Axtarış
The search found 105700 results in 0.005 seconds.
Search results
Maşın oğruları polislə belə məzələndi..
Bakıda yol polisinin həyətində polisin maşınını oğurlayıblar
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindəki 5-ci tağımda çalışan əməkdaşın “VAZ-2107” markalı şəxsi avtomobili oğurlanıb.
Aznews.az xəbər verir ki, oğurluq hadisəsi gecə saatlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin həyətində qeydə alınıb.
Belə ki, yol polisi əməkdaşı xidməti maşınını təhvil verdikdən sonra öz maşınının mühərrikini işə salıb və ratsiyanı təhvil vermək üçün binaya daxil olub. Geri qayıtdıqda isə o, avtomobilini yerində tapmayıb.
Muxalifet - 15-01-2015
Azərbaycanlı futbolçu oyun zamanı namaz qıldı (FOTO)
"Qəbələ"nin oyunçusunun hərəkəti türkləri heyran etdi
Bir neçə gün öncə Türkiyənin "Eskişehirspor" komandası ilə qarşılaşan Azərbaycanın "Qəbələ" klubunun oyunçusu türkləri heyran edib.
ANS PRESS-in məlumatına görə, buna səbəb onun oyun öncəsi hərəkəti olub.
Belə ki, "Qəbələ"nin oyunçusu Telnur Mütəllimov stadionun kənarında namaz qılıb.
T.Mütəllimov ehtiyat heyətdə yer alıb. Azərbaycanlı futbolçu qarşılaşmanın son dəqiqələrində meydana girib.
Xatırladaq ki, oyun 3-1 hesabı ilə bitib.
Muxalifet - 15-01-2015
Obama cangüdənsiz qaldı
ABŞ-da məxfi xidmət orqanının 4 əməkdaşı işdən çıxarılıb
ABŞ-ın məxfi xidmət orqanının dörd yüksək vəzifəli əməkdaşı işdən çıxarılıb. Onlar prezident Barak Obamanın mühafizəsi üçün cavabdehlik daşıyıblar. Qərar ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin hesabatına daxil edilib.
"Qazeta.Ru" xəbər verir ki, ABŞ-ın Məxfi Xidmət Agentliyinin direktoru bildirib ki, onlar başqa vəzifələrə təyin ediliblər. Belə ki, keçmiş əməkdaşlar agentlikdə, amma başqa şərtlər çərçivəsində çalışacaqlar. Həmçinin onlara pensiyaya getmək hüququ da verilib.
Muxalifet - 15-01-2015
Surət Hüseynovun müşavirinin oğlu Çexiyada iki azərbaycanlını tutdurdu
Surət Hüseynovun keçmiş müşaviri Çexiyada azərbaycanlı gəncləri şərləyərək içəri saldırıb.
Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun müşaviri və yaxın dostunun oğlu olan şəxs Çexiyada təhsil almaq istəyən gənclərin arzusunu gözündə qoyub. Bu da azmış kimi hətta onları həbsə də saldırıb.
Muxalifet - 15-01-2015
Ukraynanın yeni parlamentində azərbaycanlı deputat da var
Ukrayna Ali Radasına son seçkilərdə mandat qazananlar arasında azərbaycanlı da var.
Muxalifet - 15-01-2015
Putin Rusiyada “Antimaydan” hərəkatı yaradır
Rusiyanın siyasətçiləri və ictimai xadimləri “Antimaydan” hərəkatının yaradılmasına başlayıblar.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda təşəbbüs qrupunun üzvü, Federasiya Şurasının üzvü və “Döyüş qardaşlığı” ictimai hərəkatının sədr müavini Dmitri Sablin açıqlama verib.
Təşəbbüs qrupunun üzvlərindən biri də “Gecə canavarları” adlı motobaykerlər hərəkatının lideri Aleksandr Zaldostanovdur.
“Cərrah” ləqəbi ilə tanınan Zaldostanov prezident Vladimir Putinlə birlikdə motosikletçilər yürüşünə qatılmışdı.
Muxalifet - 15-01-2015
Rusiya Ukraynaya hucuma hazırlaşır?
Aleksandr Turçinov: “Rusiya geniş miqyaslı hücuma başlasa, kontinental savaş başlayacaq”
“Donbassın işğal olunmuş hissəsində 36 min nəfərdən ibarət hərbi qruplaşma cəmləşib. Onlardan 8,5 mini Rusiya Federasiyasının nizami ordusunun hərbi qulluqçularıdır”.
APA-nın “censor.net” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov 2015-ci ildə qismən səfərbərlik elan olunmasına dair prezident fərmanının təsdiq olunması haqqında qanun layihəsini Ali Radada təqdim edərkən deyib.
Muxalifet - 15-01-2015
Ermənistanda Sarkisyanın iqamətgahı mühasirəyə alındı
Ermənistanın pavtaxtı İrəvanda böyük bir dəstə prezident Serj Sərkisyanın iqamətgahını mühasirəyə alıb.
Virtualaz.org-un “Novosti Armenii”-yə istinadən məlumatına görə, aksiyanın təşkilatçılarından David Manukyan bildirib ki, məqsəd Gümrüdəki mitinqlə həmrəy olduqlarını göstərməkdir. O bildirib ki, onlar da gümrülülərin qatil əsgərin mühakimə olunması üçün Ermənistana verilməsi tələbini dəstəkləyirlər.
Muxalifet - 15-01-2015
Daha bir siyasi fəal saxlanıldı
Hikmət Hacıyev: “Xocalı faciəsindən süjet göstərilsə də, verilişin müəllifi özündə cəsarət və vicdan tapıb bunun Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədildiyini dilinə gətirməyib”
Muxalifet - 15-12-2021
35 yaşlı paytaxt sakini özünü güllələyib
Bakıda intihar hadisəsi baş verib.
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə 7-ci mikrorayonda qeydə alınıb.
Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Emin Əli oğlu İmanov özünü odlu silahla güllələyib. Nəticədə o, aldığı güllə yarasından dünyasını dəyişib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Muxalifet - 15-01-2015
Ərdoğan: “Minsk Qrupunun səmimi olmadığını görürük”
“Prezident İlham Əliyevlə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi apardıq. Türkiyə bu məsələdə Azərbaycana dəstəyinin davam edəcək”.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, bunu Azərbaycan və Türkiyə dövlət başçılarının Ankarada keçirilən görüşündən sonra mətbuat qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan deyib.
“Dağlıq Qarabağ probleminin həlli ilə bağlı son məlumatları aldıq. Minsk Qrupunun səmimi olmadığını görürük. Onların dediklərini qəbul etməmiz mümkün deyil», - deyə Ərdoğan vurğulayıb.
Muxalifet - 15-01-2015
“Unibank” prezidentinin oğlu qumarda 1,1 milyon dollar uddu - (Video, Foto)
“Unibank”ın prezidenti Eldar Qəribovun oğlu, poker oyunçusu İlkin Qəribli “Poker Stars Caribbean Adventure” (“Poker ulduzlarının Karib macəraları”) poker yarışının qalibi olub.
Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, İlkin Qəribli dünən final oynayaraq 1 milyon 105 min 40 dollar məbləğində mükafat udub.
İlkin Qəribli finalda Co Kyuter adlı digər poker oyunçusu ilə üzləşib. Oyun iki saat davam edib. Finalı uduzan Co Kyuter ikinci yerlə və 1 milyon 50 min dollarla kifayətlənməli olub.
Muxalifet - 15-01-2015
Seymur Həzi karsa salındı
"Azadlıq" qəzeti və "Azərbaycan saatı" TV proqramının əməkdaşı Seymur Həzi saxlandığı Kürdəxanı təcridxanasında karsa salınıb. Bu haqda məlumatı "Azadlıq" qəzetinə Seymur Həzinin atası Məşgül Həziyev verib. "Seymura azuqə gətirmişdim, qəbul etmədilər. Səbəbini soruşduqda isə, Seymurun karsa salıdığını bildirdilər". Təcridxana işçiləri Seymurun hansı səbəbdən karsa salındığı haqda məlumat verməyiblər. Lakin Seymur Həzinin karsa salınmasına son məhkəmə prosesində izlənməsi haqda ictimailəşdirdiyi sənədin səbəb olduğu ehtimal olunur.
Muxalifet - 15-01-2015
Sarkozinin terrorçu ilə fotosu yayıldı
Sosial şəbəkələrdə Fransanın o zamankı prezidenti Nikolya Sarkozinin gələcək terrorist Amedi Kulibalinin əlini sıxdığı foto şəkil yayılıb.
Kulibali bu yaxınlarda Fransada Monjur və Port-Vinsendə mağazaya hücumu zamanı qadın polis nəfərini qətlə yetirmişdi. Foto şəkilin təsvirində qeyd olunub ki, həmin şəkil 2009-cu ildə Yelisey sarayında çəkilib. Amedi Kulibali fransız prezidentlə “problemli gənclər”in nümayəndəsi kimi görüşmüşdü. Sarkozi o zaman Kulibalinin Coca-Cola zavodunda işə düzəlməsinə kömək etmişdi. (oxu.az)
Muxalifet - 15-01-2015
Azərbaycan şəhərində gərginlik: Meriyaya OMON yeridildi
Bir neçə saat əvvəl Dərbənd meriyası Moskvadan gətirilmiş OMON tərəfindən mühasirəyə alınıb.
Bu barədə Axar.az-a Dərbənddəki mənbələrdən məlumat verilib.
Mənbə hazırda Administrasiya binasında şəhər torpaqlarının düzgün paylanılması ilə bağlı sənədlərin yoxlanıldığını bildirib. O, hazırda binanın yaxınlığına heç kimin buraxılmadığını söyləyib. Dərbəndin rəhbəri olan İmam Yaraliyev isə hələlik işə gəlməyib.
Muxalifet - 15-01-2015
Hərbi Hava Qüvvələri döyüş hazırlığına gətirildi - Foto
Yanvarın 15-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının vəziyyətini yoxlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən yoxlamalar zamanı qoşunların yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm dövlət və hərbi obyektlərin, eyni zamanda qoşun qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi məqsədilə hava hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər məşq etdirilib.
Muxalifet - 15-01-2015
Papa: "Əgər anamı söysə..."
Roma Papasından Məhəmməd peyğəmbərin karikaturasına reaksiya
"Düşünçəni ifadə etməyin də bir sərhəddi var". ANS PRESS-in məlumatına görə, bunu "Charlie Hebdo" qətliamından sonra Roma Papası Fransisdən reaksiya gəlib.
Papa Fillipin səfəri zamanı təyyarədə jurnalistlərə açıqlama verib.
Papa ifadə azadlığının insanın haqqı olduğunu, amma fikirləri ifadə edərkən cəmiyyəti nəzərə almanın vacib olduğunu vurğulayıb.
Muxalifet - 15-01-2015
Azərbaycanda qadın üç övladını götürüb Suriyaya qaçdı
Qadın öncə Gürcüstana, oradan Türkiyə vasitəsilə Suriyaya gedib
Məmmədova Elnurə Beydullah qızı üç övladını da özü ilə götürərək Suriyaya gedib.
Bu barədə APA TV-yə Elnurə Məmmədovanın qayınanası, 84 yaşlı Humay Məmmədova xəbər verib.
Muxalifet - 15-01-2015
Gürcüstanda azərbaycanlı müəllim və şagirdlər aksiya keçirdi
Bu gün azərbaycanlıların kompakt yaşadığı Laqodexi rayonunun Qabal kəndində müəllim və şagird kollektivi dərsə girməkdən imtina edib.
Buna səbəb kənddəki 1 nömrəli orta məktəbə yeni direktor təyin edilməsi olub. Gürcüstan Təhsil Nazirliyinin əmrinə əsasən, bu gün həmin məktəbə Qabal kəndinin 5 kilometrliyində yerləşən qonşu Tela kənd məktəbində direktor əvəzi vəzifəsində işləyən Lamara Tabatadze direktor təyin edilib.
Muxalifet - 15-01-2015
Ermənistanda vəziyyət nəzarətdən çıxdı
6 nəfər erməni qətlə yetirən rus hərbçinin Ermənistana verilməsi tələbi ilə Gümrüdə keçirilən etiraz aksiyasının iştirakçıları mitinqi Rusiya konsulluğunun binası qarşısında keçirməyə qərar veriblər.
Anspress bildirir ki, “Çiçəklənən Ermənistan” partiyasının parlament fraksiyasının deputatı Martun Qriqoryan aksiya iştirakçılarına müraciət edərək mitinqi dayandırmağı istəyib.
Muxalifet - 15-01-2015