PUTİN YENİDƏN PREZİDENT OLA BİLƏR - Rusiya qanunvericiliyinə düzəliş edildi

Baxış sayı:
501

Rusiya Dövlət Dumasının bu gün keçirilən plenar iclasında Rusiya Federasiyası seçkilər və referendumlar haqqında qanunvericiliyinə düzəlişlər edilib. 

“RİA Novosti” agentliyi xəbər verir ki, bu qanun Rusiya Federasiyasının Konstitusiyasına edilən yeni düzəlişlərə uyğun hazırlanıb.

Düzəlişlərlə indiki dövrədək prezident olmuş şəxs daha iki dəfə dövlət başçısı seçilə bilər.