARI HƏBS OLUNDU - Baş Prokurorluğun İstintaq İdarəsində dindiriliblər
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb.
"Report" xəbər verir ki, hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsimi Rayon Məhkəməsi tərəfindən hər iki general barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Muxalifet2 - 5-04-2021
Mövlam Şıxəliyevin oğlu atasının həbsindən danışdı
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyevin həbsi barədə xəbər yayılıb.
Muxalifet.az xəbər verir ki, "Gununsesi.info"nun əməkdaşı generalın oğlu Elgün Şıxəliyevlə əlaqə saxlayıb.
Atasının həbsini təsdiq edən Elgün Şıxəliyev bildirib ki, həbsin səbəbləri ona da bəlli deyil:
“Mən evdəyəm. Niyə həbs olunduğunu bilmirəm“.
Muxalifet2 - 5-04-2021
ABUTALIBOV DA İSTİNTAQA CƏLB OLUNACAQ! – Qanunsuz sərəncamlar imzaladığı müəyyən edilib
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq rəhbərinə hansı maddə ilə cinayət işi açıla bilər?
Muxalifet4 - 6-04-2021
Rayon və şəhərlərin giriş-çıxışında karantin postları qurulur? - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə Azərbaycanın bəzi rayon və şəhərlərinin giriş-çıxışında karantin postlarının qurulması barədə məlumatlar yayılıb. İddia olunur ki, Ramazan ayı boyunca sərt karantin tətbiq olunacaq və postlar da bu məqsədlə qurulub.
E-huquq.az məsələyə aydınlıq gətirmək üçün DİN Mətbuat xidmətinin kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxlayıb. E.Hacıyev e-huquq.az-a açıqlamasında yayılan məlumatların əsassız olduğunu deyib.
Muxalifet4 - 6-04-2021
MTN generallarının həbsinin səbəbi açıqlandı - HƏDƏ-QORXU İLƏ KÜLLİ MİQDARDA ƏMLAK VƏ PUL ƏLƏ KEÇİRİBLƏR...
Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.
Muxalifet4 - 6-04-2021
ƏHMƏD ƏHMƏDZADƏYƏ YENİ VƏZİFƏ VERİLDİ - Müşavir təyin edilib
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, sabiq sədr Ə.Əhmədzadə baş nazir Əli Əsədovun müşaviri təyin edilib.
Muxalifet4 - 6-04-2021
Vətən müharibəsində şəhid olan hərbçi dəfn edildi - FOTOLAR
Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən hərbi qulluqçusu Təbriz Cəfərov dəfn edilib.
Şəhid bu gün Bərdə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu T.Cəfərov 44 günlük müharibə zamanı Suqovuşan ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.
Muxalifet4 - 6-04-2021
Rusiyada nüvə silahının tətbiqi haqda danışırlar - UKRAYNA İLƏ SAVAŞ EHTİMALI GÜCLƏNİR
Rusiya Ukrayna sərhədlərinə və Krıma qoşun cəmləşdirməkdə davam edir. Buna paralel olaraq Rusiya KİV-ləri və ekspertləri Ukraynanın Donbass separatçıları üzərinə irimiqyaslı hücuma hazırlaşdığı barədə ictimai rəy formalaşdırmağa çalışmaqdadır. Virtualaz.org xəbər verir ki, son məlumatlara görə Rusiya Müdafiə Nazirliyi Krıma S-400 “Triumf” və S-300 zenit-raket komplekslərinin yeni diviziyonlarını göndərib.
Muxalifet4 - 6-04-2021
Həcc ziyarəti ilə bağlı şərtlər açıqlandı - YALNIZ BU ŞƏXSLƏR GEDƏ BİLƏCƏK...
Səudiyyə Ərəbistanı bu Həcc ziyarətinə gtmək istəyən zəvvarlar üçün şərtlərini açıqlayıb.
Səudiyyə Ərəbistanının Həcc məsələləri nazirliyi bildirib ki, COVİD-19-dan peyvənd olunmuş zəvvarlar Ramazan ayı müddətində Həcc ziyarəti edə bilərlər.
Bildirilib ki, Həcc ziyarəti etmək istəyənlər koronavirusa qarşı vaksinin hər iki dozasını almalıdırlar. Bu şərtlərə əməl edən zəvvarlar Həcc ziyarəti üçün müraciət edə bilərlər.
Muxalifet4 - 6-04-2021
"RUSİYANIN “İSKƏNDƏR"LƏ BAĞLI SUSMASI ONU GÖSTƏRİR Kİ..." – "Moskva Qarabağda təxribatçı əməllərə yol verir"
“Rusiya Ermənistanı həm gizli, həm də açıq yollarla daim silahlandırıb”. Bunu APA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Muxalifet2 - 6-04-2021
AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXMA SAYI İKİ DƏFƏ ARTDI - 32 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2035 yeni yoluxma faktı qeydə alınıb, 1174 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 273 869 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 243 467 nəfər müalicə olunaraq sağalıb, 3743 nəfər vəfat edib, aktiv xəstə sayı 26659 nəfərdir.
Muxalifet2 - 6-04-2021