Yasamalda yaşayış olan evi belə dağıtdılar - ANBAAN GÖRÜNTÜLƏR

Baxış sayı:
2617

Paytaxtda tikinti şirkətinin yaşayış olan evləri sökməsini əks etdirən görüntülər yayılıb.

Görüntüləri Əzizə Kərimli sosial şəbəkə səhifəsində paylaşıb. O bildirib ki, “Melissa Group” tikinti şirkəti Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparır.

Söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb.

DİN-in Mətbuat Xidmətindən bildirib ki, söküntü ilə bağlı ərazi polis orqanına daxil olan müraciət əsasında araşdırma aparılır.

Həmçinin, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.