Axtarış

The search found 105741 results in 0.061 seconds.

Search results

  1. “Nar+” tətbiqini yüklə, xüsusi bonuslardan yararlan!

    “Nar” hesab üzərində bir çox əməliyyatları yerinə yetirməyə imkan verən “Nar+” tətbiqində qeydiyyatdan keçən yeni abunəçiləri üçün Novruz kampaniyasına start verir. Kampaniya müddətində yeni qeydiyyatdan keçən bütün “Nar” abunəçilərinə 24 saat ərzində xüsusi hədiyyələr təqdim olunacaq. Kampaniya 19 aprel tarixinədək keçərlidir.

    Muxalifet2 - 20-03-2021

  2. Qarabağın işğaldan azad olunmasına qarşı çıxanlar həbs olundu - TÜRKİYƏDƏ

    Türkiyədə Ankara Cümhuriyyət Baş prokurorluğu terror təşkilatı PKK-ya qarşı yönəlmiş istintaq çərçivəsində aralarında bu təşkilata bağlı partiya olan HDP-nin bölgə başqanları da olmaqla 12 nəfər barəsində həbs sanksiyası verib.

    Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, şübhəlilər arasında İnsan Haqları Dərnəyinin (İHD) başqanı öztürk Türkdoğan və HDP-nin Eskişehir bölgə təşkilatının rəhbəri, Mamak rayon təşkilatının rəhbəri də var.

    Muxalifet2 - 20-03-2021

  3. ƏSGƏROVLARIN LONDONDAKI ŞİRKƏTİNDƏ ŞÜBHƏLİ AD DƏYİŞİKLİYİ - İzi itirmək cəhdi, yoxsa... / FOTOFAKT

    AZAL prezidenti Cahangir Əsgərovun ailəsi Londondakı şirkətləri ilə bağlı şübhəli ad dəyişiklikləri aparıblar. Bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

    Onun sözlərinə görə, 31 milyon funt sterlinqdən (75 milyon manat) artıq aktivləri olan “Gazelli House Limited” şirkəti adını dəyişib:

    Muxalifet2 - 20-03-2021

  4. PAŞİNYAN AZƏRBAYCANLA ƏLAQƏLƏRDƏN DANIŞDI - "Əgər kimsə desə ki, bu..."

    Ermənistanın baş naziri Nikol Paşinyan bölgədəki düşmən əhval-ruhiyyəsinə son qoyulmasının zəruriliyini bildirib və bununla bağlı Azərbaycanla əlaqələrin bərpa olunmasının zəruriliyini vurğulayıb.

    “Interfax” xəbər verir ki, bu barədə hökumət başçısı Ermənistanın Araqatsot vilayətinə səfəri zamanı danışıb.

    Muxalifet2 - 20-03-2021

  5. AZƏRBAYCANDA DAHA 1187 NƏFƏR KORONAVİRUSA YOLUXDU - Son sutka ərzində 14 nəfər də öldü

    Azərbaycanda koronavirusa daha 1 187 yeni yoluxma qeydə alınıb, 306 nəfər müalicə olunaraq sağalıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 245 490 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 534 nəfər müalicə olunaraq sağalıb, 3 339 nəfər vəfat edib, aktiv xəstə sayı 9 617 nəfərdir.

    Son sutka ərzində 11 692, bu günə kimi ümumilikdə 2 768 149 test aparılıb.

    Muxalifet2 - 20-03-2021

  6. AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİ... - İrəvan Türk Cümhuriyyəti xüsusi gecə keçirdi

    Aşıq Ələsgərin 200 illik yubileyi çərçivəsində onun doğum günündə İrəvan Türk Cümhuriyyəti xüsusi gecə keçirib.

    Muxalifet3 - 21-03-2021

  7. "XƏSTƏXANALARDA YER PROBLEMİ BAŞLAYIB" - Həkimdən həyəcan təbili

    Qorunma tədbirlərinizi maksimum artırın. Virusu ciddiyə alın. Xəstəxanalarda artıq yer problemi başlayıb.Milli.Az bildirir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov sosial şəbəkə hesabında yazıb. 

    Həkim bildirib ki, pandemiya başlayan gündən bəri insanlar xəstəliyin müalicəsində eyni səhvləri təkrar edirlər:

    Muxalifet2 - 21-03-2021

  8. Azərbaycanda daha 814 nəfər koronavirusa yoluxdu – 12 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına daha 814 yeni yoluxma faktı qeydə alınıb, 342 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 246 304 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 876 nəfər müalicə olunaraq sağalıb, 3 351 nəfər vəfat edib, aktiv xəstə sayı 10 077 nəfərdir.

    Muxalifet2 - 21-03-2021

  9. "Təəssüflər olsun ki, Novruz bayramını birgə qeyd etmək imkanı olmadı" - ZURABİŞVİLİ

    “Novruz bayramının Gürcüstanda qeyd olunması çoxəsrlik tarixə malikdir. Bu, Gürcüstan mədəniyyəti və ənənələrinin müxtəlifliyinin bariz nümunəsidir”.

    Bu fikirləri Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin azərbaycanlı vətəndaşlarına ünvanladığı təbrikində deyib.

    Dövlət başçısının sözlərinə görə, bahar bayramı olan Novruz təbiətin oyanışı, yeni enerji anlamını daşıyır və yeni başlanğıcın, daha yaxşı gələcəyə ümidin simvoludur:

    Muxalifet2 - 21-03-2021

  10. "Paşinyanın tərəfdarları İslamı qəbul etməyə hazırdır" - ERMƏNİ DEPUTAT YAZIB

    "Ermənistan baş naziri Nikol Paşinyanın tərəfdarlarını üç kateqoriyaya bölmək olar".

    Bunu "Çiçəklənən Ermənistan" partiyasından olan deputat Naira Zohrabyan "Facebook" hesabında yazıb. Paşinyanı xəyanətkar adlandıran deputat xalqı bunu başa düşməməkdə günahlandırmamağa çağırıb.

    "Birinci kateqoriyaya "inciklər" aiddir. Onlar "əvvəlkilər" qayıtmasın deyə İslamı qəbul etməyə də hazırdılar. İkincilər üçün türklərlə sərfəli ticarət Qarabağdan və həlak olanların qanından vacibdir. Üçüncü qrup insanlar isə sabah dövlətçiliyimizi itirəcəyimizi anlamırlar".

    Muxalifet2 - 21-03-2021

  11. Azərbaycanda 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır - BU GÜNDƏN

    Bu gündən etibarən Azərbaycanda 40 yaş üzərində olan vətəndaşlarımız vaksinasiyaya cəlb olunur.

    Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən start verilib.

    İndiyədək ölkədə koronavirus infeksiyasına qarşı 482 664 nəfər peyvəndlənmə prosesində iştirak edib.

    Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir.

    Muxalifet2 - 22-03-2021

  12. PAŞİNYAN DEDİYİNİ ELƏDİ - Artak Davtyan Ermənistanın Baş Qərargah rəisi oldu

    Ermənistanın baş naziri Nikol Paşinyan general-leytenant Artak Davtyanın ölkə silahlı qüvvələrinin Baş Qərargah rəisi təyin edildiyini bildirib.

    Bu barədə Paşinyan “Facebook”da yazıb.

    Onun sözlərinə görə, bu gündən Artak Davtyan Baş Qərargah rəisi vəzifəsinə başlamış sayılır: "Qanuna əsasən, Artak Davtyan Ermənistan silahlı qüvvələri Baş Qərargahının rəisi təyin edildi".

    Muxalifet2 - 22-03-2021

  13. “ONU O VƏZİYYƏTDƏ GÖRƏNDƏ...” - Tramp Baydenin trapda yıxıllması haqda danışdı

    ABŞ-ın keçmiş dövlət başçısı Donald Tramp Prezident Co Baydenin təyyarə trapında başına gələn hadisəyə münasibət bildirib.

    “RİA Novosti” xəbər verir ki, sabiq prezidentin çıxışının bir parçası “TikTok”da yerləşdirilib.

    “Mən Co Baydenin trapla necə getdiyini görüb dedim: “Ona məğlub olmamışam”” , - Tramp bildirib.

    Muxalifet2 - 22-03-2021

  14. Putin Sibirdə Sergey Şoyqu ilə birlikdə istirahət edir / FOTOLAR, VİDEO

    Rusiya Prezidenti Vladimir Putin Sibirdə istirahəti zamanı maraqlı video və foto görüntüləri yayılıb. “Report” xəbər verir ki, dövlət başçısının istirahəti ilə bağlı görüntüləri “Rossiya 1” telekanalı paylaşıb.

    Putin tayqaya qayıtmaq ümidi ilə qəpiyi gölməçəyə atıb.

    Dövlət başçısı həmçinin sahildəki quyudan su içib. Putin və Şoyqu açıq hava çay içiblər. Bununla yanaşı, ətraf aləmi, canlıları seyr ediblər.

    Prezident bir gün əvvəl müdafiə naziri Sergey Şoyqu ilə bir qədər istirahət etmək üçün Sibirə gəlib.

    Muxalifet2 - 22-03-2021

  15. Rüşvət alan vəzifəli şəxslərin məhkəməsi başlayıb

    Gəncə Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev, hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri Şahbaz Mehdiyev və həmin şöbənin mütəxəssisi Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    APA xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 7-ə təyin edilib.

    Muxalifet2 - 22-03-2021

  16. “Kasıb qızlar idilər, istədim kömək eləyim, Türkiyədə yaxşı pul qazansınlar...” - QADIN ALVERÇİSİ NATƏVAN VƏ DİGƏRLƏRİ

    Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunan 38 yaşlı Natəvan Kazımovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Virtualaz.org-un xəbərinə görə, Nətavan Kazımova bir qrup şəxslə cinayət əlaqəsinə girərək qadınları Türkiyədə yüksək maaşla işə düzəldəcəyi adı ilə aldadıb.  Onlar Türkiyəyə aparılandan sonra  pasportları əllərindən alınıb, otellərdə və kirayə mənzillərdə cinsi istismara məruz qalıblar.

    Muxalifet2 - 22-03-2021

  17. NƏCMƏDDİN SADIKOV DUBAYDA KEFDƏDİR - O, şayiələrə video ilə cavab verdi... / VİDEO)

    Müdafiə nazirinin sabiq birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, 44 günlük Vətən Müharibəsinin ilk günlərində müəmmalı şəkildə vəzifəsindən azad olunan Nəcməddin Sadıkovun Dubayda çimərlikdə çəkilmiş videogörüntüləri yayılıb.

    Belə ki, sosial şəbəkələrdə sürətlə yayılan və müzakirə olunan görüntülərin bugünlərdə çəkildiyi iddia olunub.

    Muxalifet2 - 22-03-2021

  18. “AMERİKA “SOYUQ MÜHARİBƏ-2” PLANINI İŞƏ SALIB” - “Bayden “qatil” adlandırdığı insanla çətin ki, bir masa arxasında əyləşsin”

    ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putini “qatil” adlandırması və Putinin də onun səhhətinə və iş qabiliyyətinə rişxənd etməsi iki nəhəng nüvə dövləti arasındakı münasibətlərin ən gərgin mərhələyə qədəm qoymasından xəbər verir. 

    Soyuq müharibə zamanı ABŞ və SSRİ liderləri bir-birlərini nə qədər sərt şəkildə ittiham etsələr də, rəqibə qarşı bu cür ağır ifadələr işlətməkdən çəkinmiş və hətta ən çətin anlarda belə dialoq qurmağa cəhd göstərmişlər.

    Muxalifet2 - 22-03-2021

  19. RAMİZ MEHDİYEVİN SƏHHƏTİNDƏ PROBLEM VAR? - AMEA açıqlama yaydı

    19-20 mart tarixlərində bəzi saytlarda 83 yaşlı AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində  ciddi problemlərin yarandığına, vəziyyətinin pisləşdiyinə dair məlumatlar yayılıb. Hətta  bəzi mənbələr Ramiz Mehdiyevin dünyasını dəyişdiyini bildiririb. 

    Ancasq AMEA-nın mətbuat xidməti bu gün həmin məlumatları təkzib edib. 

    Açıqlamada deyilir: “İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu informasiyanın heç bir əsası yoxdur, akademik Ramiz Mehdiyev özünü kifayət qədər yaxşı hiss edir.

    Muxalifet2 - 22-03-2021

  20. Nazpəri Dostəliyevanın oğlu dünyasını dəyişdi

    Xalq artisti Nazpəri Dostəliyevanın oğlu dünyasını dəyişib.

    Bu barədə Xalq artistinin ailəsindən məlumat verilib.

    Məlumata görə, sənətçinin böyük oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib.

    Muxalifet2 - 22-03-2021

Pages