Axtarış
The search found 105741 results in 0.05 seconds.
Search results
Sibirdə kasıblara mer-meyvə paylayan Xalid necə məşhurlaşdı - MEDAL DA VERİBLƏR, VƏTƏNDAŞLIQ DA... / FOTO
Rusiyanın “Komsomolskaya pravda” qəzeti pandemiya zamanı yerli sakinlərə, imkansız ailələrə yardım göstərən, öz xeyirxah əməlləri ilə Burlatiya Respublikasında məşhurlaşan azərbaycanlı sahibkar 29 yaşlı Xalid Heydərovdan yazıb.
Virtualaz.org “Komsomolka”ya istinadən xəbər verir ki, azərbaycanlı biznesmen uzun illərdir ki, Burlatiya Respubliksında yaşayır, meyvə-tərəvəz alveri ilə məşğul olur.
Muxalifet2 - 24-03-2021
“Azərbaycana mina xəritələrinin verilməməsi cinayət aktıdır” - PUS POLITOLOQ
“Bu gün Azərbaycana minalanmış ərazilərin xəritələrinin verilməməsi üçtərəfli bəyanatların həyata keçirilməsində əsas problemdir”.
Trend-in məlumatına görə, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib. Politoloqun fikrincə, bu, yalnız razılaşmaların kobud şəkildə pozulması deyil, həm də cinayət tərkibli hərəkətdir, çünki bu xəritələrin verilməməsi indi evlərinə qayıtmağa can atan çox sayda mülki şəxsin, eləcə də hərbçilərin ölümünə səbəb olur.
Muxalifet2 - 24-03-2021
Ərdoğan yenidən AKP-nin sədri seçildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri seçilib.
“Anadolu” agentliyi xəbər verir ki, bu gün AKP-nin Ankarada keçirilən VII qurultayında bununla bağlı səsvermə olub.
R.T.Ərdoğan qurultayda iştirak edən 1 428 şəxsin səsini qazanıb və növbəti dəfə partiyanın sədri seçilib.
Muxalifet2 - 24-03-2021
Kriştianu Ronaldu Azərbaycana qarşı start heyətində
Bu gün futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində üz-üzə gələcək Portuqaliya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.
Virtualaz.org bildirir ki, millimizin start heyətində Şahruddin Məhəmmədəliyev, Azər Salahlı, Anton Krivotsyuk, Elvin Bədəlov, Bədavi Hüseynov, Maksim Medvedev, Abbas Hüseynov, Vüqar Mustafayev, Emin Mahmudov, Mahir Emreli və Əli Qurbani yer alıblar.
Muxalifet2 - 24-03-2021
Oğlu ölən şəxs “Şərurlu İsfəndiyar”dan 2 milyon tələb edir - Məhkəmə işi...
Cəlilabad rayonunun Soltankənd kəndinin sakini Əzizxan Əliyev "Şərur" Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı 2 milyon manat təzminat tələbi ilə iddia qaldırıb. Səbəb isə onun yeganə oğlu Nahid Əliyevin ölümüdür.
Muxalifet2 - 25-03-2021
ABŞ VƏ AVROPA BİRLİYİ RUSİYAYA QARŞI... - Brüsseldə birgə bəyanat verildi
ABŞ və Avropa İttifaqının xarici işlər nazirləri deyiblər ki, onlar Moskvanın Ukrayna və Gürcüstana qarşı davam edən təcavüzü kimi çətin davranışlarına, habelə Rusiyada insan haqları və qanunun aliliyinə hörmətin tükənməsinə koordinasiyalı cavab verilməsi barədə razılığa gəliblər.
Muxalifet2 - 25-03-2021
“Sülhməramlılar 2023-cü ilə qədər Qarabağdan çıxa bilər...” - TAHİR KƏRİMLİ
“Bayden və “quzğunlar komandası” Rusiyanı iqtisadi baxımdan çökdürməkdən, bu ölkənin daxilində fəallığını artırmaqdan çəkinməyəcək”
“Rusiya üçün Dağlıq Qarabağ da daxil olmaqla, ölkə xaricində hərbi qüvvə saxlamaq ağır yük olacaq”
Qlobal siyasətdə “Soyuq müharibə”nin yeni ayaq səsləri ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putini “qatil” elan etməsi ilə eşidilməyə başlayıb. Artıq ABŞ və Rusiya arasındakə kəskin qarşıdurma bütün istiqamətlərdə özünü göstərməkdədir.
Muxalifet2 - 25-03-2021
Moskvada əməliyyat: Şamil Basayevin silahdaşı həbs olundu
2000-ci ildə Çeçenistanda Pskov desantçılarına hücumun iştirakçılarından biri Moskvada həbs edilib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, həbs edilən şəxs Çeçenistanın səhra komandiri olmuş mərhum Şamil Basayevin dəstəsinin üzvüdür.
Çeçen mücahid German Arbininin həbs olunması əməliyyatında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX), FTX-nın İstintaq Komitəsinin, Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın zabitləri iştirak ediblər.
Muxalifet2 - 25-03-2021
VƏTƏN MÜHARİBƏSİNDƏ YARALANAN ƏSGƏRİMİZ KOMADAN AYILMADI - Əli İsmayılov doğulduğu kənddə dəfn olundu
Vətən müharibəsi döyüşlərində ağır yararlanaraq komya düşən və martın 25-də şəhidlik zirvəsinə ucalan əsgər Əli İsmayılov dəfn olunub.
"Report"un Qərb mərkəzinin məlumatına görə, o, doğulduğu Goranboy rayonunun Qaradağlı kənd qəbristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, rayon sakinləri və rəsmi şəxslər iştirak ediblər.
Muxalifet2 - 25-03-2021
16 saylı poliklinikada vaksinasiya qaydaları kobud şəkildə pozulur
Bakıda koronavirus əleyhinə vaksinasiya zamanı qayda-qanun olmaması ilə bağlı vətəndaşlardan şikayətlər daxil olmağa davam edir.
Muxalifet2 - 25-03-2021
AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXANLARIN SAYI 1500-Ə YAXINLAŞDI
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 17 nəfər COVID-19-dan vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 250 921 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 234 382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər vəfat edib, aktiv xəstə sayı 13118 nəfərdir. Son sutkada 8 760, hazırkı dövrədək isə 2 807 861 test aparılıb.
Muxalifet2 - 25-03-2021
Ermənistan köhnə tanklarını təlimə çıxardı - FOTO
Ermənistan ordusu bu günlərdə keçirdiyi “irimiqyaslı təlimlərdə” köhnə və modernizə edilməmiş T-55 tanklarını poliqona çıxarıb. Bu detala “Vestnik Mordoviya” portalı Ermənistan Müdafiə Nazirliyinin yaydığı fotolara əsasən diqqəti cəlb edib. Təlimlərdə bir neçə T-72 tankı da görünüb.
Muxalifet2 - 25-03-2021
Göyçayda özünü asan oğlanı anası son anda xilas etdi
Rayonun Şəkər kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədov Kamal Eynulla oğlu yaşadığı evdə kəndirlə özünü asıb. Hadisədən xəbər tutan Kamalın anası onu ölümdən son anda xilas edib.
Boğularaq koma vəziyyətinə düşən Kamal Əhmədov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Gəncin özünü öldürmək istəməsinin səbəbi hələ ki, məlum deyil. (apa)
Muxalifet2 - 25-03-2021
Troya: hər daşından “tarix yağan” antik şəhər – FOTOLAR
Troya. Türkiyənin Çanaqqala şəhəri yaxınlığında, Aralıq dənizi (Ağ dəniz) sahillərində keçmişdə möhkəm qala divarları ilə əhatə olunmuş qədim yaşayış məskəni. Bu şəhərin tarixi haqqında yazılı mənbələrdə müxtəlif təzadlı fikirlər mövcud olsa da, Troya dünyanın ən qədim şəhərlərindən biri kimi qəbul edilməkdədir. Zənnimizcə, Çanaqqalaya gələn turistlərin antik şəhərə daha çox maraq göstərməsi də məhz bununla bağlıdır. O cümlədən, bu şəhər haqqında çoxsaylı rəvayətlərin mövcud olması, əsərlər yazılması və filmlər çəkilməsi də təsadüf deyil.
Muxalifet2 - 25-03-2021
Donbass da gorbagor olur: Ukrayna PUA-larla belə zərbə vurdu – VİDEO
Ukrayna separatçı qüvvələrə qarşı bu təcrübədən ilk dəfədir istifadə edir; xarici işlər naziri: “ Putin ancaq güc dilindən başa düşür…”
Muxalifet2 - 25-03-2021
Azərbaycanda mədəniyyət evinin müdiri həbs edildi - ƏXLAQSIZLIĞA GÖRƏ
Ucarda mədəniyyət evinin müdiri həbs edilib. "Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri - 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.
R.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.
Muxalifet4 - 26-03-2021
“QARABAĞDA 21-ci ƏSRİN MÜHARİBƏSİ OLUB” - “Forbes” Azərbaycanın qələbəsini "heyrətamiz uğur" adlandırdı
“Forbes” məcmuəsində müdafiə məsələlərindən yazan jurnalist Pol İddon yazıb ki, Qarabağ müharibəsində müasir və təkmil
Muxalifet4 - 26-03-2021
"SƏRT KARANTİN QAÇILMAZ OLACAQ" - "Koronavirus sürətlə yayılır, müalicələrə tabe olmur"
"Covidlə bağlı vəziyyət bu dəfə daha ciddidir. Ehtiyatlı olaq". Bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev "Facebook" hesabında yazıb.
Həkim sosial şəbəkə hesabında müşahidələrini və tövsiyələrini yazıb: "Koronavirus daha sürətlə yayılır. Bildiyimiz müalicələrə demək olar ki, tabe olmur. Ağciyərləri daha çox zədələyir. İldırımsürətli ağırlaşma verə bilir. Ağırlaşma və ölüm hallarının ehtimalı daha çoxdur".
Muxalifet4 - 26-03-2021
Avropa İttifaqı Türkiyə ilə bağlı qərar verdi - Siyasi və iqtisadi dialoq gücləndiriləcək
Avropa İttifaqı Sammitində iştirak edən birlik ölkələrin liderləri Türkiyə ilə siyasi və iqtisadi dialoqu gücləndirməklə bağlı qərar qəbul edib. Bu barədə “Report” Anadolu agentliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, liderlər Avropa Şurasına Türkiyə ilə Gömrük İttifaqı arasında əlaqələrin yenilənməsi yollarını araşdırmaq və tətbiqetmədə çətinliklərlə əlaqədar rəsmi Ankara ilə müzakirələrin intensivləşdirilməsini istəyiblər.
Muxalifet4 - 26-03-2021
Ukrayna və Gürcüstan NATO-ya nə vaxt qoşulacaq? - ŞİMAL ALYANSININ BAŞ KATİBİNDƏN AÇIQLAMA
Konsensusun tələblərinə görə, Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağı dəqiq tarixi müəyyən etmək hələ qeyri-mümkündür.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu Cənubi Florida Universitetinin təşkil etdiyi virtual tədbirdə çıxış edən NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Muxalifet4 - 26-03-2021