Axtarış
The search found 105700 results in 0.004 seconds.
Search results
Məhəmməd Əli yenidən xəstəxanaya düşdü
Dünya şöhrətli amerikalı boksçu Məhəmməd Əli yenidən xəstəxanaya düşüb.
Milli.az Rusiya KİV-nə istinadən bildirir ki, boksçu sidik kanallarının infeksiyasının müalicəsi üçün xəstəxanaya yerləşdirilib.
Bununla belə, Məhəmməd Əli 73-cü ad gününü (17 yanvar) qeyd etməyi də planlaşdırır.
Xatırladaq ki, idmançı bundan əvvəl dekabrın 21-də xəstəxanaya yerləşdirilmişdi. O vaxt boksçu böyrəklərin iltihabına görə həkimlərə üz tutmalı olmuşdu. Onun hansı klinikada qaldığı gizlədilirdi.
Boksçu 1984-cü ildən bu yana Parkinson xəstəliyindən də əziyyət çəkir.
Muxalifet - 16-01-2015
“Tarif Şurası müstəqil qurum deyil”
Qubad İbadoğlu: “Qiymət artımı ilə bağlı qərarların iqtisadi əsası yoxdur”
“Dövlət Neft Fondunun büdcəsini neftin 1 barelinin qiymətini 90 dollar görtürməklə hesablamaq çox yalnış yanaşmadır”
Muxalifet - 16-01-2015
Bakıda iki nəfər bıçaqlanıb
Binəqədi rayonunda bıçaqlanma hadisələri baş verib.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisələrdən biri Biləcəri qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Qılman İlqar oğlu Kazımova naməlum şəxs və ya şəxslər bir neçə bıçaq xəsarəti yetirib.
Analoji fakt rayonun Binəqədi qəsəbəsində yerləşən “Kamran” kafesinin yaxınlığında qeydə alınıb. Qəsəbə sakini 1994-cü il təvəllüdlü Aqil Ramazan oğlu Səfərova naməlum şəxs və ya şəxslər tərəfindən bıçaq xəsarəti yetirilib.
Muxalifet - 16-01-2015
Arif Hacılı Əli Kərimli ilə 2 saat nə haqda danışıb?
“Əli Kərimli ilə görüşdə öz fikirlərimi və Müsavat Partiyasının mövqeyini onun diqqətinə çatdırdım”.
Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
A. Hacılı AXCP sədri Əli Kərimli görüşdüyünü və görüşdə iki partiya arasında əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu bildirib: “Görüş mənim təşəbbüsümlə baş tutdu, təqribən iki saata yaxın müzakirə apardıq. Mən fikirlərimi və Müsavat Partiyasının mövqeyini AXCP sədrinin diqqətinə çatdırdım. Yəqin ki, bu məsələlər AXCP rəhbərliyində müzakirə olunduqdan sonra fikir bildirmək olar”.
Muxalifet - 16-01-2015
Sərdar Cəlaloğlunun Paris terroru haqda yazısı
Əslində, bu terror hadisəsinin faktiki səbəbi peyğəmbərin karikaturasının nəşr olunması deyil...
ADP sədri Cərdar Cəlaloğlu “Hürriyyət” qəzetində Paris terroru haqda “Bir yanlış hərəkətə iki yanlış reaksiya” sərlövhəli geniş təhlil yazısı ilə çıxış edib. Həmin yazını olduğu kimi dərc edirik:
...Bu, Fransada, eləcə də Avropada son illər şiddətlənmiş islamafobiya tərəfdarları ilə Yaxın Şərqdə “İŞİD”, Əl-Qaidə, PKK, Taliban kimi radikal islamçıların hesablaşma hadisəsidir
Muxalifet - 16-01-2015
İranın dövlət televiziyası xarici nümayəndəliklərini bağlayır
İran Dövlət Televiziya və Radio Təşkilatında struktur dəyişikliyi və islahatlar çərçivəsində təşkilatın xarici ölkələrdə yerləşən və effektiv fəaliyyət göstərməyən nümayəndəlikləri bağlanır. Bu barədə "Trend" agentliyi məlumat verir.
Məlumatda bildirilir ki, dünyanın müxtəlif ölkələrində İran Dövlət Televiziya və Radio Təşkilatının nümayəndəlikləri külli miqdarda vəsait hesabına fəaliyyət göstərir, lakin onlardan bəziləri effektiv fəaliyyət göstərmir.
Muxalifet - 16-01-2015
ABŞ-ın hərbi yardımı Ukraynanı xilas edə bilərmi?
Zərdüşt Əlizadə: “Ukraynanın durumu kimsəsiz insanın vəziyyətinə bənzəyir”
Ərəstun Oruclu: “Ukrayna ordusunun ABŞ-ın yardımına ehtiyacı yoxdur”
Muxalifet - 16-01-2015
XIN Dilqəm və Şahbazın azad edilməsinə çalışır
“Ötən il Azərbaycanın sərhədləri yaxınlığında yeni gərginlik, qeyri-sabitlik və münaqişə ocaqları yaranıb. Bir sıra dairələrin təsiri altında Azərbaycana qarşı əlaqələndirilmiş formada qarayaxma kampaniyası aparılıb”.
Bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin 2014-cü ilin yekunlarına həsr olunmuş mətbuat buraxılışında yer alıb.
Muxalifet - 16-01-2015
İnək vuran Bakı sakini xəstəxanada öldü
15 gün əvvəl iribuynuzlu heyvan tərəfindən vurulan Bakı sakini xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyi (DİN) xəbər verir ki, 2014-cü il dekabr ayının 31-də Suraxanı rayonunun Zığ qəsəbəsində Bakı şəhər sakini Şükür Quliyevi inək vurub.
Xəstəxanaya yerləşdirilmiş Ş.Quliyev yanvarın 15-də orada ölüb.
Muxalifet - 16-01-2015
Almaniyada “İŞİD” əməliyyatı
Ələ keçirilən şəxslər arasında türk, çeçen və dağıstanlıların olduğu bildirilir
Almaniyada bu gün səhər saatlarında “İŞİD” əməliyyatı keçirilib.
ANS PRESS-in məlumatına görə, təxminən 250 polisin qatıldığı əməliyyatda 11 fərqli məkana basqın edilib.
Əməliyyatda “İŞİD”-ə döyüşçü və maliyyə dəstəyi təmin etməkdə günahlandırılan, bir qrupun lideri olduğu iddia edilən İsmət D. və təşkilat üzvü Emin F. həbs olunub.
Muxalifet - 16-01-2015
Məşhur müğənni xəstəxanaya düşdü
Ajda Pekkanın ürəyində yenidən problem yaranıb
Türkiyənin ən məşhur sənətçilərindən biri olan Ajda Pekkanın səhəttində yenidən problem yaranıb. Belə ki, o, ötən gün özünü pis hiss edib. Köməkçisi müğənnini dərhal xəstəxanaya çatdırıb.
Super star sinə ağrısı ilə getdiyi xəstəxanada təpədən dırnağa kimi müayinədən keçib. Həkimlər onun ürək döyüntülərində ritminin pozulmasını aşkarlayıblar.
Bir çox analizdən, yoxlamalardan keçən müğənni evə buraxılıb.
Muxalifet - 16-01-2015
Gülməli faciə
«İdman» telekanalında futbol üzrə «Real» və «Çelsi» komandalarının oyunlarına həmişə baxıram. Eləcə də, Rusiya klublarının...
Muxalifet - 16-01-2015
Cəmiyyət qiymət artımına nə üçün etiraz etmir?
Mehman Əliyev: "Cəmiyyəti ancaq yemək-içmək, əyləncə maraqlandırır"
Əli Əliyev: "Susqunluğa səbəb hakimiyyətin formalaşdırdığı ictimai-siyasi mühitdir"
Muxalifet - 16-01-2015
Vahid Ələkbərov: “Neft 25 dollara qədər ucuzlaşa bilər”
“Bank of Amerika” isə Brent markalı neftin 31 dollaradək ucuzlaşacağını proqnozlaşdırır
Dünya bazarında neftin 1 barelinin qiyməti 25 dollara qədər enə bilər.
“APA-Economics” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov deyib.
“Qiymət 25 dollara qədər azala bilər. Amma bu sürətli ucuzlaşma qısamüddətli olacaq”, - deyə V. Ələkbərov qeyd edib.
Onun fikrincə, 2015-ci il ərzində də neftin qiymətində “sıçrayışlar” olacaq.
Muxalifet - 16-01-2015
Səfər Əbiyevin general dostu hakim qarşısına çıxdı
Vladimir Putinin sui-istifadə iddiası ilə vəzifədən qovduğu sabiq Müdafiə naziri Anatoli Serdyukov Moskva Presnenski Məhkəməsində hakim qarşısına çıxıb.
Muxalifet - 16-01-2015
ABŞ bu ölkədən üzr istədi
Dövlət katibi Kerri: "Mən sizi qucaqlamağa gəldim"
Xəbərçi ABŞ dövlət katibi Con Kerri Fransaya səfər edib. ANS PRESS-in məlumatına görə, ABŞ bir necə gün öncə Parisdə keçirilən həmrəylik yürüüşündə yüksək səviyyədə iştirak etməməsinin xəta olduğunu etiraf etmişdi.
Kerri səfəri çərçivəsində Fransa prezidenti Fransua Olland və rəsmi şəxslərlə görüşüb. O, ABŞ-ın Fransa ilə həmrəy olduğunu deyib.
Olland “Parisi qucaqlamağa gəldim" deyən Kerrini isti qarşılayıb.
Muxalifet - 16-01-2015
Rusiya və ABŞ razılığa gəldi
Tərəflər 3 illik danışıqlardan sonra razılığa gəldilər
Rusiya və Amerika arasında 1 milyard dollarlıq müqavilə imzalanıb.
ANS PRESS-in məlumatına görə, müqavilə Rusiyanın "Energiya" qeyri-hökumət təşkilatı ilə ABŞ-ın "Orbital Science Corporation" şirkəti arasında imzalanıb. Razılaşmaya əsasən Rusiya ABŞ-a "Antares" raketi üçün 60 RD-181 mühərriki göndərəcək. İlk iki mühərriki Amerika şirkətinin bu ilin iyun ayında əldə edəcəyi bildirilib.
Muxalifet - 16-01-2015
Azərbaycanlı qadını aldadıb fahişə etdilər
Həmin qadınları təhdidlə fahişəliyə cəlb edən 4 nəfər ələ keçirilib
Türkiyədə azərbaycanlı qadınları zorla fahişəliyə cəlb edən şəxslər saxlanılıb.
Mətbuat xəbər verir ki, bir qrup şəxs Adanada internetdən tanış olduqları azərbaycanlı 2 qadını uşaq baxıcılığı etmələri adı ilə Türkiyəyə gətirdib. Daha sonra həmin qadınları təhdidlə fahişəlik etdirən 4 nəfər ələ keçirilib.
Muxalifet - 16-01-2015
Prosineçki: “Ümidverici futbolçular görürəm”
Azərbaycan milli komandasının baş məşqçisi futbolçulardan danışdı
“Ümidverici futbolçular görürəm”.
Bunu Antalya şəhərində Topaz Premyer Liqası klublarının hazırlıq prosesini izləyən Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki affa.az saytına açıqlamasında deyib.
O, “Qarabağ”ın heyətində Namiq Ələsgərovun yaxşı oyununu qeyd edib:
"Digər klublarda da diqqətimi çəkən yeni adlar var. Hələ10 gündən çox Antalyada qalıb klubların oyunlarını izləyəcəyəm".
Muxalifet - 16-01-2015
Hüquq müdafiəçisi MTN-də saxlanılan “İŞİD”-çilərlə görüşüb
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müvəqqəti saxlanma yerində və istintaq təcridxanasında monitorinq keçiriblər.
Muxalifet - 16-01-2015