Axtarış
The search found 105700 results in 0.098 seconds.
Search results
ADP-dən Türkiyədə keçirilən mitinqlərə REAKSİYA
“Bu olayların qardaş ölkənin daxili sabitliyinə mənfi təsir göstərməsindən narahatıq”
“Türkiyənin bu təlatümləri geridə buraxaraq, ölkənin vahidliyini, bütövlüyünü, vətəndaş həmrəyliyini təmin edə biləcəyinə inanırıq”
Muxalifet2 - 7-04-2025
GÖMRÜK KOMİTƏSİNDƏ RÜŞVƏT ƏMƏLİYYATI - Vəzifəli şəxslər həbs edildi
Dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə və onlardan rüşvət almaqla himayədarlıq etməkdə təqsirləndirilən şəxslər ifşa edilib.
Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.
Qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri barədə həmin qurumda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.Muxalifet2 - 8-04-2025
QARAYEV ÖTƏN İL RUSİYADAKI BİZNESİNDƏN NEÇƏ MİLYON QAZANIB? - Rəqəmlər açıqlandı / FOTO
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin Rusiyada fəaliyyət göstərən şirkəti ötən il 146 milyon 636 min rubl (1 milyon 585 min dollar) gəlir əldə edib...
Muxalifet2 - 8-04-2025
ŞƏHİD QIZI TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNDƏN ŞİKAYƏTÇİDİR - Prezidentə müraciət
Samux rayonu, Sərkar kənd sakini Bağırova Aytən Çingiz qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
"Cənab Prezident!
Cənab Nazir!
Muxalifet2 - 9-04-2025
Şəki Mərkəzi Xəstəxanasında “ölü canlar” – ŞİKAYƏT
Müəyyən səbəblərdən adının saytımızda çəkilməsini istəməyən Şəki rayon sakini tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi Şəki Mərkəzi Xəstəxanasında “rüşvətin tuğyan etdiyini” bildirir:
“Bildirim ki, Şəki rayon Mərkəzi xəstəxanasının direktoru Məcid Əliyev bazar açıb. Orada işləyən həkimlər də məcbur olub, onun dediklərini vətəndaşa çatdırır, rüşvət almağa çalışırlar.Muxalifet2 - 9-04-2025
2020-ci ildə ermənilərin atdığı raket evini yararsız hala saldı, hələ də dəyən zərər qarşılanmayıb - ŞİKAYƏT
Gəncə şəhəri, Nizami küçəsi, ev 28 ünvanında yaşayan Mehdiyev Məzahir Qoçu oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, müharibə vaxtı Gəncə şəhərinə atılan raketlər nəticəsində evi xəsarət alsa da, bu günə kimi dəymiş zərərin qarşılığında hələ ona kompensasiya ödənilməyib:
“Mən, Mehdiyev Məzahir Qoçu oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Muxalifet2 - 9-04-2025
XANLAR VƏLİYEV KİMİ ƏVƏZ EDƏCƏK? – Konstitusiya Məhkəməsində yaş senzini pozan hakimləri
Səlahiyyət müddətini bitdiyinə görə Azərbaycanın Hərbi prokuroru vəzifəsindən azad edilən Xanlar Vəliyev Konstitusiya Məhəkəməsinin (KM) hakimi təyin olunacaq. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək plenar iclasına tövsiyə olunub.
Muxalifet2 - 9-04-2025
Almaniya və Britaniyadan Ukraynaya böyük hərbi yardım – HHM sistemləri, tanklar, radarlar, dronlar...
Aprelin 11-dəl Brüsseldə Ukraynaya müdafiə yardımı göstərən ölkələrin iştirakı ilə növbəti "Ramştayn" formatında Müdafiə Təmas Qrupu toplantısı keçirilib.
Qərb mediası xəbər verir ki, keçən toplantıda olduğu kimi, bu dəfə də iclasın sədri Böyük Britaniya və Almaniya olacaq. Pentaqonun rəhbəri Pit Heqset iclasa onlayn formatda qatılıb.
ABŞ, Ağ Evdə yeni administrasiyanın başlamasından sonra "Ramştayn" formatında iclaslarda sədrliyi öz üzərinə götürməkdən imtina edib.
Muxalifet2 - 11-04-2025
Bakı-Tbilisi qatarı ilə sərnişin daşımalarının bərpası təxirə salındı
Bakı-Tbilisi qatarı ilə sərnişin daşımalarının bərpası təxirə salındı
Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.
Bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl reyslərin 1 may tarixində bərpa ediləcəyi açıqlanmışdı.
Məlumatda billdirilib: “Bakı və Tbilisi arasında dəmir yolu ilə sərnişin daşınmasının bərpa edilməsinə dair işlər davam etdirilir, lakin reyslərin bərpa edilməsinin dəqiq tarixi daha sonra açıqlanacaq”.
Muxalifet2 - 11-04-2025
BANK KARTLARINDANKI PULLARIMIZ NECƏ OĞURLANIR? – Ekspert şok detalları AÇIQLADI
“Son bir neçə gündə DIN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin, nazirliyin rəsmisi Elşad Hacıyevin açıqladığı məlumatlara göz gəzdirirəm. Statistika sadəcə ağlasığmazdır”.
Bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz “Facebook” səhifəsində yazıb.
Ekspert nazirliyin son 3 gündə bank kartlarından oğurlanan məbləğlərin statistikasını paylaşıb:
“7 Aprel — 66,997 AZN
8 Aprel — 87,067 AZN
10 Aprel — 24,864 AZN
Muxalifet2 - 11-04-2025
BÖYÜK ORTA DOĞUNUN YENİ PATRONU... - Ağ Evin Türkiyə və Ərdoğan sevgisinin pərdəarxası
Namiq Bilal
Birləşmiş Ştatların Böyük Orta Doğuda və Afrikada əsas tərəfdaş olaraq Türkiyəni seçdiyi barədə məlumatlar beynəlxalq mətbuatda mütamədi olaraq yayılır.
Son günlərdə belə məlumatları rəsmən təsdiqləyən iki mühüm hadisə baş verib. Bunlardan birincisi ABŞ-nin Türkiyəyə göndərəcəyi yeni səfir Tom Barakın Senat dinləmələrində səsləndirdiyi fikirlərdir.
O deyib: ˝Birləşmiş Ştatların Orta Doğudakı basqı siyasətində, o cümlədən İrana qarşı siyasətində ən önəmli tərəfdaşı Türkiyədir. Afrika qitəsində də Çinə qarşı mücadilədə ABŞ-nin əsas müttəfiqi Türkiyədir˝.
Muxalifet2 - 11-04-2025
"SÜKUNƏTİMİZ BƏZİLƏRİNİ YANLIŞ HƏVƏSLƏRƏ SÜRÜKLƏMƏSİN" - Ərdoğandan İsrailə xəbərdarlıq / VİDEO
"Suriya xalqı artıq ağrıya, zülmə və müharibəyə doymuşdur. Suriyalı qardaşlarımıza bunları yenidən yaşatmaq niyyətində olanlar hesablarını buna uyğun qurmalıdır. Sakitliyimizi, səbirimizi, məsələləri dialoq yolu ilə həll etməyə çalışdığımız mövqeyimizi heç kim səhv başa düşməməli, səhv yozmamalıdır, sükunətimiz, sakitliyimiz bəzilərini çox yanlış həvəslərə sürükləməməlidir."
Bu fikirləri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan “IV Antalya Diplomatik Forumunun rəsmi Açılış Mərasimi”ndə çıxış zamanı səsləndirib.
Muxalifet2 - 11-04-2025
Bakıda restoran administratoru saxlanıldı - MÜŞTƏRİNİN KARTINDAN PUL ÇIXARIB
Restoranda müştərinin bank kartından oğurluq edən administrator saxlanılıb.
Muxalifet2 - 11-04-2025
Erməni kriminal avtoritet güllələndi - FOTO / VİDEO
Rusiyanin Krasnodar vilayətinin Tuapse rayonunda kriminal avtoritet güllələnib.
Rusiya mediası xəbər verir ki, polis kimyəvi mühafizə kostyumu geyinərək qətli törədən naməlum şəxsi axtarır.
“RİA Novosti”-nin məlumatına görə, qətl səhər saat 10:20 radələrində baş verib.
Muxalifet2 - 12-04-2025
UKRAYNANI BERLİN KİMİ BÖLÜŞDÜRMƏK?... – Moskvada saatlar çəkən Putin-Uiktof danışıqlarının nəticələri
Dünən axşam Sankt-Peterburqda Boris Yeltsin adına Prezident Kitabxanasında Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş keçirilib.
Qərb mediası bildirir ki, görüş dörd saat yarım davam edib.
Muxalifet2 - 12-04-2025
ADP-dən siyasi məhbuslarla bağlı ölkə rəhbərliyinə ÇAĞIRIŞ
Partiya siyasi motivlərlə həbsdə olan şəxsləri, o cümlədən Tofiq Yaqublu və Əvəz Zeynallını azadlığa buraxmağa çağırdı
Muxalifet2 - 15-04-2025
AVTOBUSDA... – Eldəniz Quliyev yazır
Bir sərnişin mənə yaxınlaşdı, maskasını azacıq endirib düz üzümə:
– Məəə... – dedi.
Sözün doğrusu, əvvəl çaşdım və təəccüblə:
– Sizi başa düşmədim, – deyə mızıldandım. – Nə istəyirsiniz ki?..
Sərnişin heç nə olmamış kimi növbəti dəfə mələdi. Bəli-bəli, sözün əsl mənasında qoyun kimi, keçi kimi mələdi...
– Məə-əə...
Boğazdan gələn bu ekzotik səs, təbii ki, digər sərnişinlərin də diqqətini cəlb elədi...
Neyləycəyimi kəsdirə bilmədiyimdən, susub mat-məəttəl ətrafdakılara baxdım; sanki kimsə köməyə gələcəkdi...Muxalifet2 - 15-04-2025
24 ilin tibb işçisi qanunsuz yerə işdən çıxarıldığını İDDİA EDİR - Astara xəstaxansının baş həkimindən şikayət
Astara rayonu, Şahağac kənd sakini İsmayılova Firavan Sərdar qızı tərəfindən redaksiyamıza şikayət daxil olub. Şikayətçi bildirir ki, Astara Mərkəzi Xəstəxanasının baş həkimi Oktay Əmənullayev onu qanunsuz olaraq işdən çıxarıb:
“Mən, İsmayılova Firavan Sərdar qızı, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Muxalifet2 - 16-04-2025
“Zülfəli İsmayılov dedi ki, evini söküb, səni də içində öldürəcəm” - BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ
Bakının Yasamal rayonunda baş verən qalmaqallı söküntüdən sonra paytaxtın mərkəzində daha bir mənzil qanunsuz olaraq dağıdılıb. Söhbət Xətai rayonu, Sergey Senyuşkin 34 ünvanında yerləşən mənzilin sahibindən icazəsi sökülməsindən gedir. Ev sahibi deyir ki, xəbəri olmadan ona məxsus qeyri-yaşayış sahəsi bir neçə saatın içində elə dağıdılıb k, daş daş üstündə qalmayıb, hətta içindəki əşyalar da bütünlüklə yoxa çıxıb.
Muxalifet2 - 16-04-2025
Fərhad Əhmədovun lüks maşınlarına həbs qoyuldu - SİYAHI
Milyarder iş adamı, “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sahibi Fərhad Əhmədova məxsus xidməti avtomobil və onun şirkətinin qeydiyyatında olan bir sıra milyonluq avtomobillərə həbs qoyulub.
Buna səbəb cəmiyyətin əsas səhmdarı Fərhad Teymur oğlu Əhmədova məxsus və onun tək təsisçiliyi ilə yaradılmış “Baku Kaspian Real İsteyts Limited” MMC-nin milyonlarla manatlıq borc öhdəliklərini yerinə yetirə bilməməsidir.
Muxalifet2 - 16-04-2025