Axtarış
The search found 105741 results in 0.037 seconds.
Search results
Qanunsuz ov edən ərəblər cəzalandırıldı: Cərimənin məbləği açıqlandı - RƏSMİ
İki ərəb turist “Ovçuluq haqqında” qanunvericiliyin tələblərinə əsasən 4 min manat civarında cərimə edilib.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə açıqlamasında deyib.
Muxalifet4 - 26-03-2021
XANKƏNDİNDƏN BÖYÜK KÖÇ HAZIRLIĞI... - Paşinyan köçün qarşısını almaq üçün 200 milyon dollar ayırdı
Qarabağ müharibəsindən sonra Xankəndiyə və ətraf rayonlara qayıtmış sadə ermənilər bir tikə çörək hayında ikən, yerli siyasətbazlar dinc dayanmır. Məlumdur ki, iki gün əvvəl Xankəndidə hələ də ağıllanmayan “parlamentin” 27 “deputatı” rus dilini iknci “dövlət dili” olması barədə “qərar” verib. “Yeni qanuna görə” zərurət olduğu halda sənədlər və yazışmalar rus dilində də aparıla bilər.
Muxalifet2 - 26-03-2021
"TÜRKİYƏ ARTIQ ƏVVƏLKİ TÜRKİYƏ DEYİL..."- “Reuters” Ərdoğan–Bayden münasibətlərindən yazıb
İngilis xəbər agentliyi “Reuters” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Baydenin münasibətlərinin, eləcə də iki ölkə arasındakı əlaqələrin geniş təhlil edildiyi məqalə yayımlayıb.
"Əvvəlcə Türkiyə: Ərdoğanın güc təzyiqi Baydeni məcbur edəcək" başlıqlı məqalədə Ərdoğanın artıq Rusiya və ABŞ-ın qoyduğu qaydaları, Türkiyənin bədəlini ağır ödədiyi ssenariləri rədd etdiyi bildirilib.
Məqalədə Ərdoğanın əsas məqsədinin “öncə Türkiyə” olması önə çəkilir və “bu vəziyyət Baydeni çətin duruma salacaq” deyə bildirilir.
Muxalifet2 - 26-03-2021
ŞOK: Rövnəq Abdullayevin dayısı oğlu, SOCAR-ın satış direktoru Türkiyədə öldürüldü / YENİLƏNİB
Türkiyədə ötən gün yerli vaxtla saat 23:00-da lüks otellərin birində özünü başından tapança ilə güllələdiyi bildirilən və Türkiyə mediasının “iş adamı” olaraq təqdim etdiyi Nihad Əliyevin kimliyi aydınlaşıb.
Bakupost.az xəbər verir ki, Nihad Əliyev SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğludur və SOCAR-da satış direktoru vəzifəsində çalışır.
Artıq onun bu gün günorta saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi haqda məlumat yayılıb.
Muxalifet2 - 26-03-2021
Qoruğu icarəyə götürüb, ərəbləri ova çıxardan iş adamı kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, bu gün Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə mətbuata verdiyi açıqlmada bildirib ki, Acınohur yasaqlığı ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib, həmin vətəndaş da müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər.
Muxalifet2 - 26-03-2021
AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXANLARIN SAYI ARTIR - Son sutka ərzində daha 24 nəfər ölüb
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 759 yeni yoluxma faktı qeydə alınıb, 511 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 252 680 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 234 893 nəfər müalicə olunaraq sağalıb, 3 445 nəfər vəfat edib, aktiv xəstə sayı 14 342 nəfərdir. Son sutkada 8 923, hazırkı dövrədək isə 2 816 784 test aparılıb.
Muxalifet2 - 26-03-2021
Süveyş kanalını bağlayan gəmi nefti 5 faiz bahalaşdırdı - HƏR SAATDA 400 MİLYON ZİYAN DƏYİR
Aralıq və Qırmızı dənizləri birləşdirən, Misir ərazisində yerləşən Süveyş kanalı, Evergreen şirkətinin “Ever Given” konteynerdaşıyan gəmisi tərəfindən martın 23-də bloklanandan sonra naviqasiya üçün bağlanıb. “Reuters” agentliyi xəbər verir ki, konteynerdaşıyan gəmi saydan çıxarılmayınca kanal gəmi hərəkəti üçün bağlı qalacaq.
Muxalifet2 - 26-03-2021
Ərdoğan Türkiyədə vaksinasiyanın nə vaxt bitəcəyinin anonsunu verdi - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb.
“Haber Global”ın məlumatına görə, dövlət başçısı bir sıra maraqlı açıqlamalar verib.
Prezident bildirib ki, yayadək ölkədə aparılan koronavirusa qarşı vaksinasiya prosesinin sona çatdırılması planlaşdırılır.
Muxalifet2 - 26-03-2021
Ərəblərin Qaxdakı çadırları söküldü
Qax Dövlət Təbiət Yasaqlığı ərazisində əcnəbi turistlərin qurduğu çadırlar sökülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yaydığı bəyanatda belə deyilir.
Bildirilib ki, cəmiyyətdə narazılığa səbəb olan ekoloji problem müvafiq qanunlar çərçivəsində həll edilib.
Şura ölkə ictimaiyyətinə məsələnin geniş müzakirəyə çıxarılmasına görə təşəkkür edib.
Muxalifet2 - 26-03-2021
“O ƏRƏBLƏRİ TANIMIRAM” - “Azərbaycana hər gələn turist mənim qonağım olası deyil ki...”
“Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram. Bu mənim haqqımda yazılan növbəti uydurma xəbərlərdən biridir. Yazırlar, qoy, yazsınlar. Bir söz demirəm”.
Bunları "Gununsesi.info" saytına açıqlamasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda qanunsuz ov ovlayan ərəblərin onun qonaqları olması barədə iddialara münasibət bildirərkən deyib.
Nazir deyib ki, Azərbaycan dünyaya açıq dövlətdir və turistlərin gəlməsi də təbiidir:
Muxalifet2 - 26-03-2021
Donbasda Ukraynanın 5 hərbçisi həlak oldu - Rusiya öncə buranı tutmaqla hədələyir
Leonid Kravçuk: “Biz bilməliyik ki, Rusiya öz “fəlsəfəsində” qalır - Ukraynanı məhv etmək...”
Muxalifet2 - 26-03-2021
SÜLHMƏRAMLILARDAN NÖVBƏTİ ANTİ-AZƏRBAYCAN QƏRARI... - Terrorçu rejimin kriminal ünsürlərilə birgə hərəkət edəcəklər!
Cəbrayıldakı qondarma kirsə hay-küyünün ardınca ermənilər növbəti şouya start veriblər. Ermənistanın media orqanları davamlı şəkildə Rusiya sülhməramlılarının təsir dairəsində olan ərazisində guya baş vermiş hadisəni tirajlayırlar.
Musavat.com-un məlumatına görə, ermənilər iddia edirlər ki, Əsgəran rayonu ərazisində “azərbaycan hərbçi” erməni sakinlərin avtomobillərini “daş atəşi”nə tutub. Azərbaycan ərazilərində hoqqabazlıqla məşğul olan erməni terrorçuları rəsmi Bakını üçtərəfli razılaşmanı “pozmaqda” ittiham edir.
Muxalifet2 - 26-03-2021
SEPARATÇILARIN “RUS DİLİ” TƏXRİBATININ PƏRDƏARXASI... - “Qərar Rusiyanın razılığı ilə verilib"
Qarabağın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan hissəsində rus dili “ikinci rəsmi dil” elan olunub. Separatçıların oyuncaq parlamenti “dil haqqında qanun”a bu barədə əlavə edib. Müvafiq “qanun layihəsi” bu gün “parlament”də təsdiqlənib.
Sənədə əsasən yazışmalar erməni dili ilə yanaşı, ehtiyac olarsa, rus dilində də aparılacaq, iki dildə çap məhsullarının, dərsliklərin, arayış kitabçalarının, müxtəlif ədəbiyyatın nəşri təşviq ediləcək.
Muxalifet2 - 27-03-2021
“Qəlbim Türkiyə, Pakistan, canım Azərbaycandır...” - PAKİSTANLI MÜĞƏNNİNİN KLİPİ /VİDEO
Pakistanlı müğənni Əsəd Kureyşi Azərbaycan, Türkiyə və Pakistan dostluğuna həsr edilmiş mahnı bəstələyib. Virtualaz.org TRT-yə istinadən xəbər verir ki, mahnı “Qəlbim Türkiyə, Pakistandır, canım Azərbaycandır” adlanır. Müğənni mahnıya Lahor şəhərində klip də çəkdirib, klipdə Azərbaycan prezidenti İlham Əliyevin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan baş naziri İmran Xanın görüntülərindən istifadə edib.
Mahnı türkcə və urduca olmaqla iki dildə səsləndirilib. Və sürətlə populyarlaşıb.
Muxalifet2 - 27-03-2021
Rusiyanın ərazilərini genişləndirmək istəyən “üçü birində” partiyası“ - DONBASS-RUSİYADIR!...”
Rusiyada üç partiyanın birləşməsindən yaranan yeni partiyanın siyasi proqramının bəndlərindən biri yeni ərazilər əldə etməkdir. Bu haqda “Ədalətli Rusiya-Vətənpərvərlər-Həqiqət uğrunda” partiyasının mərkəzi aparatının rəhbərinin müavini Nikolay Noviçkov keçirdiyi brifinqdə deyib. Məlumatı RBK yayıb.
Muxalifet2 - 27-03-2021
Paşinyan Rusiyaya gedir - PUTİNLƏ GÖRÜŞƏCƏK
Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfərə gedəcək.
Bu barədə Ermənistan mediası bildirir.
Qeyd olunur ki, işgüzar səfər aprelin 7-də baş tutacaq və Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
N.Paşinyanın mətbuat katibi Mane Gevorkyan səfərlə bağlı rəsmi açıqlama verməyib, mətbuatın daha sonra məlumatlandırılacağını deyib.
Muxalifet2 - 27-03-2021
İlon Maskı paylaşdığı tviti silməyə məcbur etdilər
İlon Mask “Tesla”nın bir neçə ayda ən böyük şirkət ola biləcəyini və “Apple”ı keçə biləcəyi barədə “Twitter”də paylaşım edib.
Ancaq daha sonra tviti silib.
Buna səbəb milyarderin Qiymətli Kağızlar Komissiyası (SEC) tərəfindən bir çox iddia ilə qarşılaşması olub.
Komissiya Maskın paylaşımlarının bazara təsiri ilə əlaqədar çıxış edib.
Muxalifet2 - 27-03-2021
İcra başçısı yolun ortasında bina tikir - FOTOLAR
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində tikilən bina piyadalar üçün nəzərdə tutulan səkidə hərəkəti məhdudlaşdırıb.
Bakupost.az xəbər verir ki, bina qəsəbədən keçən magistral yolun düz üstündə tikilir. Tikinti işləri piyadaların yolunun bağlanması ilə nəticələnib. Bu isə insanların gediş-gəlişində çətinliklər yaradıb.
Muxalifet2 - 27-03-2021
"Facebook" Maduronun hesabını dondurdu - KORONAVİRUSLA BAĞLI PAYLAŞIMINA GÖRƏ
"Facebook" COVID-19 haqqında yalnış məlumat yayılmasına qarşı siyasəti pozduğuna görə Venesuela prezidenti Nikolas Maduronun sosial şəbəkədəki hesabını dondurub.
"Reuters"in verdiyi xəbərə görə, bu barədə "Facebook"un sözçüsü məlumat verib.
Muxalifet2 - 27-03-2021
Nazir sabiq deputatın rəis müavini qardaşını işdən çıxardı
Sabiq deputat Sona Əliyevanın qardaşı Adil Əliyev vəzifədən çıxarılıb. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Adil Əliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.
Muxalifet2 - 27-03-2021