Axtarış

The search found 105700 results in 0.006 seconds.

Search results

  1. Yaralı ermənilər 14 nəfərə çatdı (FOTO)

    Ermənistanda polis qüvvələri nəzarəti getdikcə itirir

    Ermənistanda toqquşmalar zamanı xəsarət alanların sayı artıb.

    ANS PRESS-in məlumatına görə, nümayişçilərlə polislər arasında şiddətli toqquşmalar davam edir. Son məlumatlara görə, qarşıdurmalar zamanı yaralıların sayı 14 nəfərə çatıb.

    Onlar xəstəxanaalaraa yerləşdiriliblər. Bəzilərinə elə hadisə yerində tibbi yardım göstərilib. Polis etirazçıları dağıtmağa çalışır. Lakin buna nail ola bilmir. Polis nəzarəti getdikcə itirir.

    Muxalifet - 16-01-2015

  2. "AzerRos"da Abbas Abbasova qarşı qiyam

    Moskvada fəaliyyət göstərən "AzerRos" təşkilatının Federal Şurasının iclası keçirilib. Musavat.com xəbər verir ki, iclasda çıxışlar Abbas Abbasova və onun təşkilatdakı adamlarına qarşı yönəlib.

    Şuranın üzvü Nizami Bəşirov "AzerRos"un fəaliyyətindən danışarkən bildirib ki, Federal Şuranın sədri Mehriban Sadıqovanın əməlləri təşkilatın nizamnaməsi ilə ziddiyyət təşkil edir. Onun sözlərinə görə, Mehriban Sadıqova Federal Şuranın yox, Ağsaqqallar Şurasnın sədri Abbas Abbasovun göstərişlərini yerinə yetirir.

    Muxalifet - 16-01-2015

  3. Bakıda qıza hücum edən manyakın yeni VİDEOsu

    Paytaxtda məktəbli qıza naməlum şəxs tərəfindən hücum edilib. Hadisə Bakının Xətai rayonu, Zığ şossesi məhllələrdən birində qeydə alınıb.

    ANS TV-nin məlumatına görə, yaxınlıqdakı məktəbdən evə üz tutan 10-cu sinif şagirdi mənzilə daxil olmaq istəyərkən onu izləyən naməlum şəxs tərəfindən döyülüb.

    Müşahidə kameralarının lentə aldığı görüntülərə əsasən hadisə saat 12:15 radələrində baş verib. Bu zaman məktəbli qız binanın qapısından içəri daxil olur. Az sonra onun ardınca naməlim şəxs gəlir. Bundan sonra isə hadisə binanın liftində baş verir.

    Muxalifet - 16-01-2015

  4. Alimlər müsəlmanları “Charlie Hebdo”ya etiraza səslədi

    “Dünya Müsəlman Alimlər Birliyi” bütün dünyanı “Charlie Ebdo”da nəşr olunan karikaturalara etiraz etməyə çağırıb. Birliyin hədəfi İslam peyğəmbəri ilə yanaşı digər peyğəmbərlərin karikatura və təhqirlərinə də etiraz etməkdir.

    “İslam ümmətini, Həzrəti Muhammədə (S) və digər peyğəmbərlərə və ya müqəddəs dinlərə olan təhqirlər qarşısında dünya ictimaiyyətinin də etirazını doğuracaq leqal, sülhməramlı aksiyalar keçirməyə dəvət edirik”.

    Muxalifet - 16-01-2015

  5. Yarıçılpaq, ehtiraslı qızlar Papa üçün şou göstərəcək (FOTO)

    Karnaval şousu Argentinada baş tutacaq

    Argentinanın "Ara Yevi" rəqs qrupu Roma Papası Fransiskin şərəfinə möhtəşəm karnaval şousu hazırlayıb.

    ANS PRESS-in məlumatına görə, Argentinada karnaval müqəddəs hesab edilir və dünyanı birləşdirməyə xidmət kimi başa düşülür. Avropada etirazların, qarşıdurmaların olduğu bir vaxtda sambaçılar papa üçün hazırlanan qaynar rəqs nümunələri ilə 400 mindən çox insanı heyran etməyi planlaşdırır.

    Muxalifet - 16-01-2015

  6. İŞİD çadralı qadının edam olunmasına etiraz etdi (FOTO)

    “Əl Qaidə” növbəti dəfə həyata keçirdiyi qanlı edamla gündəmə gəlib

    “Əl Qaidə” terror qruplaşmasının Suriya təşkilatı növbəti dəfə kameralar qarşısında həyata keçirdiyi qanlı edamla gündəmə gəlib.

    Lakin bu edam sosial şəbəkələrdə İŞİD terrorçuları tərəfindən etirazla qarşılanıb.

    Etiraza səbəb, edam olunan qadının çadralı olmasıdır.

    İŞİD tərəfdarları sosial şəbəkədə, “Hicablı qadını necə öldürürsünüz? Bu hansı şəriətdir?” sualları ilə etirazlarını bildiriblər.

    Muxalifet - 16-01-2015

  7. 15 fransızı xilas edən müsəlmana “Legion” ordeni verilə bilər

    Fransa daxili işlər naziri Bernar Kaznev Lassana Batiliyə vətəndaşlıq veriləcəyini açqlayıb

    Fransanın paytaxtı Parisdə terrorçuların hücumuna məruz qalan yəhudi marketində 15 nəfəri xilas edən malili müsəlman Lassana Batiliyə Fransa vətəndaşlığı və ölkənin ən ali təltifi olan “Legion” (Legion d'Honneur) ordeni verilməsi üçün imza kampaniyası başladılıb. İmza kampaniyasına 270 mindən çox insan öz imzası ilə dəstək verib. Fransa prezidenti Fransua Olland isə şəxsən zəng vuraraq Batilini cəsarətinə görə təbrik etmişdi.

    Muxalifet - 16-01-2015

  8. Kralın karetasında kişilərin seks qalmaqalı

    Karetada sekslə məşğul olan siravi jandarmlar işdən qovulublar

    Hollandiya kralının ildə bir dəfə istifadə etdiyi mərasim karetasında sekslə məşğul olan siravi jandarmlar işdən qovulublar.

    ANS PRESS-in məlumatına görə, 4 siravi jandarm ötən ilin iyun ayında şokolad avtomatından oğurluq etdikləri iddiası ilə işdən uzaqlaşdırılıblar.

    Jandarmlardan birinin anası isə həmin 4 nəfərin karetada intim münasibət qurarkən tulduqlarını, qovulmanın da məhz bu səbəbdən baş verdiyi açıqlayıb.

    Muxalifet - 16-01-2015

  9. “Hizbullah” “Fateh-110” raketlərinə malik olduğunu açıqladı

    Livanın “Hizbullah” hərəkatının lideri Seyyid Həsən Nəsrullah İran istehsalı olan və İsrail ərazisində hədəfləri vurmağa qadir olan “Fateh-110” raketlərinə 2006-cı ildən malik olduğunu bəyan edib. Bu barədə APA “Frans Press”-ə istinadən xəbər verir. 

    “Biz bu tip raketlərə 2006-cı ildən malikik”, deyə o qeyd edib.

    Qeyd edək ki,  “Hizbullah” bundan əvvəl İsrailin Suriyaya müdaxiləsinə cavab olaraq istənilən an hava zərbələri endirməyə hazır olduğunu bildirmişdi.   

    Muxalifet - 16-01-2015

  10. Yanvarın 20-də Bakıda elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq

    20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-də Tədbirlər Planı hazırlanıb.

    “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, qeyd edilən tarixlə bağlı Abşeron şəhərətrafı zonada yanvarın 20-də  saat 06:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.

    Muxalifet - 16-01-2015

  11. Restoranın ən cazibədar müştərisinə pulsuz yemək verilir

    "Belə bir ideya müştərilərin şəxsi ləyaqətinə zərbədir"

    Çinin Çjençjou şəhərindəki Korea milli mətbəxi restoranına baş çəkən müştərilər arasında ən yaraşıqlı tanınan şəxsdən yemək hesabı alınmır. Bu barədə BBC Monitorinq Xidməti xəbər verir.

    Məlumata əsasən restorana daxil olarkən müştərilərin fotoşəkilləri çəkilir. Hərçənd ki, kimin ən yaraşıqlı olduğunu iaşə obyektinin işçiləri seçmirlər.

    Ən cazibədar 5 şəxsi fotolara nəzər salan plastik əməliyyat xəstəxanasının mütəxəssisləri müəyyən edirlər.

    Muxalifet - 16-01-2015

  12. "Azərros" prezidentliyinə 5 nəfər iddialıdır

    Təşkilatın yeni prezidenti yanvarın 17-də seçilə bilər

    "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin yeni prezidenti yanvarın 17-də seçilə bilər.

     rus4all.ru saytının verdiyi məlumata görə, ötən gün təşkilatın Federal Şurasının iclası zamanı həmin gün növbədənkənar hesabat-seçki qurultayının keçirilməsi qərara alınıb.

    Muxalifet - 16-01-2015

  13. Avropa Parlamenti Türkiyəyə xəbərdarlıq etdi

    AP Türkiyə hökumətinin söz və ifadə azadlığına qarşı təzyiqini sərt təndiq edib

    Avropa Parlamenti Türkiyə hökumətinin ölkədə söz və ifadə azadlığına qarşı təzyiq göstərməsini sərt şəkildə təndiq edib.

    Ötən gün deputatlar məsələ ilə əlaqədar müzakirələr aparıblar. Sonda səsvermə yolu ilə Türkiyəyə xəbərdarlıq edilməsinə dair bəyannamə qəbul olunub. 593 deputatdan 511-i qərarın lehinə səs verib.

    Avropalı deputatlar, əsasən, ötən ilin dekabr ayında Zaman qəzeti və Samanyolu televiziyasına qarşı keçirilən reydləri təndiq ediblər.

    Muxalifet - 16-01-2015

  14. Ərdoğan Sarkisyanı Türkiyəyə dəvət etdi

    “Çanaqqalada şəhid olan əsgərlər arasnında ermənilər də olub”

    Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 100 illliyinə ABŞ prezidenti Barak Obama və Ermənistan prezidenti Serj Sarkisyanı da dəvət edəcək.

    ANS PRESS-in məlumatına görə, aprelin 23 və 24-də keçiriləcək görkəmli tədbir üçün prezident Ərdoğan və baş nazir Əhməd Davudoğlu 102 ölkə başıçısına məktub yollayıb.

    Muxalifet - 16-01-2015

  15. İntiqam Əliyevin məhkəməsi təxirə salındı

    Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan vəkil İntiqam Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmənin bu günə təyin olunan hazırlıq iclası təxirə salınıb.

    Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyevin vəkili Elton Quliyev və zərərçəkmiş kimi tanınan şəxslərin heç biri iştirak etməyib.

    Hakim bildirib ki, İntiqam Əliyevin vəkili Cavad Cavadlının qaldırdığı vəsatətə digər vəkil və zərərçəkmiş şəxslər də münasibət bildirməlidirlər. Onlar isə məhkəməyə gəlmədiklərinə görə, proses yanvarın 23-dək təxirə salınır.

    Muxalifet - 16-01-2015

  16. Fransa səfirinin açıqlamaları erməniləri qəzəbləndirib

    Səfir Jerar Aro: “Fransada Holokostun inkarının qadağan olunması haqda qanun var, çünki Holokost doğrudan da baş verib”

    Fransanın ABŞ-dakı səfiri Jerar Aronun uydurma “erməni soyqırımı” ilə bağlı ABŞ-ın NBC telekanalına açıqlaması Fransadakı ermənilərin etirazına səbəb olub. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi xəbərə görə, Fransadakı erməni məsələsi üzrə büro Fransanın xarici işlər naziri Loran Fabiusa etiraz məktubu göndərib.  

    Muxalifet - 16-01-2015

  17. Xətaidə növbəti ağac "soyqırımı" (FOTO)

    Rayonun daha bir küçəsində ağacı kəsərək kötüyünü gizlətdilər

    Paytaxtda daha bir ağac kəsimi faktı aşkarlanıb.

    ANS PRESS-in "qaynar xətt"inə daxil olan məlumata görə, Xətai rayonu, Sarayevo küçəsində iri şam ağacları kəsilib. Oxucularımızın bildirdiyinə görə, kəsilən ağacların kötüyü torpaqla örtülərək gizlədilməyə çalışılıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məsələyə aydınlıq gətirib. O bildirib ki, sözügedən ərazidə 8 şam ağacı kəsilib və bu faktla bağlı nazirlik artıq hərəkətə keçib:

    Muxalifet - 16-01-2015

  18. AXCP fəalları Xədicə İsmayılın plakatlarına görə saxlanıldı

    Ötən axşam Şəkidə AXCP fəalları Əli Abdullayev və Mübariz Əbdülkərimov saxlanılıblar. Həmçinin fəal Rauf Əbdürəhmanov da polisə çağırılıb.

    "Turan"-ın məlumatına görə, fəallar iki gün öncə Şəkidə “Xədicə İsmayıla azadlıq!” sözləri yazılmış plakatları yapışdırdıqlarına görə saxlanılıblar.

    Onların inzibatı məsuliyyətə cəlb olunacağı gözlənilir.

    Muxalifet - 16-01-2015

  19. Ermənistanda yaşayan ruslara görünməmiş qadağa

    Gümrüdə rus əsgərinin törədiyi qətl və anti-Rusiya əhval ruhiyyəsinin genişlənməsi ilə əlaqədar olaraq Ermənistanda yerləşən 102 saylı Rusiya hərbi bazasının komandanlığı hərbçilərə Gümrü şəhər sakinlərinin gözününə görsənməməyi tapşırıb.

    Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “Çorrord işxanutyun” bəyan edib.

    Əmrə əsasən Gümrüdə ailəsi olan hərbçilərə bu şəhərdə gecələmək imkanı verilir, subay əsgərlərə isə hərbi hissə daxilində gecələmək tapşırılıb.

    Muxalifet - 16-01-2015

  20. İşdən qovulan neftçi məhkəmədə şirkətə qalib gəldi

    Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı qanunsuz olaraq işdən azad olunan neftçinin məhkəmə yolu ilə işə bərpa olunduğunu açıqlayıb.

    Muxalifet - 16-01-2015

Pages