Axtarış

The search found 105743 results in 0.101 seconds.

Search results

  1. İCTİMAİ NƏQLİYYATDA GEDİŞ HAQQI BAHALAŞACAQ? - Ekspert hazırlıq getdiyini deyir, BNA təkzib edir

    İctimai nəqliyyatda yeni tarif mexanizimi tətbiq olunacaq. Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilir. Sənədə əsasən bu sahədə “mütərəqqi beynəlxalq təcrübə” nəzərə alınacaq.

    Hazırda ictimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırlıq işləri görülür.

    Bəs, tətbiq olunacaq yeni mexanizm nələri əhatə edəcək? Bununla ictimai nəqliyyatda nələr dəyişəcək? Yeni tarif mexanizminin tətbiq edilməsində məqsəd nədir?

    Muxalifet2 - 15-03-2021

  2. ATU-da koronavirusa kütləvi yoluxma

    Azərbaycan Tibb Universitetində (ATU) yenidən koronavirusa yoluxma aşkarlanıb.

    Oxu.Az-ın məlumatına görə, universitetin Müalicə işi fakültəsinin bir neçə qrupunda müəllim və tələbələr arasında koronovariusa yoluxma halları aşkarlanıb. Bu səbəbdən bir neçə qrup distant təhsilə keçirilib.

    Məlumatı ATU-nun mətbuat xidmətindən təsdiq ediblər. Bildirilib ki, mövcud vəziyyətlə distant təhsilə bağlanan qrupların ümumi sayı hələlik məlum deyil.

    Muxalifet2 - 15-03-2021

  3. VNBP-nin təsis qurultayı keçirildi-Azərbaycanda yeni siyasi partiya yarandı

    13 mart 2021-ci il tarixində Vətən Naminə Birlik Partiyasının təsis qurultayı keçirilib. 63 rayon (şəhər) təşkilatı, ümumilikdə 153 nəfərin qatıldığı qurultay onlayn formatda baş tutub. 
    Qurultayda Babayev Emin partiyanın sədri, MNTK və Ali Məclisin üzvləri seçilib.

    Muxalifet3 - 13-03-2021

  4. HƏBS EDİLƏN GENERAL ADAM ÖLDÜRMƏKDƏ İTTİHAM OLUNUR - Baş Prokurorluqdan rəsmi açıqlama / YENİLƏNİR

    Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsinin səbəbləri məlum olub.

    Belə ki, o, qəsdən adam öldürmə maddəsi ilə ittiham edilir.

    Belə ki, R.Əkbərov bir neçə il bundan əvvəl Ukraynada qətl törədib. Bu iş üzrə o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    R.Əkbərovun cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

    Muxalifet4 - 16-03-2021

  5. "Məhkəmə-hüquq sistemində islahatlara getmək lazımdır" - VAHİD ƏHMƏDOV

    “Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi ilə bağlı son illər çox işlər görülür. Bir vaxt var idi ki, sahibkarlardan vergi sistemi ilə bağlı çox şikayətlər alırdıq. Ancaq bununla bağlı indi çox ciddi şikayətlər yoxdur”.

    Bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

    Muxalifet4 - 16-03-2021

  6. Azərbaycan PUA-ları təlimdə - VİDEO, FOTO

    Əməliyyat-taktiki təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürür.

    Muxalifet.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Muxalifet4 - 16-03-2021

  7. HEYDƏROVUN BACANAĞI MEHDİYEVİN DƏ ŞİRKƏTİNİ MƏHKƏMƏYƏ VERİB - Səbəbi nədir?

    "AFB Bank” Açıq Səhimdar Cəmiyyəti (ASC) "Şərq-Qərb Mülk” MMC barəsində məhkəmə iddiası qaldırıb. HİT.az xəbər verir ki, məhkəmə iclası bu gün – 15.03.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi İlham Əhmədovanın sədrliyi ilə keçirilib.

    "AFB Bank” ASC-nin "Şərq-Qərb Mülk” MMC barəsində iddia qaldırmasının səbəbi kredit müqaviləsi üzrə mübahisə göstərilir.

    Muxalifet4 - 16-03-2021

  8. "Respublika" qəzetinin baş redaktoru koronavirusdan dünyasını dəyişdi

    "Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov 90 yaşında koronavirusdan vəfat edib.

    Xatırladaq ki, T.Əhmədov 1995-ci ildən "Respublika"qəzetinin baş redaktoru idi.

    Azərbaycanda jurnalistika sahəsində səmərəli fəaliyyətinə görə Teymur Əhmədov "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif olunub.

    Muxalifet4 - 16-03-2021

  9. Fidumə Hüseynova BŞİH başçısının müavini vəzifəsindən azad olundu

    Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısının müavini işdən çıxarılıb.

    "Report" xəbər verir ki, BŞİH başçısının müavini Fidumə Hüseynova müvafiq sərəncama əsasən vəzifəsindən azad edilib.

    Qeyd edək ki, Fidumə Məmmədəli qızı Hüseynova 2005-ci ildən BŞİH başçısının müavini vəzifəsində çalışırdı.

    Muxalifet4 - 16-03-2021

  10. RÖVŞƏN ƏKBƏROVUN İŞ ADAMINI QƏTLƏ YETİRMƏSİNİN ŞOK DETALLARI... - Keçmiş Komitə sədri Nazim İbrahimov bu qətldən xəbərdar olub, amma...

    Muxalifet.az xatırladır ki, Rövşən Əkbərov tərəfindən qətlə yetirilən iş adamı Elçin Əliyevin anası Samaya Əliyeva illər öncədən bu haqda mətbuata çoxsaylı mühsaibələr versə də, indiyədək onun açıqlamalarına əhəmiyyət verilməyib. Samaya xanımın 2010-cu ildə redaksiyamıza verdiyi müsahibədən bəzi epizodları təqdim edirik:

    Muxalifet4 - 16-03-2021

  11. Ağdamda 5 nəfər minaya düşdü - DÖRDÜ BİR AİLƏNİN ÜZVÜDÜR / ADLARI

    Ağdamda minaya düşən şəxslərin kimliyi məlum olub.

    Trend-in məlumatına görə, onlar Hüseynov Akif Muxtar oğlu, Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Nadir oğlu, Hüseynov Hüseyn Razi oğludur.

    Hazırda ərazidə minatəmizləmə işləri aparılır. Bu səbəbdən yaralıları ərazidən götürmək mümkün deyil. Minatəmizləmə işləri bitdikdən sonra yaralılar oradan götürüləcək.

    Qeyd edilir ki, minaya düşənlərdən Hüseynov Hüseyn Razi oğlu Hüseynov Akifin nəvəsidir və o, heç bir xəsarət alımayıb.

    Muxalifet2 - 16-03-2021

  12. “BAKTELEKOM”UN RƏHBƏRİ DƏYİŞDİ - Rövşən Əliyev vəzifəsindən azad edildi

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin ("Baktelekom") baş direktoru Rövşən Əliyev vəzifəsindən azad edilib.

    Bununla bağlı nazir Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

    Nazirin digər əmrinə əsasən, sözügedən vəzifənin icrası baş direktorun müavini Nail Mərdanova həvalə olunub.

    “Baktelekom”dan xəbəri təsdiq ediblər.

    Muxalifet2 - 16-03-2021

  13. AZƏRBAYCANDA KORONAVİRUSADAN DAHA 12 NƏFƏR ÖLDÜ - Son sutka ərzində virusa yoluxanların sayı 1000 nəfərə çatır

    Azərbaycanda bu gün koronavirus infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 12 nəfər “COVID-19”dan vəfat edib.

    Muxalifet2 - 16-03-2021

  14. Minaya düşənlərin əraziyə nə üçün getdikləri açıqlandı - RƏSMİ

    "Müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, hələ də ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları hallarına rast gəlinir".

    Muxalifet2 - 16-03-2021

  15. “Dağlıq Qarabağ-bu çox mürəkkəb əməliyyatdır...” - SERGEY ŞOYQU TÜRKİYƏ AMİLİNDƏN DANIŞDI

    Dağlıq Qarabağ-bu belə götürəndə çox mürəkkəb əməliyyatdır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qazaxıstanın “Tengrinews” agentliyinə müsahibəsində deyib.

    Muxalifet2 - 17-03-2021

  16. Daha bir hərbçimizin şəhid xəbəri gəldi - 165 GÜN SONRA...

    Vətən müharibəsinin daha bir hərbçisinin 165 gün sonra nəşi müəyyən edilib. 

    Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, sentyabrın 27-si başlayan II Qarabağ müharibəsinin qəhrəmanı, leytenant Abdullayev İntiqam Allahverdi oğlunun şəhidlik zirvəsinə ucaldığı məlum olub.

    Qeyd edək ki, Abdullayev İntiqam 1998-ci ildə Ordubadın Düylün kəndində doğulub. 

    O, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.

    Muxalifet2 - 17-03-2021

  17. Bakıda iki qadın avtomobildə döyülərək yola atıldı - REANİMASİYALIQ OLDULAR...

    Bakının Nəsimi rayonunda iki qadın möhkəm döyülüb.

    APA xəbər verir ki, hadisə Dəniz limanı yaxınlığında baş verib.

    Naməlum markalı avtomobildə olan 2001-ci il təvəllüdlü Həmidli Nərmin Vəfadar qızı və 1995-ci il təvəllüdlü Züleyxa Quliyeva möhkəm döyülüb, daha sonra yol kənarında düşürülüb. Onlar bədənin müxtəlif hissələrinin sınığı və əziyi xəsarətləri alıb. Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

    Fakt araşdırılır.

    Muxalifet2 - 17-03-2021

  18. "UKRAYNA 1 AYA TORPAQLARINI AZAD EDƏR" - "Hətta döyüşlər 10-20 km Rusiya ərazisinə keçər..."

    “Əgər, Ukrayna öz ərazilərini müharibə yolu ilə azad etmək qərarını qəbul etsə (Krımdan başqa), bu müharibə, maksimum, bir ay çəkər. Rusiya o əraziləri müdafiə etmək üçün ora indikindən azı 3 dəfə çox qüvvə toplamalıdır. Rusiyanın tanklarını, artilleriya sistemlərini, havadan müdafiə sistemlərini ABŞ-ın verdiyi tank əleyhinə artilleriya, digər silahlar məhv edəcək”.

    Ukrayna-Rusiya müharibəsinə dair belə optimist proqnozla Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev çıxış edib. O, "pravda.az" saytına bu barədə danışıb.

    Muxalifet2 - 17-03-2021

  19. “AstraZeneca” peyvəndinin qəbulunu dayandıran ölkələr... - SİYAHI

    Bir sıra ölkələr “AstraZeneca” şirkəti və Oksford Universitetinin hazırladığı koronavirus peyvəndindən imtina ediblər. Qəbulundan sonra bəzi insanların qanında laxtalanma yaratması iddiası ilə peyvənddən imtina edən dövlətlərin sayı 22 olub.

    Kanada, Portuqaliya, Cənubi Kipr, Sloveniya da Avropa dərman Agentliyinin (EMA) araşdırmaları sona çatana qədər sözügedən peyvəndin istifadəsini təxirə salıblar.

    Muxalifet2 - 17-03-2021

  20. Ata Abdullayevin şikayəti təmin edilməyib

    Ata Abdullayev barəsində seçilən həbs qətimkan tədbiri qərarından apelyasiya şikayəti verilib.

    APA-nın xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

    Qərara əsasən şikayət təmin edilməyib.

    Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

    Onun barəsində Səbail Rayon Məhkəməsində 4 ay həbs qətimkan tədbiri seçilib.

    Muxalifet2 - 17-03-2021

Pages