Axtarış

The search found 105700 results in 0.099 seconds.

Search results

  1. ZELENSKİ SEÇKİ KEÇİRMƏYƏ RAZILAŞDI – “Ukrayna NATO üzvlüyündən də imtina edəcək, amma...”

    Ukrayna hakimiyyəti ölkədə seçkilərin keçirilməsinə razılıq verib.

    Bunu Ukrayna nizamlanması üzrə Moskva-Vaşinqton danışıqlarında iştirak edən ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff jurnalist Taker Karlsona müsahibəsində deyib.

    Muxalifet2 - 22-03-2025

  2. Elm və Təhsil Nazirliyinin vəzifəli şəxsi də “QHT İşi” üzrə istintaqa cəlb edildi

    Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Baş Prokurorluğun İstintaq İdarəsində aparılan “QHT İşi” çərçivəsində istintaqa cəlb olunub.

    Muxalifet.az xəbər verir ki, bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, Günel Səfərova da ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) qrant alan şəxslər siyahısında olub.

    Onun ötən həftə Baş Prokurorluqda 5 saata yaxın dindirildiyi bildirilir.

    Muxalifet2 - 24-03-2025

  3. "Kontakt Home"da lotereya müəmması: Minlərlə müştəri necə aldadılıb?

    "Kontakt Home” mağazalar şəbəkəsi (hüquqi adı "ABC Telecom” MMC) əvvəlcədən borucunu ödəyən müştərilərlə bağlı keçirilən lotereya oyununu müəmmalı səbəblərdən təxirə salıb.

    Muxalifet.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, bir neçə aydır "Kontakt Home” mağazalar şəbəkəsi müştərilərə "əvvəlcədən borucunu bağla, Novruz bayramında avtomobil və digər elektorun avadanlıqların udulması üçün lotereyaya qoşul” kompaniyasına start verib. Minlərlə müştəri Novruz bayramı günü keçirilməsi nəzərdə tutulan lotereya oyununa qoşulmaq üçün kredit borclarını ödəyib.

    Muxalifet2 - 24-03-2025

  4. NİZAMİNİN İCRA BAŞÇISINDAN “BAYRAM FÜRSƏTİ” - Məktəb ərazisindəki qanunsuz tikinti nədən “görməzliyə vurlur”?

    "Bakının Nizami rayonunda əvvəllər məktəbin ərazisinə daxil olan ərazilər indi sahibkarlıq subyektlərinin istifadəsinə verilib. Belə ki, rayonun Qara Qarayev prospektində yerləşən 61 nömrəli orta məktəbin ərazisi avtoyuma və təmir məntəqələri tərəfindən özəlləşdirilib. Bayram tətilindən istifadə edən sahibkarlardan biri ərazini hasarlayıb və yeni avtoyuma məntəqəsi tikmək niyyətinə düşüb”.

    Muxalifet2 - 25-03-2025

  5. "Ermənistan və Rusiya dostluğu haqqında danışmaq hələ tezdir" - Paşinyanın kəskin dönüşü

    Axtarış
    "Ermənistan və Rusiya dostluğu haqqında danışmaq hələ tezdir" - Paşinyanın kəskin dönüşü

    Baxiş sayı: 167
    Dərc olunub: 25/03/2025 - 22:36
    Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, ölkəsi KTMT ilə münasibətlərinə yenidən baxmağı planlaşdırmır, həmçinin Moskvanı Azərbaycanla kommunikasiyaların qarşılıqlı şəkildə açılmasına cəlb etmək niyyətində deyil. Eyni zamanda o qeyd edib ki, Ermənistan Rusiya ilə münasibətlərdə gərginlik istəmir.

    Muxalifet2 - 25-03-2025

  6. “O, AZƏRBAYCANDAN MİLYARDLARLA DOLLAR ÇIXARIB” – Sabiq nazirin oğlunun şəriyindən sensasiyalı müsahibə

    “Anar Mahmudovun işi yalnız bahalı çaxırlar içmək olub”

    “2008-ci ildə Eldar Mahmudov mənə elə bir təklif göndərdi ki, ondan imtina etmək mümkünsüz idi”.

    Muxalifet2 - 25-03-2025

  7. Yasamal rayonu ərazisində ağaclar MƏHV EDİLİR - Nazirlik hərəkətə keçdi

    Bakının Yasamal rayonu ərazisində ağacların kəsildiyini əks etdirən görüntülər yayılıb.

    Muxalifet.az Globalinfo.az-a istinadən xəbər verir ki, görüntülər Şərifzadə küçəsi, İTV-nin binasının arxası, "Azon zavodu"nun ərazisində qeydə alınıb. 23 aprel 2024-cü ilə - bir il öncəyə aid videoda ərazidə xeyli şam və küknar ağaclarının olduğu görünür. İddia olunur ki, hazırda ağaclar texnika ilə məhv edilir.

    Şahidlərin sözlərinə görə, "Avant Park" şirkəti yaxınlıqda tikinti aparır, amma ağacları qıran bu şirkətin olub-olmadığı bilinmir.

    Muxalifet2 - 26-03-2025

  8. Qohumundan deputat Əhliman Əmiraslanova və oğluna qarşı qarşı İTTİHAMLAR

    Bakı şəhər sakini Bağırov Vüqar Yusif oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə yaxın qohumu, deputat Əhliman Əmiraslanova, həyat yoldaşı Bağırova Hicran Firuddin qızına və deputatın oğlu Azər Əmiraslanova müraciət edir. Onun müraciətini olduğu kimi dərc edirik:

    Muxalifet2 - 27-03-2025

  9. Yasamalda yaşayış olan evi belə dağıtdılar - ANBAAN GÖRÜNTÜLƏR

    Paytaxtda tikinti şirkətinin yaşayış olan evləri sökməsini əks etdirən görüntülər yayılıb.

    Görüntüləri Əzizə Kərimli sosial şəbəkə səhifəsində paylaşıb. O bildirib ki, “Melissa Group” tikinti şirkəti Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparır.

    Söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb.

    DİN-in Mətbuat Xidmətindən bildirib ki, söküntü ilə bağlı ərazi polis orqanına daxil olan müraciət əsasında araşdırma aparılır.

    Muxalifet2 - 27-03-2025

  10. "Alatavada söküntü işləri müvafiq icazə olmadan aparılıb" - DÖVLƏT KOMİTƏSİ / VİDEO

    Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

    Muxalifet2 - 27-03-2025

  11. Yaşayış olan evi dağıdan tikinti şirkətinin əməkdaşları saxlanıldı - CİNAYƏT İŞİ AÇILDI

    Bakıda yaşayış olan evin sökülməsi ilə bağlı cinayət işi açılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.

    Muxalifet2 - 27-03-2025

  12. Yasamalda aparılan qanunsuz söküntü işi ilə bağlı RƏSMİ AÇIQLAMA / YENİLƏNİB

    Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.

    DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.

    Faktla bağlı araşdırma aparılır.

    TƏBİB-dən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Alatavada söküntü zamanı təcili yardıma müraciət qeydə alınıb.

    Muxalifet2 - 27-03-2025

  13. Yasamalda evi başına uçurdulan qadın hadisənin DETALLARINI AÇIQLADI

    "Mən 35 ildir, bu ünvanda yaşayıram. Evimizin çıxarış sənədi var. "Melisa Park" şirkəti ilə heç bir razılığımız olmayıb. Qonşularımız ilə danışıblar, onlara söküntüyə görə istədikləri qədər ödəniş ediblər. Bizə də müraciət edəcəklərini gözləmişik, lakin heç bir danışıq olmayıb".

    Bu fikirləri Oxu.Az-a açıqlamasında Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva deyib.

    O, fikirlərinə belə davam edib:

    Muxalifet2 - 27-03-2025

  14. Yasamalda qadının evini başına uçuran “xeyriyyəçi“ iş adamı kimdir? - DOSYE

    Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında tikinti şirkəti içərisində yaşayış olan evin bir hissəsini dağıdıb.

    Muxalifet2 - 27-03-2025

  15. “KADIROVLA KREML ARASINDA MÜNAQİŞƏ YARANIB” – “Qızı buna görə istefa verib”

    Son zamanlar Çeçenistan başçısı Ramzan Kadırovla Kreml arasında münasibətlər ciddi dərəcədə soyuyub.

    Bu barədə “Vajnıye İstorii”(Mühüm hekayələr) nəşrində məlumat dərc edilib.

    Muxalifet2 - 27-03-2025

  16. Qadının evini başına yıxan “Melissa Group”la bağlı DƏHŞƏTLİ FAKTLAR

    Xəbər verdiyimiz kimi, “Melissa Group” tikinti şirkətinin işçiləri bu gün paytaxtın Yasamal rayonu, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında içərisində yaşayış olan evin bir hissəsini dağıdıb.
    Bununla bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.
    DİN-dən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb və araşdırma aparılır.

    Muxalifet2 - 27-03-2025

  17. "Leyla Əliyeva və Arzu Əliyevanın Ramazanda 1500-dən çox şəhid anası və şəhid ailələri ilə görüşü onlara böyük təsəlli oldu" – CƏLAL QURBANOV / FOTO, VİDEO

    Şəhidlər – azadlığımızın, suverenliyimizin əbədi keşikçiləridir. Onların ailələri isə bizə əmanətdir. Bu müqəddəs Ramazan ayında və Novruz bayramı günlərində şəhid analarına, şəhid övladlarına göstərilən diqqət və qayğı bir daha sübut etdi ki, onların fədakarlığı xalqımızın qəlbində əbədi yaşayacaq.

    Muxalifet2 - 28-03-2025

  18. “Melissa Group”-un daha bir özbaşınalığı – VİDEO

    Şirkət daha əvvəl də sakinlərin evini başlarına uçurub

    Məlum olduğu kimi, sosial mediada və mətbuatda Yasamal rayonu Birinci Alatava massivi, Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.

    Muxalifet2 - 28-03-2025

  19. “MELİSSA GROUP” ŞİRKƏTİNİN SAHİBİ SAXLANILDI - DİN təsdiq etdi

    “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

    APA xəbər verir ki, Qalib Məmmədov dünən Yasamal rayonunda baş verən hadisə ilə bağlı saxlanılıb.

    Muxalifet2 - 28-03-2025

  20. Yasamalda zibil qutularının yerində obyekt tikilir – İcra hakimiyyəti isə qanunsuz tikintini “görmür”

    Yasamal rayonu Zərdabi küçəsində, 167 saylı orta məktəbin yaxınlığında, “Oba market”lə üzbəüz qanunsuz tikinti aparılır.

    Muxalifet.az xəbər verir ki, bu barədə “AzPolitika”-nın elektron poçtuna məlumat və fotolar daxil olub.

    Muxalifet2 - 28-03-2025

Pages