Axtarış
The search found 105741 results in 0.064 seconds.
Search results
Vaksinlər Azərbaycana niyə çatdırılmır? - "Azərbaycana münasibətdə ikili standartlara yol verilir"
Rəsmi statistikaya görə, Azərbaycanda hazırda 525 mindən artıq şəxs yeni növ koronavirusa qarşı peyvənd olunub. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə vaksinasiya prosesi yalnız Çin istehsalı olan "Sinovac" peyvəndi ilə həyata keçirilir. Rəsmilər habelə bildirir ki, Azərbaycana başqa peyvəndlərin gətirilməsi üçün keçən il müqavilələr bağlansa da, hələlik, həmin vaksinlərdən səs-soraq yoxdur.
Muxalifet2 - 29-03-2021
AZƏRBAYCANDA PARTİYA SƏDRİ MƏHKƏMƏDƏ QANDALLANDI - Dələduzluğa görə / FOTO
Təhsil Nazirliyinin sabiq idarə rəisinə qarşı dələduzluqda ittiham olunan Azərbaycan Mübarizləri Partiyasının sədri növbəti dəfə məhkəmə önünə çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ağadur Müslümovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunan Ağadur Müslümov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Muxalifet2 - 29-03-2021
TÜRKİYƏDƏ KARANTİN REJİMİ SƏRTLƏŞDİRİLDİ - Ərdoğandan açıqlama
Türkiyədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonrakı açıqlamasında məlumat verib.
Türkiyə mediası xəbər verir ki, bütün ölkə ərazisində küçəyə çıxmaq axşam saat 21:00-dan səhər saat 05:00-dək məhdudlaşdırılıb. Bu qayda həftənin bütün günləri keçərlidir.
Xəritədə qırmızı ilə işarələnən 58 şəhərdə isə şənbə və bazar günləri küçəyə çıxmaq qadağası qoyulub.
Muxalifet2 - 29-03-2021
31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ! - "Bu, həm də bəşəriyyətə qarşı torədilmiş cinayətdir"
İrəvan Türk Cümhuriyyəti 1918-ci ilin mart və aprel aylarında ermənilər tərəfindən Azərbaycanın müxtəlif bölgələrində mülki türk- müsəlman əhaliyə qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı bu günlərdə bəyan edir ki, bu vəhşi akt yalnız xalqımıza qarşı deyil, bəşəriyyətə qarşı torədilmiş soyqırımı cinayətidir. 1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasəti idi.
Muxalifet2 - 29-03-2021
İrəvan Azadlıq Təşkilatından 31 MART SOYQIRIM BƏYANATI
İRƏVAN AZADLIQ TƏŞKİLATININ BƏYANATI
1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulmuş, bununla da sonrakı dövrdə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılmışdır.Muxalifet3 - 30-03-2021
PUTİNİN KAĞIZ ÜZƏRİNDƏKİ "SUPER SİLAHLARI"... – “Rusiyanın bu bəyanatları maskalanmaya xidmət göstərir”
Hər il Rusiyanın hərbi sənaye kompleksi dünyanı növbəti "inqilabi" və "analoqu olmayan" super silahlarla təəccübləndirir. Ancaq belə silahların və texnologiyaların əsl həqiqətdə mövcud olması şübhə doğurur.
“Poseydon”un məşhər günü
Muxalifet4 - 30-03-2021
Hökumət Pənah Hüseynin partiyasına ofis verdi
Azərbaycanda aparılan siyasi-iqtisadi islahatlar nəticəsində partiyalarla sağlam dialoq mühiti daha da təkmilləşdirilir, siyasi plüralizm ənənələri inkişaf edir.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi, fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.
Muxalifet4 - 30-03-2021
ƏRƏBLƏRİ AZƏRBAYCANA HANSI MƏMUR DƏVƏT EDİB? - Və yaxud kimi “linç” etməli: ərəb turistləri, yoxsa onları dəvət edən məmuru?
Son günlər ərəb turistlərin Azərbaycanda qanunsuz ov etməsi istər mətbuatın, istər də sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib. Vətəndaşlarımız haqlı olaraq ərəblərin Qax (İlisu) Dövlət Təbiət Qoruğu ərazisində – Acınohurda nadir quşları və heyvanları ovlamasına etiraz etməkdədir. Üstəlik, bu etirazlar çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) rəhbərliyinin, o cümlədən nazir Muxtar Babayevin istefası da tələb olunmaqdadır.
Muxalifet4 - 30-03-2021
"Bu təxribatın üstünün açılması üçün ən yüksək səviyyədə tapşırıq verilib" - PƏNAH HÜSEYN
“Bir sıra siyasi partiya lideri və ictimai xadimlər Prezident Administrasiyasına və digər aidiyyəti dövlət qurumlarına professor Cəmil Həsənliyə və ailə üzvünə qarşı törədilən, "video cinayətkarlığı”na aydınlıq gətirilməsi, həmin rəzil əməlin təşkilatçı və icraçılarının tez bir zamanda tapılıb cəzalandırılması məzmununda müraciət ünvanlayıb”.
Bunu Azərbaycan Xalq Partiyasının sədri, sabiq deputat Pənah Hüseyn bildirib.
Muxalifet4 - 30-03-2021
Məhkəmə Rövşən Əkbərovla bağlı qərar verdi - HÖKM QÜVVƏDƏ QALDI
Bakı Apellyasiya Məhkəməsində ehtiyatda olan general-leytenant Rövşən Əkbərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən şikayətə baxılıb.
“Report” xəbər verir ki, hakim Habil Məmmədovun sədrlik etdiyi iclasda qərar elan edilib.
Qərara əsasən şikayət təmin edilməyib və R.Əkbərov barəsində Bakı Hərbi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb və o, həbsdə qalıb.
Muxalifet4 - 30-03-2021
AZƏRBAYCANDA DAHA 25 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Yoluxanların sayında ciddi artım qeydə alınıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 259 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 237 338 nəfər müalicə olunaraq sağalıb, 3538 nəfər vəfat edib, aktiv xəstə sayı 18 600 nəfərdir.
Muxalifet4 - 30-03-2021
AZAL-da Müşahidə Şurası yaradıldı - SƏRƏNCAM
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamında dəyişiklik edilib.
Muxalifet4 - 30-03-2021
“Bakı Metropoliteni”ndə Müşahidə Şurası yaradıldı
Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yaradılması haqqında 27 fevral 2014-cü il tarixli sərəncamında dəyişiklik edib.
Dövlət başçısının bununla bağlı imzaladığı yeni sərəncamda deyilir:
Konstitusiyaın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” ölkə prezidentinin 2020-ci il 5 noyabr tarixli fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
Muxalifet4 - 30-03-2021
Nuşirəvan Məhərrəmli 18 illik vəzifəsilə vidalaşdı
Nuşirəvan Məhərrəmli Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvlüyündən çıxarılıb.
Bu barədə "Report"a açıqlamasında N.Məhərrəmli özü məlumat verib.
Onun sözlərinə görə, Şuranın üzvlüyündən çıxarılması səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.
Qeyd edək ki, N.Məhərrəmli 2003-cü ildən MTRŞ-nin üzvü idi. O, həmçinin 2003-2020-ci illər ərzində şuranın sədri vəzifəsində çalışıb.
Muxalifet4 - 30-03-2021
“Bakı Metropoliteni”nin Müşahidə Şurasının tərkibi təsdiqləndi - SİYAHI
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Belə ki, sərəncamla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini
Müşahidə Şurasının üzvləri
Muxalifet4 - 30-03-2021
DÇ-2022: Millimiz ardıcıl üçüncü dəfə məğlub oldu / YENİLƏNİB
Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Belə ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı ikinci rəsmi matçında Serbiya yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Portuqaliyaya qarşı ilk tur matçı ilə müqayisədə De Byazi bu dəfə start heyətində iki dəyişiklik edib. İtaliyalı mütəxəssis Vüqar Mustafayevin əvəzinə İsmayıl İbrahimliyə, Mahir Emrelinin yerinə isə Anatoli Nuriyevə "11-lik"də şans verib.
Muxalifet2 - 30-03-2021
Türkiyənin istehsal edəcəyi peyvənd pandemiyanı sonlandıra bilər - İNFEKSİONİSTDƏN AÇIQLAMA
Türkiyənin sprey formasında koronavirus peyvəndi “İntranazal Kovid” pandemiyanın bitməsində önəmli rol oynaya bilər.
Bu barədə türkiyəli infeksionist professor İsmayıl Balık “Hürriyet”ə müsahibəsində deyib. Onun sözlərinə görə, bu peyvənd lokal (yerli) anticisim hazırlayacaq: “Bu lokal anticisimlər hələ burun və ağızda olan virusun orqanizmə yayılmasının qarşısını alacaq. Bu baxımdan sprey peyvəndlər digər vaksinlərin bacarmadığını həyata keçirirlər”.
Muxalifet2 - 30-03-2021
Paytaxtda toy olub, toy sahibləri və restoran müdiri cərimələndi - VİDEO
Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən restoranların birində toy mərasiminin keçirilməsi aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılı
Muxalifet2 - 30-03-2021
Nəcməddin Sadıkov Bakıya gətirilərək, istintaqa cəlb edilib? - İDDİA
Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun Bakıya gətirilməsinə dair məlumatlar var. Onun vaxtilə orduda baş vermiş bir sıra qanun pozuntuları və “Tərtər işi” ilə bağlı dindirilməsi ehtimal olunur.
Muxalifet2 - 31-03-2021
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 103 il ötür - FOTO
Bu gün ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ilk genişmiqyaslı aktı – 31 mart soyqırımından 103 il keçir.
Qeyd edək ki, bolşeviklərin xeyir-duası və dəstəyi ilə həyata keçirilən terrorlarda on minlərlə azərbaycanlı qətlə yetirilib.
Muxalifet2 - 31-03-2021