Axtarış

The search found 105700 results in 0.005 seconds.

Search results

  1. Hakimiyyət Abdullayevdən belə qisas alır – KEÇMİŞ DEPUTATIN MÜLKÜNÜN YERİNDƏ PARK OLACAQ

    Keçmiş deputat Hüseyn Abdullayevin valideynlərinə məxsus olduğu bildirilən, keçən ilin noyabrında uçurulan əmlakın yerində aparılan tikinti işləri intensivləşib. Yusif Səfərov küçəsindəki ərazidə işləyən fəhlələr deyir ki, bir neçə aya əsas işləri bitirəcəklər. Burda geniş park salınır.

    Tikinti ərazisinin qarşısına vurulan lövhədə də bildirilir ki, burda Bakı şəhər İcra Hakimiyyəti başçısının 18.11.2014-cü il tarixli 542 saylı sərəncamı ilə park salınır.

    BİR GECƏDƏ SÖKÜLƏN MÜLK

    Muxalifet - 24-02-2015

  2. Sərdar Cəlaloğlu yeni elmi nəzəriyyəsini təqdim etdi - ULDUZLAR NİYƏ SÖNÜR?

    Sərdar Cəlaloğlu Kondisiologiya elmi əsasında hazırladığı yeni nəzəriyyəsini müəlliflik hüququnun qeydiyyatı ilə əlaqədar Müəllif Hüquqları Agentliyinə təqdim edib.

    Qeyd edək ki, bu nəzəriyyə kosmik hadisələrin – vulkanların, zəlzələlərin, Günəş partlayışlarının, meteor yağışlarının, asteroid və kometlərin əmələ gəlməsi və ulduzların sönməsinin səbəbini izah edir.

    Nəzəriyyənin praktiki əhəmiyyəti ondan ibarətdir ki, bu nəzəriyyə kosmik hadisələrin baş vermə vaxtını astronomik dəqiqliklə əvvəlcədən proqnozlaşdırmağa imkan verir.   

    Muxalifet - 24-02-2015

  3. Eldəniz Quliyev Nurəddin İsmayılı "zarafatcıl adam" adlandırdı

    Milli Şura üzvü Sərdar Cəlaloğluna da tövsiyyə verdi: "Güzgüyə baxmayın, çünki..."

    Muxalifet - 24-02-2015

  4. Manata şeir qoşuldu - "Devalvasiya"

    Manatın ucuzlaşmasına müxtəlif formalarda münasibət bildirilir. Musavat.com xəbər verir ki, Ramiz Qusarçaylının "Devalvasiya" adlı şeiri sosial şəbəkələrdə paylaşılıb. Şeiri təqdim edirik:

     

    Rubl kopeek, lira kuruş gətirdi,

    Manat cəmi qırx gün duruş gətirdi,

    Şahqulu bəy yenə bayquş gətirdi

    Milli bankın bağrı deşmə-deşmədi,

    Qoyun ili hər qoyuna düşmədi...

     

    Bu bazarda tərəzi nə, mizan nə,-

    Pul yiyəsi, pulsuzlarla məzən nə?!

    Muxalifet - 25-02-2015

  5. Həyat və zəka

    Sən demə, böyük ağıl və istedad tamamilə faydasız şeydir…

    İnsanların içində, hər yerdə olmasa da, müəyyən ölkələrdə fövqəlistedadlar, fövqəlzəkalar doğulur. Çox qəribədir ki, əksəriyyəti də totalitar rejimlərdə. Ona görə bu zəka onlara nadir hallarda fayda verir. Əksər hallarda ya bəxtləri gətirib yaşayır, ya da böyük Mirzə Fətəli kimi müəllimi Mirzə Şəfinin sözünə baxaraq rus dilini öyrənməyi sayəsində firavan yaşayır, amma öləndən sonra günlərlə basdırılmamış qalır.

    Muxalifet - 25-02-2015

  6. “Yeni Müsavat” Anar Məmmədovdan üzr istədi- bütün yazılara görə - FOTO

    “Yeni Müsavat” qəzeti Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov haqda yazdığı bütün yazılara görə təkzib verərək üzr istəyib.

    Virtualaz.org saytı xəbər verir ki, bu barədə qəzetin bu günkü sayında təkzib məlumatı yayılıb.  Təkzib xəbərində deyilir:

    Muxalifet - 25-02-2015

  7. Böhran medianı da "vurdu": bir neçə iqtidaryönlü sayt bağlanır

    Ölkədə baş verən maliyyə böhranı ölkə mediasına da təsirsiz ötüşməyib. Arqument.Az-a daxil olan məlumata görə, yaxın zamanlarda oliqarxların maliyyələşdirdiyi media orqanlarının bir neçəsi bağlana bilər. Bəzilərində isə ixtisarların olacağı bildirilir. Məlumatda vurğulanır ki, oliqarxlara bəzi media layihələrini dayandırmaq barədə tapşırıq verilib. Buna səbəb isə oliqarxların mediaya külli miqdarda maliyyə ayırması olub. Bundan başqa, büdcədən maliyyələşən media qurumlarında da ixtisarların olacağı istisna olunmur.

    Muxalifet - 25-02-2015

  8. “Qəzetlərin hamısı bağlanmalıdır, çünki...”

    Mehman Əliyev: “Onlar öz ayaqları üstündə durmağı bacarmırlar”

    Son günlər bəzi media ekspertləri tərəfindən manatın məzənnəsinin aşağı düşməsinin ölkədə fəaliyyət göstərən bəzi qəzetlərin bağlanmasına gətirib çıxaracağı ilə bağlı fikirlər səslənməkdədir. Bununla bağlı Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev qəzetlərin bağlanması ilə fəaliyyəti arasında hər hansı ciddi fərqin mövcud olmadığını bildirdi:

    Muxalifet - 26-02-2015

  9. Hakimiyyət iri “balıq”ları kənarda qoyur

    Sıravi şəxslər özbaşına qiymət artıra bilərmi?

    Azərbaycan hakimiyyəti “mübarizə” sözünə o qədər nifrət edir  ki, bütün mübarizə insanlarını şərləmək, həbs etmək istiqamətində dayanmadan fəaliyyət göstərir. Amma bir neçə il öncə hökumət də “mübarizə” aparmağa qərar verdi və Korrupsiyaya qarşı mübarizə idarəsi yaradıldı.

    Muxalifet - 27-02-2015

  10. Bakıda müfəttişlər daha bir sürücünü vəhşicəsinə döydü

    Bakıda Nəqliyyat Nazirliyinin müfəttişləri sürücünü döyüb.

    Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsindən verilən məlumata görə, hadisə fevralın 26-da axşam saatlarında “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınıb.

    Muxalifet - 27-02-2015

  11. Prezidentə açıq məktub

    Gənc yazar Orxan Bahadırsoy prezident İlham Əliyevə açıq məktubla müraciət edib. Muxalifet.az-ın elektron poçtuna göndərilən məktubu olduğu kimi dərc edirik:

    Möhtərəm prezident, mən sizi başa düşürəm! Siz böyük kürsülərin insanısız! Bizim halımızdan anlamaq çətin gələr sizə. Bunu bilirəm. Amma yenə də dərdimizi sizə danışmaq istəyirəm.

    Muxalifet - 27-02-2015

  12. Pol Qobl: “Rusiya üçün Gürcüstan vasitə, Ermənistan alət, Azərbaycan mükafatdır”

    Beynəlxalq vasitəçilərin dəstəyi ilə Minskdə atəşkəsə dair razılığın əldə edilməsinə baxmayaraq, Ukraynanın şərqində vəziyyət gərgin olaraq qalır. Təhlilçilər Ukrayna böhranının post-sovet məkanında dondurulmuş münaqişələrə təsirlərini qeyd edir. ABŞ Dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri olmuş tanınmış amerikalı politoloq Pol Qobl Amerikanın Səsinə müsahibədə Ukraynada vəziyyət, Rusiya və Qərb arasında qarşıdurmanın və Ukrayna böhranının Cənubi Qafqaz bölgəsinə təsirlərini şərh edib. -  (VİDEO).

    Muxalifet - 28-02-2015

  13. İsa Qəmbər: “Bu qəddar siyasi qətl Putin rejiminin iflasını sürətləndirəcək”

    Müsavat Partiyasının lideri İsa Qəmbər «facebook» səhifəsində Boris Nemtsov-la görüşdüyünü yazır:

    “Rusiyanın ən parlaq ictimai-siyasi xadimlərindən biri Boris Nemtsov öldürüldü. Onunla görüşlərim, söhbətlərim mənə əsas verirdi ki, B.Nemtsov-u həm də gələcəkdə demokratik Azərbaycanla demokratik Rusiya münasibətlərinin qurulmasına hazır ən yetkin dövlət adamlarından biri kimi dəyərləndirim.

    Bu qəddar siyasi qətl Putin rejiminin iflasını sürətləndirəcək”.

    Muxalifet - 28-02-2015

  14. Sərdar Cəlaloğlu: “Müsavatın dialoqda iştirak etməməsinin səbəbi başqadır”

    “Əli Kərimli və Cəmil Həsənlinin iqtidar-müxalifət dialoqunda iştirakının tərəfdarı deyiləm. Onlar yalnız kimisə yaxşı təhqir edə bilərlər. Bu isə siyasi dialoq üçün məqbul yol deyil, dialoq əməkdaşlıq tələb edir”.

    Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

    Muxalifet - 28-02-2015

  15. Əli Kərimli: “Özümü çox yaxın dost itirmiş biri kimi hiss edirəm”

    “Avtoritarizm, diktatura, soyğunçuluq tərəfdarı olan qara qüvvələr sevinməsinlər; Nemtsov ölümə şüurlu gedənlərdən idi...”

    AXCP sədri Əli Kərimli Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətlə yetirilməsinə münasibət bildirib. O, facebook səhifəsində yazıb:

    Muxalifet - 28-02-2015

  16. Öcalan kürdləri tərksilaha çağırdı... - YENİLƏNİB

    Dünya mətbuatı Ocalının çağırışına dərhal reaksiya verdi

    PKK-ya edilən qurultay çağırışı dünya mətbuatında da yer alıb.

    Bu tarixi hadisə haqqında ilk olaraq “Reuters” xəbər agentliyi yazıb.  Agentlik “Abdullah Öcalan tərəfdarlarını bahar ərəfəsində “tərksilah” qurultyına çağırdı” - ifadələrinə yer verib və hadisəni mühüm addım kimi dəyərləndirib.

    Muxalifet - 28-02-2015

  17. Putin: "Boris Nemtsovu qətlə yetirənlər layiqli cəzalarını alacaqlar"

    “İnanıram ki, Boris Nemtsovu qətlə yetirən şəxslər layiqli cəzalarını alacaqlar”.

    Kremlin saytında yer alan xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin B. Nemtsovun anasına ünvanladığı teleqramda deyilir. 

    “Bu alçaq və ikiüzlü qətlin sifarişçilərinin və iştirakçılarının layiqli cəza almaları üçün bütün lazımi addımlar atılacaq”, - deyə teleqramda vurğulanıb.

    Putin həmçinin qeyd edib ki, Nemtsov Rusiya tarixində özünəməxsus iz buraxıb.

    Muxalifet - 28-02-2015

  18. Mənə “rüşvət ver” dedilər, arzularımı yedilər... - GƏNC YAZAR

    Mənə “rüşvət ver” dedilər, arzularımı yedilər...

    2011-ci ildə orta məktəbi bitirib 1-ci ixtisas qrupu üzrə imtahan verdim. Neft Akademiyasının “Biotibbi texnologiya mühəndisliyi” ixtisasına qəbul olundum. Heç sevmirdim bu sahəni. 2007-ci ildə aktyor olacağıma qərar vermişdim. Amma ailəm istəmirdi aktyor olmağımı. Gah “o sahədə pul yoxdur, acından öləcəksən” dedilər, gah da “kişi sənəti deyil” dedilər. Amma mən heç vaxt o istəyimdən imtina etmədim. Sadəcə ailəmə qarşı çıxmamaq üçün o arzunu müvəqqəti boğub mühəndisliyə getmişdim.

    Muxalifet - 28-02-2015

  19. Nemtsovun keçmiş arvadı: “Borya yaxşı ata idi, ədalətli, sevən ata idi…”

    Boris Nemtsov yaxşı, ədalətli və sevən ata idi. Uşaqlar üçün onsuz həddən-ziyadə çətin olacaq. Rusiya mətbuatı xəbər verir ki, bu sözləri fevralın 27-də axşam saatlarında qətlə yetirilən müxalif siyasətçi, prezident Vladimir Putinin əsas rəqibi sayılan Boris Nemtsovun vətəndaş nikahında olan keçmiş həyat yoldaşı Yekatrina Odinsiva deyuib.

    “Borya yaxşı ata idi, ədalətli və sevən ata idi. Bu, bizim hamımız üçün böyük itkidir”, - deyə o, qeyd edib. 

    Muxalifet - 28-02-2015

  20. Türkiyəli məşhur yazar Yaşar Kamal vəfat etdi

    Uzun müddətdir ki, xəstəxanada müalicə alan Türkiyənin usta yazarı Yaşar Kamal vəfat etdi.

    “CNNTürk” xəbər verir ki, ağ ciyər infeksiyası və ürək ritm pozuqluğu diaqnozu ilə yanvarın 14-dən İstanbul Universiteti Tibb Fakültəsi Xəstəxanasında müalicə alan usta yazar Yaşar Kamal dünyasını dəyişib.

    92 yaşlı yazar həm də qələmə aldığı “İnce Memed” şedevr hekayəsi ilə oxucuların qəlbində taxt qurmuşdu. PEN Yazarlar Dərnəyinin üzvü Yaşar Kamal Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olan ilk türk yazarı idi.

    Muxalifet - 1-03-2015

Pages