Axtarış

The search found 105741 results in 0.031 seconds.

Search results

  1. SADIKOVUN “DUBAY GEDİŞİ” – Bu videonun Rövşən Əkbərovun həbsindən sonra üzə çıxması təsadüfdürmü?

    Müdafiə nazirinin sabiq birinci müavini və Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi, 44 günlük Vətən Müharibəsinin ilk günlərində müəmmalı şəkildə vəzifəsindən azad olunan, hətta yoxa çıxan Nəcməddin Sadıkovun Dubaydakı çimərlikdə çəkildiyi bildirilən videogörüntüləri gündəmin əsas mövzusuna çevrilib.

    Təbii ki, uzun illərdir cəmiyyətin heç də birmənalı münasibət bəsləmədiyi, belə demək mümkünsə, “həzm edə bilmədiyi” Sadıkovun bu videosunun məhz indi üzə çıxması müəmmalı görünür. 

    Muxalifet2 - 23-03-2021

  2. BRİTANİYA ORDUSU YENİLƏNİR, TANKLARIN SAYI AZALDILIR... - Müdafiə naziri Qarabağ savaşından "dərs alıb"

    Böyük Britaniya Azərbaycan ordusunun 2-ci Qarabağ müharibəsindəki döyüş təcrübəsini də nəzərə alaraq öz ordusunu yenidən qurur, silahlanma konsepsiyasını dəyişir. “Sky News” telekanalı xəbər verir ki, hökumətin hazırladığı yeni konsepsiya martın 22-də parlamentin müdafiə məsələləri komitəsinə təqdim edilməliydi.

    Muxalifet2 - 23-03-2021

  3. GÖYÇAYDA GƏNCLƏR 8 MİN MANATA NECƏ “HƏRBİ XİDMƏTƏ YARARSIZ” OLUR… – “Famil Qasımov hərbi komissarlığı bazara döndərib”

    Göyçay rayon sakinləri Həsənov Hüseyn Yadigar oğlu, Azadov Gəray Sədi oğlu, Məmmədov Bəhruz Tofiq oğlu və Nağıyev Azər Niftalı oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi Famil Qasımovdan şikayət edən sakinlərin məktubunu olduğu kimi dərc edirik:

    Muxalifet2 - 23-03-2021

  4. Bankomatdan pulunu çıxara bilməyən qadına yardım etdi, 2 il iş aldı – LERİK SAKİNİ POLİS RƏİSİNDƏN ŞİKAYƏT ETDİYİ ÜÇÜN CƏZALANDIRILDIĞINI İDDİA EDİR

    Lerik rayonunun Piran kənd sakini Bayramov Ziyatay Ərəstun oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məhkəmə qərarına etiraz edən şikayətçi prezident İlham Əliyevə müraciət edib:

    Muxalifet2 - 23-03-2021

  5. ​BƏLƏDİYYƏ SƏDRİ 50 HA TORPAĞI QANUNSUZ OLARAQ ƏLƏ KEÇİRİB – Zərdab sakinlərindən ölkə başçısına müraciət

    Zərdab rayonunun Dəliquşçu kənd sakinləri İmaməliyev Natiq Yaqub oğlu, Kərimov Telman Lətif oğlu (2-ci qrup Qarabağ müharibəsi əlili), Hüseynov Alim Ağacan oğlu, Hüseynov Ağalar Böyükağa oğlu və İsgəndərov Bayram Yolçu oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova müraciət edən sakinlərin məktubunu olduğu kimi dərc edirik:

    Muxalifet2 - 23-03-2021

  6. “ABSHERON-CİTY” MTK KOMMUNAL XƏRCLƏRİNİ TOPLADIĞI BİNALARIN ONA AİDİYYƏTİ OLMADIĞINI BİLDİRİR – Yaşayış kompleksinin sakinləri müvafiq arayışları ala bilmirlər...

    Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 32, mənzil 25-də yaşayan Zeynalova Mətanət Lətif qızı tərəfindən Muxalifet.az saytına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və aidiyyəti qurumların rəhbərlərinə müraciət edən M.Zeynalova “ABSHERON-CİTY” MTK-nın rəhbərliyindən şikayətçidir. Onun müraciətini olduğu kimi dərc edirik:
    “Şikayətim “ABSHERON-CİTY” MTK-nın direktoru Şahin Mirkişilidəndir.
    Qeyd edim ki, Şahin Mirkişili Milli Məclisin deputatı Tahir Mirkişilinin qardaşıdır.

    Muxalifet2 - 23-03-2021

  7. İsrail hərbi sənaye şirkəti Azərbaycanda birgə müəssisə yaratdı - YÜKSƏK DƏQİQLİKLİ UZAQƏNZİLLİ RAKETLƏR, PUA-LAR VƏ DAHA NƏLƏR...

    İsrailin “Meteor Aerospace” hərbi sənaye şirkəti Azərbaycanda Caspian Ship Building Company (Bakı Gəmiqayırma Şirkəti) ilə birgə müəssisə yaradıb. Bu barədə “İsrael Defense” jurnalı şirkətin yaydığı məlumata istinadən bildirir. Məqsəd Azərbaycanın milli ehtiyaclarını təmin etmək üçün müdafiə sahəsində qabaqcıl həllər təklif etməkdir.

    Muxalifet2 - 23-03-2021

  8. Bakıda ata qızını zəhərli iynə ilə öldürdü - YENİLƏNİB

    Martın 22-də saat 23 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Salamova Gülər Hacı Ağa qızına məxsus meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Xəzər rayon Prokurorluğundan məlumat verilib.

    Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Muxalifet2 - 23-03-2021

  9. Azərbaycanda koronavirusla yoluxanların sayında ciddi artım... - DAHA 18 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda koronavirusa 1 333 yeni yoluxma qeydə alınıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

    Məlumata görə, virusa yoluxmuş 269 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib.

    Ölkədə bu günə kimi ümumilikdə 248 307 nəfər koronavirusa yoluxub, onlardan 233 356 nəfər müalicə olunaraq sağalıb, 3 384 nəfər dünyasını dəyişib, hazırda aktiv xəstə sayı 11 567 nəfərdir.

    Muxalifet2 - 23-03-2021

  10. 10 MİLYON KREDİT GÖTÜRDÜ, 5 MİLYONA 2 “LAMBORGİNİ” VƏ 2 “FERRARİ” ALDI... - Şərurlu İsfəndiyar haqqında şok iddia

    Bakı Ağır Cinayətlər Məhkəməsində beş il əvvəl fəaliyyəti dayandırılan “Zaminbank” ASC-nin Müdafiə Şurasının dələduzluqda, mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan sabiq sədri Nadir İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

    Muxalifet2 - 23-03-2021

  11. “DEDİ GƏLMƏSƏN TİKDİYİN SÖKÜLƏCƏK...” - Bakıda qanunsuz evlərin tikintisinə görə haqq alan xırda məmurların işi / VİDEO

    Bir neçə ildir ki, Bakıətrafı qəsəbələrdə tikilmiş evlərə mülkiyyət sənədlərinin verilib-verilməməsi müzakirə olunur. Hər dəfə müzakirələrdə də əsas sual bu olur ki, rəsmi icazə yoxdursa, on minlərlə ev necə tikilib? İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin keçmiş rəisi Anar Poladov, şöbənin baş məsləhətçisi olmuş Səbuhi Rzayev və Afiq İbadovun məhkəməsində də bu sual ortaya çıxıb. Digər iki nəfərdən fərqli olaraq, İbadov həbsdə deyil.

    Muxalifet2 - 24-03-2021

  12. İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirdi

    İsrail Hərbi Hava Qüvvələri HƏMAS təşkilatının hərbi bazalarına raket zərbələri endirib.

    “RİA Novosti” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Məlumatda bildirilir ki, ötən gün Qəzza zolağından İsrailin Beer-Şeva şəhəri raket atəşinə məruz qalıb.

    Buna cavab olaraq İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları HƏMAS-ın obyektlərini hədəf alıb.

    Muxalifet2 - 24-03-2021

  13. RAİL RZAYEVİN QƏTLİNİN SENSASİON TƏFƏRRÜATI... - "Nəcməddin Sadıkovun iştirakıyla öldürüldü”

    “2009-cu il fevralın 11-də ölkənin Hərbi-Hava Qüvvələri Komandanı, general-leytenant Rail Rzayevin qətlindən tutmuş, 2019-cu ilin yayında MİQ-29 qırıcı təyyarəsinin "qəzaya uğramasınadək" baş verənlərdə xain Nəcməddin Sadıkovun birbaşa iştirakı var”.
     
    Bunu Azərbaycan MTN-in əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, ekspert Ərəstun Oruclu bildirib:
     

    Muxalifet2 - 24-03-2021

  14. EYYUBOVLA PİRVERDİYEVİN ŞƏRİKLİ TORPAQ SAHƏSİ... - Yüzlərlə hektar torpaq sahəsi əldən-ələ necə keçib? / FOTOLAR

    Azərbaycanda uzun illərdir ki, məmur-oliqarxiyasının hansı “xarüqələr” yaratdığının şahidi oluruq. Demək olar bütün iri bizneslərin, şirkətlərin arxasından hansısa yüksək çinli məmurun adı çıxır.

    Araşdırmaçı jurnalist Cavanşir Həsənli Baş nazirin birinci müavini Yaqub Eyyubovun "Azərenerji"nin keçmiş rəhbəri Etibar Pirverdiyevlə şərikliyi barədə maraqlı məlumat paylaşıb.

    Muxalifet2 - 24-03-2021

  15. "Razılaşmaların yerinə yetirilməsi prosesini yaxından izləyəcəyik" - ƏRDOĞANDAN QARABAĞ MESAJI

    "Otuz il öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının işğalı zamanı törədilən qətliamlar, azərbaycanlı qardaşlarımızla birgə bizim də ürəyimizi dağlamışdı".

    "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də hakim Ədalət və İnkişaf Partiyasının 7-ci qurultayında deyib.

    Muxalifet2 - 24-03-2021

  16. Moskva məhkəməsi Telman İsmayılovun qardaşı oğlunun həbsindən imtina etdi - MÜĞƏNNİ AVRAAM RUSSONUN OĞURLANMASINDA İTTİHAM OLUNUR

    Moskvanın Presnenski məhkəməsi müğənni Avraam Russonun oğurlanması iddiasında Telman İsmayılovun ittiham olunan qardaşı oğlu Zaur Mərdanov barəsində həbs qətimkan tədbirini dəyişdirməkdən imtina edib. Bu barədə "RİA Novosti" zərərçəkmişin vəkili  Aleksandr Kostanyantsa istinadən məlumat verib.

    “Hakim müstəntiqin həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatəti təmin etməyi və ekstradisiya edilməsini rədd etdi, iş ayrıca icraata ayrıldı. Budur, o artıq bu işdə yoxdur", - vəkil deyib.

    Muxalifet2 - 24-03-2021

  17. Azərbaycanda daha 1185 nəfər koronavirusa yoluxdu – 20 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1185 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 249 492 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 233 834 nəfər müalicə olunaraq sağalıb, 3404 nəfər vəfat edib, aktiv xəstə sayı 12254 nəfərdir.

    Muxalifet2 - 24-03-2021

  18. Qadın özünü qəsdən maşının altına atıb? - DİN-DƏN AÇIQLAMA / VİDEO

    Abşeron rayonunda avtomobil yoluna çıxaraq, qəza görüntüsü yaradan qadının şəxsiyyəti müəyyənləşib. 

    Muxalifet2 - 24-03-2021

  19. Binəli Yıldırım AKP-nin vitse-prezidenti seçildi

    Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım AKP-nin vitse-prezidenti seçilib.

    Bu barədə bu gün partiyanın VII Qurultayında qərar verilib.

    Həmçinin, Numan Kurtulmuş da partiyanın vitse-prezidenti olub.

    Muxalifet2 - 24-03-2021

  20. PUTİN YENİDƏN PREZİDENT OLA BİLƏR - Rusiya qanunvericiliyinə düzəliş edildi

    Rusiya Dövlət Dumasının bu gün keçirilən plenar iclasında Rusiya Federasiyası seçkilər və referendumlar haqqında qanunvericiliyinə düzəlişlər edilib. 

    “RİA Novosti” agentliyi xəbər verir ki, bu qanun Rusiya Federasiyasının Konstitusiyasına edilən yeni düzəlişlərə uyğun hazırlanıb.

    Düzəlişlərlə indiki dövrədək prezident olmuş şəxs daha iki dəfə dövlət başçısı seçilə bilər. 

    Muxalifet2 - 24-03-2021

Pages