“Melissa Group”-un daha bir özbaşınalığı – VİDEO

Şirkət daha əvvəl də sakinlərin evini başlarına uçurub
Məlum olduğu kimi, sosial mediada və mətbuatda Yasamal rayonu Birinci Alatava massivi, Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.
Ölkədə ciddi əks-səda doğuran bu hadisədən sonra iş icraçısı və ekskavator sürücüsü həbs olunub. Ancaq məlum məsələdir ki, belə açıq cinayət əməlləri, özbaşınalıqlar “prorab” və sürücü səviyyəsində törədiləcək əməllər deyil. Sözsüz ki, şirkət rəhbərinin birbaşa əmri, göstərişi olmadan bu cür söküntü aparıla bilməzdi. Bu baxımdan “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədovun saxlanılması zəruri idi. DİN artıq onun saxlanılması barədə məlumat yayıb.
Xatırladaq ki, bundan öncə də “Melissa Group” Yasamal sakinlərinin evlərini başlarına uçurub. Söhbət yenə Yasamal rayonu, Alatava-1 adlanan ərazidən gedir. Bu hadisə də Novruz bayramı günlərində baş verib. Hətta bu barədə telekanallarda süjet də gedib. Lakin görünür, həmin vaxt şirkətə qarşı hər hansı tədbir görülməməsindən və cəzasızlıq mühitindən faydalanan şirkət rəhbərliyi eyni üsuldan təkrar istrifadə etmək qərarına gəlib.
Həmin süjeti təqdim edirik: