Axtarış
The search found 105700 results in 0.077 seconds.
Search results
ABŞ Konqresinə hücum planı
Terror planlaşdırmaqda şübhəli bilinən şəxsi FTB ələ keçirib
Federal Təhqiqat Bürosunun (FTB – ing. “FBI”) əməkdaşları Ohayo ştatında ABŞ konqresi binasına silahlı hücum təşkil etmək istəyən şəxsi saxlayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə xəbər çərşənbə günü məhkəmə sənədlərində dərc edilib.
Xəbərdə bildirilir ki, kristofer Li kornel adlı vətəndaş İŞİD terror qruplaşmasını dəstəkləyən fəallardan biridir və qruplaşmaya qoşulmağı düşünürmüş.
Muxalifet - 15-01-2015
Gümrü qətliamı Putinin əmridir?
İqor Muradyan: “Kreml Ermənistanın Rusiyanın təsir zonasından çıxmaq istədiyini anlayır”
“Kreml Gümrü qətliamı ilə Ermənistanı cəzalandırıb”. Erməni politoloq İqor Muradyan iddia edir ki, Avrasiya İttifaqına girməsinə baxmayaraq, Kreml Ermənistanın Rusiyanın təsir zonasından çıxmaq istədiyini anlayır.
“Buna görə də qabaqlayıcı cəza tədbiri ilə erməniləri cəzalandırmaq, ata biləcəkləri addımlar barədə xəbərdarlıq etmək qərarına gəliblər”,- deyə Muradyan vurğulayıb.
Muxalifet - 15-01-2015
Obama və Kemeron Rusiyanın qarşısını almaqda qərarlı olduqlarını bilbiriblər
ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron “The Times” qəzetində birgə məqalə ilə çıxış ediblər.
APA-nın xəbərinə görə, “Biz azadlığın səsinə ağızlıq taxılmasına imkan verməyəcəyik” başlıqlı yazıda B. Obama və D. Kemeron Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısının alınmasında qərarlı olduqlarını bildiriblər.
İki lider Rusiyaya diplomatik təzyiqləri dəstəkləyəcəklərini deyiblər: “Əgər biz beynəlxalq hüququn bu cür təməl pozuntularının cəzasız qalmasına yol versək, hamımız bunun nəticəsində yaranacaq qeyri-sabitlikdən zərər çəkərik”.
Muxalifet - 15-01-2015
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
Avropa Oyunlarının keçiriləcəyi idman komplekslərinin yaxınlığında yaşayanlar avtomobilləri üçün buraxılış nişanı almalıdırlar
Bakı şəhər İcra Hakimiyyəti I Avropa Oyunlarının keçiriləcəyi idman komplekslərinin ətrafındakı ərazilərdə yaşayan vətəndaşlara müraciət edib.
Bu müraciət I Avropa Oyunlarının keçiriləcəyi idman komplekslərinin ətrafındakı ərazilərdə, küçə kəsişmələrində yerləşən yaşayış binalarında yaşayan sakinlərin öz avtomobilləri ilə təyin olunmuş marşrut üzrə sərbəst hərəkətini təmin etmək məqsədi daşıyır.
Muxalifet - 15-01-2015
Fransız aktyoru terrora haqq qazandırmaq ittihamı ilə tutdular
Radikal islamçıların “Charlie Hebdo” satirik qəzetində və “Kosher” dükanında törətdiyi qətliamlardan sonra Fransa boyu azad sözün müdafiəsi və terrora yox şüarı ilə böyük mitinqlər keçirildi.
Mitinqlərdən bir gün sonra isə Fransanın tanınmış komediya aktyorlarından olan Mbala Dyedonne yəhudiyə məxsus “Kosher” dükanında 4 girovu öldürmüş terrorçuya simpatiyasını bildirməsi ittihamı ilə saxlandı.
Dyedonne mitinqlərdən sonra facebook səhifəsində yazmışdı ki, “Mən özümü Charlie Coulibaly kimi hiss edirəm".
Muxalifet - 15-01-2015
Paris terrorçularına pul 3 il əvvəl ödənib
"Əl-Qaidə" terror təşkilatının Yəməndə olan bölməsi Paris terrorunun maliyyələşməsi barədə xəbər yayıb.
ANS PRESS-in məlumatına görə, ABC News yazır ki, təşkilatdan terror hadisəsinin baş tutması üçün hücumu edənlərdən birinə 3 il əvvəl 20 min dollar verdiklərini deyiblər.
Yəməndə “əl-Qaidə” təşkilatının lideri bildirib ki, terror hadisəsi onun başçılığı altında keçirilib. Onunu sözlərinə görə hücum planı məhz Yəmən bölməsində hazırlanıb və maliyyələşdirilib.
Muxalifet - 15-01-2015
İslam Kərimov növbəti dəfə namizədliyini verir
İctimai-siyasi təşkilatlar tərəfindən onun prezidenti postuna namizədliyi irəli sürülüb
Özbəkistan Sahibkarlar və İş Adamları Hərəkatı - Liberal Demokrat Partiyası cümə axşamı keçirilən qurultayda ölkənin fəaliyyətdə olan Prezidenti İslam Kərimovun namizədliyini yenidən bu posta irəli sürüb.
Bu barədə Trend-ə partiyanın Siyasi Şurasından bildirilib.
Məlum olduğu kimi, Özbəkistan Mərkəzi Seçki Komissiyası 26 dekabr 2014-cü ildə ölkə prezidentliyinə seçkilər üzrə seçki kampaniyasının başladığını elan edib.
Muxalifet - 15-01-2015
Prezident peyğəmbəri təhqir edən jurnalı dəstəklədi
“"Charlie Hebdo"nun dəyərləri yaşayır və daim daşamağa davam edəcək”
Fransa prezidenti "Charlie Hebdo"nun yeni sayı ilə bağlı münasibətini bildirib.
Fransa prezidenti Fransua Olland yenidən İslam peyğəmbərini təhqir edərək karikatura dərc edən "Charlie Hebdo" ilə bağlı açıqlama verib.
“"Charlie Hebdo" yenidən doğuldu. Onun dəyərləri yaşayır və daim daşamağa davam edəcək. Qadınları, kişiləri öldürə bilərlər, lakin onların fikirlərini heç vaxt öldürə bilməzlər” – deyə fransız prezident bildirib.
Muxalifet - 15-01-2015
Moskva ermənilərə rədd cavabı verdi - YENİLƏNİB
Rusiya Ermənistan İstintaq Komitəsinin istəyini yerinə yetirmədi
Ermənistanın Gümrü şəhərində bir ailənin 6 üzvünü öldürməkdə günahlandırılan rus əsgər həbs edilib.
ANS PRESS-in məlumatına görə, Valeri Permyakov yanvarın 14-də Gümrüdəki hərbi bazada həbs edilib. Həbs qərarı Rusiyanın 5-ci qarnizon məhkəməsi tərəfindən kəsilib. Ona qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.
Muxalifet - 15-01-2015
“The Guardian” qəzeti Azərbaycan səfirinin etiraz məktubunu dərc edib
Tahir Tağızadə: “O siyahıya Dağlıq Qarabağın daxil edilməsi Azərbaycan xalqına qarşı hörmətsizlikdir”
“The Guardian” qəzeti Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin redaksiyaya etiraz məktubunu dərc edib. Azərbaycanlı diplomatın məktubu bu günlərdə həmin qəzetdə dərc olunmuş “Səyahət etmək üçün ən macəralı yerlər” məqaləsində Azərbaycanın işğal edilmiş ərazisi Dağlıq Qarabağın qeyd olunması ilə bağlıdır.
Muxalifet - 15-01-2015
“Elşad Abdullayevin cinayət işi ilə bağlı istintaq davam etdirilir”
Kamran Əliyev: “Vaxtı ilə onunla birgə çalışan və bu qanunsuzluqlara yol verən şəxslər məsuliyyətə cəlb ediliblər”
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
2014-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev E. Abdullayevin hazırda axtarışda olduğunu bildirib.
Muxalifet - 15-01-2015
Güneylə bağlı mətbuata qapalı toplantı
Tədbirdə İranda Azərbaycan türklərinə qarşı etnik diskriminasiya müzakirə olunub
Yanvarın 14-də Milli Strateji Düşüncə Mərkəzi (MSDM) “Güney Azərbaycan məsələsi bu gün” mövzusunda toplantısı keçirib. Mətbuat üçün qapalı olan toplantıda MSDM rəhbəri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, həmçinin siyasi və ictimai xadimlər iştirak ediblər.
Muxalifet - 15-01-2015
İstanbulu partladan qız Azərbaycanda doğulub
İstanbulda yanvarın 6-da baş vermiş terror hadisəsini törətməkdə günahkar bilinən Diana Ramazanovanın qohumları fotolardan qızı tanıyıblar.
ANS PRESS-in məlumatına görə, həm də Diananın anası Rayzanatdan da analiz üçün qan da götürüblər. Qadının DNT-sini kamikadzenin partlayışdan sonra qalmış qalıqlarının DNT-si ilə tutuşduracaqlar.
Genetik ekspertiza İnterpolun xətti ilə aparılacaq. Türkiyə tərəfi kamikadzenin biomaterialını Rusiyadakı həmkarlarına göndərəcəklər, analiz Rusiyada aparılacaq.
Muxalifet - 15-01-2015
"AMAY" rəhbərinin cinayət işi üzrə 43 milyon manat ödənib
"AMAY" ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə artıq dəymiş ziyanın 43 milyonu ödənilib. Lent.az-ın məlumatına bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, həmin məbləğin 48 milyonun mənimsəmə halının 43milyonun ödənilməsi təmin edilib. Məbləğin digər hissəsi ilə bağlı əmlakın müsadirə edilməsi tapşırılıb.
Qeyd edək ki, istintaq materialları isə Bakı Ağır Cinayətləri Məhkəməsinə göndərilib.
Muxalifet - 15-01-2015
İlham Əliyev Ankarada sultanlar dövründə olduğu kimi qarşılandı - FOTO
Türkiyədə Azərbaycan prezidenti İlham Əliyevin qarşılanma mərasimində 16 türk dövlətinin döyüş geyimində olan əsgərlər də yer alıb.
Musavat.com-un məlumatına görə, mərasim Prezident Sarayında təşkil olunub. İlk dəfə olaraq gələn qonaq sarayın içində deyil, həyətində qarşılanıb.
Qeyd edək ki, bundan əvvəl Fələstin muxtariyyatının prezidenti Mahmud Abbas da bu cür qarşılanmışdı, ancaq prezident Ərdoğan onu sarayın içində salamlamışdı.
Muxalifet - 15-01-2015
Hökumətin tədbirində ABŞ korrupsiyada ittiham olundu
Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları" mövzusunda dinləmələr keçirilib. Toplantıda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru Elman Nəsirov "Leqal korrupsiya və lobbiçilik - ABŞ siyasi sisteminin elementlərindən biri kimi" mözvusunda çıxışında ABŞ-ı korrupsiyada ittiham edib.
Muxalifet - 15-01-2015
Bakıda manyak məktəbli qızın evinə soxuldu - Foto
Bakıda məktəbli qıza hücum edilib.
Naməlum şəxs bir neçə dəqiqə əvvəl orta məktəbin 10-cu sinif şagirdi L.B.-ni döyərək tanınmaz hala salıb.
Muxalifet - 15-01-2015
İsrail naziri Ərdoğanı təhqir etdi: “Özünü küçə xuliqanı kimi aparır”
İsrailin baş naziri Binyamin Netanyahu Paris yürüşünə qatılması ilə bağlı Rəcəb Tayyib Ərdoğanın “Nə üzlə ora gedib” sözlərinə Tvitter vasitəsiylə cavab verib.
Xatırladaq ki, Türkiyənin prezidenti Netanyahu haqqında demişdi: “Sanki insanlar həyacanla onu gözləyirmiş kimi əl də yelləyirdi. Nə üzlə ora gedib, orasını anlaya bilmirəm. Əvvəlcə siz öldürdüyünüz körpələrin, qadınların hesabını verin”.
Muxalifet - 15-01-2015
Bakıda terrorçuluqla mübarizə aparmış şirkəti necə dəhşətə gətirdilər...
Təxminən bir ay əvvəl Amerikanın nüfuzlu “Bloomberg” agentliyi Azərbaycanın əsas ixrac neft kəməri olan Bakı-Tiflis-Ceyhan kəmərində törədilmiş partlayış barədə sensasion araşdırma yaydı.
Virtualaz.org və haqqin.az saytları həmin vaxt bu araşdırmanı oxuculara çatdırmışdı. Orada deyilirdi ki, kəmərdə 2008-ci ilin avqustunda baş vermiş partlayış PKK terrorçularının işi deyil və kəmərin Türkiyə hissəsindəki dispetçer xidmətinin kompüter şəbəkəsinə yeridilmiş virusla törədilib.
Muxalifet - 15-01-2015
Rusiya öz əsgərinə “dəli” diaqnozu qoydu
Gümrüdə bir erməni ailəsinin 6 üzvünü qətlə yetirən rus əsgərin psixoloji problemləri olduğu iddia edilir
Rusiya Müdafiə Nazirliyində iddia edirlər ki, Ermənistanın Gümrü şəhərində bir erməni ailəsinin 6 üzvünü qətlə yetirmiş rus əsgərin psixoloji problemləri olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib. Mənbənin iddiasına görə, Permyakov orduda xidmət etmək istəməyib və Türkiyəyə qaçmaq istəyib. Erməni ailəni isə qorxudan qırıb ki, onu hərbi hissənin rəhbərliyinə satmasınlar.
Muxalifet - 15-01-2015