Axtarış
The search found 105741 results in 0.032 seconds.
Search results
Azərbaycanda daha 1690 nəfər koronavirusa yoluxdu – 19 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 690 yeni yoluxma faktı qeydə alınıb, 713 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 254 370 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 235 606 nəfər müalicə olunaraq sağalıb, 3 464 nəfər vəfat edib, aktiv xəstə sayı 15 300 nəfərdir.
Son sutka ərzində 9 670, hazırkı dövrədək isə 2 826 454 test aparılıb.
Muxalifet2 - 27-03-2021
İranda 67 şəhərə giriş-çıxış qadağan edildi - KORONAVİRUS SƏBƏBİNDƏN
İranda koronavirusa yoluxma hallarının artması ilə əlaqədar 67 şəhərə giriş-çıxış qadağan edilib. Bu barədə İranın Koronavirusla Mübarizə Qərargahının sözçüsü Əlirza Rəisi bildirib. Onun sözlərinə görə, ötən gün daha 23 şəhər “qırmızı”, 44 şəhər isə “narıncı” siyahıya daxil olub.
Əlirza Rəisi qeyd edib ki, Novruz bayramında səfərlərin çoxalması və karantin qaydalarına riayət edilməməsi səbəbindən ölkə üzrə yoluxma hallarında artım müşahidə olunur.
Muxalifet2 - 27-03-2021
DÇ-2022:TÜRKİYƏ MİLLİSİ NORVEÇİ DARMADAĞIN ETDİ - VİDEO
DÇ-2022-nin Avropa zonası üzrə seçmə qrup mərhələsində II tura start verilib. "Apasport.az" saytının məlumatına görə, qardaş Türkiyə millisi mübarizə apardığı G qrupunda ikinci matçını keçirib.
Üç gün öncə İstanbulda Niderland üzərində 4:2 hesablı qələbə qazanan “ay-ulduzlular” ilk səfər sınağında Norveçlə qarşılaşıb. Şenol Günəşin yetirmələri İspaniyanın Malaqa şəhərində təşkil olunan qarşılaşmadan da 3 xalla ayrılıb.
Muxalifet2 - 27-03-2021
Baş hakim qolunu saymadı, Ronaldu kapitan sarğısını yerə atdı - DANNİ MAKKELİ OYUNDAN SONRA PORTUQALİYA YIĞMASINDAN ÜZR İSTƏDİ
Hollandiyalı baş hakim Danni Makkeli Serbiya yığması ilə dünya çempionatının seçmə oyununun uzatma dəqiqələrində Portuqaliya millisinin qolunu saymadığı üçün üzr istəyib.
Bu barədə qonaq komandanın baş məşqçisi Fernandu Santuş açıqlama verib.
Santuş bildirib ki, Makkeli matçın ardından epizodun təkrarına baxdıqdan sonra üzrxahlıq edib: "O, hələ meydançada mənə görüntülərə baxmaq və əsas olarsa, üzr istəmək niyyətində olduğunu dedi. Belə də oldu, üzr istədi".
Muxalifet2 - 28-03-2021
Saakaşvili Gürcüstana buraxılmasını istəyir - 24 SAATLIQ
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili əhalinin reaksiyasını öyrənmək məqsədilə ölkə rəhbərliyinə 24 saatlıq girişinə icazə verilməsini təklif edib.
M.Saakaşvili bunu “TV Pirveli”yə açıqlamasında bildirib.
Muxalifet2 - 28-03-2021
Paşinyana Moskvadan gözlənilməz rəqib gəlir - MİLYARDER ABRAMYAN XALQA SEÇKİ ÇAĞIRIŞI ETDİ
Rusiya erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyan Ermənistanda iyun ayına təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. “MosArmİnfo” saytına müsahibəsində Ara Abramyan deyib ki, Ermənistan indi uçurum qarşısındadır və bu səbəbdən hər bir vətəndaş ölkəyə qayıdıb səsvermədə iştirak etməlidir.
Muxalifet2 - 28-03-2021
Bayraktardan MÜJDƏ: yeni "fateh" hazırdır - VİDEO
Qarabağ müharibəsində Azərbaycanın zəfərinə zəfər qatan “Bayraktar” pilotsuz uçuş aparatlarının “atası” hesab olunan Səlçuk Bayraktar növbəti müjdəni açıqlayıb.
Publika.az xəbər verir ki, Bayraktar texniki meneceri olduğu “Baykar Holdinq”in son məhsulu “Akıncı Prototip 3”ün uçuş sınaqlarının uğurla tamamlandığını elan edib.
İlk uçuşa dair görüntülərin yer aldığı paylaşımın davamında isə Bayraktar “Akıncı Prototip 3” ilk uçuşunu uğurla tamamladı. Yerdə bəzi əlavə testlərimiz olacaq. Sonra da anqara qayıdacaq” sözlərini əlavə edib.
Muxalifet2 - 28-03-2021
Süveyş kanalını bağlayan gəmini yerindən tərpətmək mümkün olmadı - BU GÜN YENİDƏN CƏHD OLUNACAQ
Süveyş kanalında saya oturan “Ever Given” yük gəmisinin çıxarılması cəhdi uğursuzluqla nəticələnib.
Axar.az xəbər verir ki, bu barədə kanal rəsmisi Üsami Rabea bildirib.
Ötən gün qoşqu vasitəsilə gəmini tərpətməyə çalışdıqlarını deyən Rabea bu gün yenidən cəhd ediləcəyini vurğulayıb.
Qeyd edək ki, nəhəng yük gəmisinin saya oturması nəticəsində bağlanmış Süveyş kanalının girişində yüzlərlə gəmi keçid növbəsi gözləyir. Süveyş dünya dəniz ticarətinin 8-12 faizinin keçdiyi məkandır.
Muxalifet2 - 28-03-2021
AZƏRBAYCANDA KORONAVİRUSDAN DAHA 24 NƏFƏR ÖLDÜ - Son sutka ərzində yoluxma sayında ciddi artım olub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 831 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.
Muxalifet2 - 28-03-2021
Ermənistan daha Türkiyəni düşmən saymır? - TƏHLÜKƏSİZLİK ŞURASININ KATİBİ SƏS-KÜYLÜ AÇIQLAMA VERDİ, SÖYÜŞ YAĞIŞINA TUTULDU
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İctimai televiziyaya verdiyi müsahibədə Türkiyə ilə münasibətlər barədə dedikləri səs-küyə səbəb olub.
Belə ki, aparıcı Qriqoryandan soruşub: “Türkiyə daha Ermənistana düşmən dövlət deyil?”
A.Qriqoryan bu suala birmənalı cavab verməyib, amma deyib ki, əgər söhbət regionda kommunikasiyaların açılmasından gedirsə Yerevanın yanaşmasında da “müəyyən korrektələr” edilməlidir. “Və biz bu istiqamətdə işləyirik”,-o əlavə edib.
Muxalifet2 - 28-03-2021
"BUNUN NƏTİCƏLƏRİ OLACAQ" - ABŞ Rusiyanı təhdid etdi
“Hər yerdə Rusiyanın aqresiyasına dair müxtəlif nümunələr görürük. Və prezident (ABŞ prezidenti Co Bayden – red.) bu hərəkətlərin nəticəsi olacağını açıq şəkildə bildirib”.
“Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
“SolarWinds üzərindən kiberhücumu, seçkilərə müdaxiləni, Aleksey Navalnını öldürmək üçün kimyəvi silahdan istifadəni nəzərdən keçirilməsinə yekun vururuq. Bu mövzuda artıq danışdıq və tədbir gördük. Bunun nəticələri olacaq” - deyə, Blinken bildirib.
Muxalifet2 - 28-03-2021
CNN TÜRK II QARABAĞ MÜHARİBƏSİLƏ BAĞLI SƏNƏDLİ FİLM HAZIRLAYIB - VİDEO
CNN Türk telekanalında "Qarabağda 44 gündə nələr yaşandı?" adlı sənədli film nümayiş olunub."Report" xəbər verir ki, kanalın müxbiri Fulya Öztürkün müəllifi olduğu sənədli filmdə Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad olunması u
Muxalifet2 - 28-03-2021
Ərəblərin ov etdiyi qoruğun direktor müavinindən səs-küylü məqalə - SENSASİON FAKTLAR, ŞOK ETİRAFLAR...
İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov ərəblərin adıçəkilən qoruq ərazisində ov etmələrindən bəhs edən məqalə yazıb. Məqalənin aktuallığını, maraqlılığını və informasiya yükünün olduğunu nəzərə alaraq, çap edirik:
Ərəb "turistləri", Acınohur... və həqiqətlər
“Neçə gündür nəinki yazmağa, adımdan münasibət və müraciət etməyə imkan tapmamışam, çünki bu iki-üç kəlmə ilə ifadə ediləsi şey deyil!
Muxalifet2 - 29-03-2021
Məktəblərdə dərslər dayandırılır? - RƏSMİ AÇIQLAMA
Bakıda daha iki məktəb koronavirusa görə bağlanıb.
BAKU.WS xəbər verir ki, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi və R.Pirnəzərov adına 299 saylı məktəb liseyi bu gündən distant təhsilə keçib. Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.
Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxma halları artıb. Bu sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bildirilir ki, ölkədə sərt karantin rejimi tətbiq olunacaq və məktəblər bağlanacaq.
Muxalifet2 - 29-03-2021
Sumqayıtda intihar edən Könül 618 bal yığıbmış
Bu gün səhər saatlarında Sumqayıtda intihar edən 18 yaşlı Könül Misirli haqda bəzi detallar məlum olub.
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, K. Misirli Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Buraxılış imtahanında ən yüksək bal toplayaraq məktəb üzrə birinci yerə çıxıb. Ali məktəbə qəbul imtahanında isə birinci ixtisas qrupu üzrə 618 bal yığıb.
Muxalifet2 - 29-03-2021
Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin 31 Mart Soyqırımı ilə bağlı BƏYANATI
31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Qərbi Azərbaycana (Ermənistana) Qayıdış İctimai Birliyinin BƏYANATI
Muxalifet2 - 29-03-2021
Kreml Paşinyanın istefa qərarı haqda - “O, VƏZİFƏSİNİ İCRA EDƏCƏK...”
Ermənistanın baş naziri Nikol Paşinyanın aprel ayında istefa verəcəyi barədə qərarı Rusiya Prezidenti Vladimir Putinlə görüşün dərhal keçirilməsini tələb etmir.
Virtualaz.org bildirir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov iki ölkə liderləri arasında təmasların davam etdiyini vurğulayıb: “O, (Nikol Paşinyan - red.) vəzifəsini icra edəcək, buna görə də qeyd edilən qərarın müzakirəsi dərhal danışıqlar tələb etmir”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayında vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Muxalifet2 - 29-03-2021
“Nar”ın dəstəyi ilə keçirilən "Karabakh is Azerbaijan" onlayn şahmat seriyası başa çatdı
“Nar”ın dəstəyi ilə chess.az saytının keçirdiyi "Karabakh is Azerbaijan" onlayn şahmat seriyası başa çatıb. Böyük finala vəsiqə qazanmış ən yaxşı 10 şahmatçı arasında gedən mübarizədə Elnur Mehtiyev birinci yerin qalibi olub. İkinci və üçüncü yerlərin sahibləri isə müvafiq olaraq İsmayıl Qurbanov və Şəhriyar Rəhmanov olub. İlk üç yeri tutmuş şahmatçılar “Nar” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
Muxalifet2 - 29-03-2021
BU GÜN YOLUXMA SAYI AZALDI – Günün statistikası
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 129 yeni yoluxma faktı qeydə alınıb, 349 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 257 330 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 236 500 nəfər müalicə olunaraq sağalıb, 3 513 nəfər vəfat edib, aktiv xəstə sayı 17 317 nəfərdir.
Son sutka ərzində 7 630, hazırkı dövrədək isə 2 844 674 test aparılıb.
Muxalifet2 - 29-03-2021
Bakı, Sumqayıt və Abşeronda icbari tibbi sığortanın tətbiqinə başlanılır - İKİ GÜN SONRA
Aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcəklər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, bu məqsədlə sözügedən ərazilərdə icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində hazırlıq işləri davam etdirilir.
Muxalifet2 - 29-03-2021