Axtarış

The search found 105741 results in 0.035 seconds.

Search results

  1. "Siyahımızda həbsdə olan jurnalistlərin də, blogerlərin də, dindarların da... adları var" - SƏİDƏ QOCAMANLI

    “Prezident yanında Əfv Məsələləri Komissiyası öz işinə başlayandan biz Monitorinq Qrupu adından öz siyahımızı təqdim etmişik. Siyahıda kifayət qədər məhbusun adı var. Mən inanıram ki, bizim siyahımız nəzərə alınacaq və kifayət qədər insan azadlığına qovuşacaq. Çünki bizim siyahımız başqa hüquq müdafiəçilərinin siyahısı kimi 100-150 deyil, konkret sayı əhatə edir. Kifayət qədər lazımlı və dəqiq siyahıdır”.

    Muxalifet2 - 17-03-2021

  2. Rüşvət almaqda şübhəli bilinən müstəntiq və vəkil tutuldu

    Rusiya Baş İstintaq İdarəsinin Moskvadakı şöbəsi polis müstəntiqi və vəkili iri məbləğdə rüşvət aldıqları üçün tutulub.

    TASS xəbər verir ki, məlumatı yerli hüquq-mühafizə orqanları yayıb.

    Bildirilib ki, polis müstəntiqi və Moskva Vəkillər Palatasının vəkili Tatyana Preminina “Svoya apteka” barəsində başlayan cinayət işinin dayandırılması üçün müəssisənin rəhbərliyindən 5 mln rubl (68 530 ABŞ dolları) rüşvət tələb ediblər. Müəssisə güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir.

    Muxalifet2 - 17-03-2021

  3. Azərbaycanda Britaniya ştammı təhlükəsi - SƏRT KARANTİN REJİMİNİN TƏTBİQİ MÜMKÜNDÜR?

    Martın 19-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi gözlənilir.

    Bu barədə “Report”a tibb sahəsində olan mənbələrdən məlumat verilib.

    Brifinqdə qəbul edilmiş sərt qərarlar barədə açıqlama veriləcəyi ehtimal edilir. Buna səbəb kimi isə Azərbaycanda koronavirusun yeni növü olan Britaniya ştammının tapılması ehtimalı qeyd olunur.

    Muxalifet2 - 17-03-2021

  4. Azərbaycanda daha 840 nəfər koronavirusa yoluxdu - 9 NƏFƏR DƏ ÖLDÜ

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 840 yeni yoluxma faktı qeydə alınıb, 268 nəfər sağalaraq evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan nəfər vəfat edib.

    Muxalifet2 - 17-03-2021

  5. Almaniyadan Azərbaycana könüllü qayıdan ailəyə 21 baş qoyun verildi - FOTO

    Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımını çatdırmağa davam edir

    Muxalifet2 - 17-03-2021

  6. "PUTİNİ QATİL HESAB EDİRƏM!" - Bayden Rusiya prezidentini "cəzalandıracağını" anons etdi

    Rusiya Trampın, İransa Baydenin lehinə “saxtakarlıq edibmiş” 

    ABŞ Prezidenti Co Baydenin “ABC News”-a verdiyi müsahibədə Vladimir Putinin ünvanına səsləndirdiyi ittihamlar bütün dünyada böyük əks-səda doğurub. Jurnalistin “Putini qatil hesab edirsinizmi” sualına “hə” deyə cavab verən Bayden Rusiya Prezidentini həm də ABŞ-dakı son prezident seçkilərinə müdaxilə etməkdə günahlandırıb.

    Muxalifet2 - 17-03-2021

  7. ATA ABDULLAYEVİN CİNAYƏT DOSYESİ - İstintaqa nələri etiraf edib?

    Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddəsi ilə ittiham edilir. İttiham təsdiqini taparsa, onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. 

    Muxalifet4 - 18-03-2021

  8. GENERAL OĞLU VASİTƏSİLƏ ÖLKƏDƏN 1OO MİLYON ÇIXARIB? - Sabiq rəisin adı yeni qalmaqalda

    “Hidayətoğlu”da böyük maxinasiyaların olduğu iddia edilir

    Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin sabiq rəisi Nurəddin Mustafayevin adı yeni qalmaqalın mərkəzindədir. Sabiq baş icra məmurunun adı yenə də dələduzluq işinə qarışıb.

    İş adamlarından üst-üstə 224 min manatlıq işin görülməsi üçün 100 min manata yaxın rüşvət alan Nurəddin Mustafayev sonradan yaxasını kənara çəkib. İş adamları sənədləri, sübutları toplayaraq istintaq orqanlarına müraciət etməyə hazırlaşırlar.

    Muxalifet4 - 18-03-2021

  9. RUSİYA QAZI ERMƏNİSTANA AZƏRBAYCAN ÜZƏRİNDƏN NƏQL EDİLIR... - Rəsmi Bakı buna niyə razılaşıb?

    Dünən Rusiyanın “Qazprom eksport” şirkəti Ermənistana Azərbaycan üzərindən qaz nəqlinə dair SOCAR-la qısamüddətli müqavilə imzalandığını elan edib. Müqaviləyə əsasən Ermənistana satılan Rusiya qazı təxminən üç həftə ərzində Azərbaycan üzərindən bu ölkəyə ötürüləcək.

    Şirkət bunu "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində “planlaşdırılmış profilaktik təmir işləri” ilə əlaqələndirib. Müqavilə ötən gün martın 16-da imzalanıb. Təmir işlərinin təxminən üç həftəyə qədər çəkə biləcəyi qeyd olunur.

    Muxalifet4 - 18-03-2021

  10. “Bakılift-2”nin sabiq rəisinə bəraət verildi - MƏHKƏMƏ ZALINDAN AZADLIĞA BURAXILDI

    Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin külli miqdarda mənimsəmədə ittiham edilən sabiq rəisi Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Virtualaz.org bildirir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda hökm oxunub.

    Hökmə əsasən, Ruslan Dilanova bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

    Muxalifet4 - 18-03-2021

  11. Azərbaycanlıları yenidən sərt karantin gözləyir? - İNFEKSİONİST VASİF ƏLİYEVDƏN AÇIQLAMA

    “Son günlər dünyada və eləcə də ölkəmizdə COVID-19-a yoluxma hallarının artmasının “üçüncü dalğa” adlandırılmasını doğru hesab etmirəm. Çünki ilk dalğa, var olan infeksiya bütün dünyada davam edir. Virusa yoluxma tamamilə sıfırlanmır və yenisi yaranmırsa, bu elə birinci dalğanın davamıdır. Sadəcə,  prosesə insan faktoru təsir göstərir”.

    Bunları dünyada COVİD-19-a yoluxmada “üçüncü dalğa” və Azərbaycandakı vəziyyətlə bağlı modern.az-a danışan İşçi qrupunun rəhbəri, həkim- infeksionist Vasif Əliyev deyib.

    Muxalifet4 - 18-03-2021

  12. Koronavirusu lağa qoyan prezident bu virusdan öldü - KARANTİN TƏTBİQ ETMİRDİ, DUA ETMƏYƏ ÇAĞIRIRDI...

    Tanzaniya prezidenti, 61 yaşlı Con Maqufuli koronavirusdan vəfat edib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, bu haqda ölkənin vitse-prezidenti Samia Suluhu Hassan dövlət televiziyasında bildirib.

    Con Maqufuli bir neçə həftədir publika qarşısında görünmürdü və onun qonşu Keniya xəstəxanalarından birində koronavirusdan müalicə aldığı, vəziyyətinin ağır olduğu və süni tənəffüs aparatına qoşulduğu məlum olmuşdu. Daha sonra xəbər yayılmışdı ki, Tanzaniya prezidenti müalicə üçün Keniyadan Hindistana aparılıb.

    Muxalifet4 - 18-03-2021

  13. ŞANLI ÇANAQQALA ZƏFƏRİNDƏN 106 İL KEÇİR – Türk dünyasının qürur mənbəyinə çevrilən bu savaşın qəhrəmanları heç bir zaman unudulmayacaq! / FOTOLAR

    Bu gün Çanaqqala zəfərinin 106-cı ildönümüdür.
    Xatırladaq ki, Çanaqqala müharibəsi— Birinci Dünya Müharibəsi əsnasında 1915-1916-ci illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş verən dəniz və quru döyüşüdür. (Türkiyədə “Anzaklar” adlandırılan bu hərbi qüvvə Birinci Dünya Müharibəsində İngiltərə ordusunda döyüşən, Avstraliya və Yeni Zelandiya əsgərlərindən ibarət olan birləşmiş ordu hissəsidir.)

    Muxalifet4 - 18-03-2021

  14. Azərbaycanda yeni onlayn televiziya fəaliyyətə başladı - VİDEO

    Bir neçə gündür verlişlərinin anonslarını yayımlayan Söz TV (soztv.az) onlayn televiziyası Youtube üzərindən ilk proqramını yayımlayıb. 

    Muxalifet2 - 18-03-2021

  15. AZƏRBAYCANDA BU GÜN DƏ YÜKSƏK YOLUXMA QEYDƏ ALINDI - Daha 7 nəfər vəfat edib...

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 933 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər sağalaraq evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 243 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 894 nəfər müalicə olunaraq sağalıb, 3 314 nəfər vəfat edib, aktiv xəstə sayı 8216-dır.

    Muxalifet2 - 18-03-2021

  16. Co Bayden İlham Əliyevə məktub yazdı - "...SƏYLƏRİNİZİ DƏSTƏKLƏYİRİK"

    Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    Hörmətli cənab Prezident.

    Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı arzu edirəm. Bu yenilənmə çağı bizim əməkdaşlığımızın və sülhə sadiqliyimizin bir daha vurğulanması üçün fürsətdir.

    Muxalifet2 - 18-03-2021

  17. BAYDENİN AÇIQLAMASINA PUTİNDƏN SƏRT CAVAB - "...Bunu ironiyasız, zarafatsız deyirəm” / VİDEO

    Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenin onun ünvanına işlətdiyi sərt ifadələrə cavab verib.
    TASS xəbər verir ki, o ABŞ liderinə can sağlığı diləyib:
    “Mən ona deyərdim: Sağlam ol! Ona can sağlığı diləyirəm, bunu ironiyasız, zarafatsız deyirəm”.
    Rusiya dövlət başçısı ABŞ-da çox sayda dürüst və layiqli insanın olduğunu, Rusiya Federasiyasının onlara etibar etdiyini bildirib.

    Muxalifet2 - 18-03-2021

  18. “BAYDEN SABAH MƏŞĞULDUR” - Ağ Evdən Putinin dialoq təklifinə cavab gəldi

    Ağ Ev Rusiya Federasiyasının prezidenti Vladimir Putinin ABŞ prezidenti Cozef Baydenlə dialoq təklifinə cavablandırıb.

    Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, ABŞ administrasiyası Birləşmiş Ştatlar rəhbərinin məşğul olduğunu bildirib.

    “Hələ heç nə demək olmaz. Sabah prezident (Cozef Bayden -red) məşğuldur”, - deyə Ağ Evdən bildirilib.

    Muxalifet2 - 18-03-2021

  19. Putin Baydeni canlı efirdə debata çağırdı

    Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenə müzakirələrin birbaşa efirdə - canlı olaraq davam etdirilməsini təklif edib.

    V.Putin bunu "Rossiya 24" telekanalının efirində deyib.

    Muxalifet2 - 18-03-2021

  20. "BRİTANİYA ŞTAMMIINI UŞAQLAR AĞIR KEÇİRƏCƏK" - TƏBİB rəsmisindən açıqlamalar / VİDEO

    Azərbaycanda koronavirusa yoluxma sayının artmasını Britaniya ştammı ilə əlaqələndirmək doğru deyil. Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında TƏBİB-in Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. 

    Muxalifet2 - 19-03-2021

Pages