ABŞ və Rusiya Ukrayna üzrə xüsusi qrup yaratdı
18-02-2025 21:22
Baxış sayı:
934

Ukraynanın nizamlanması üçün Rusiya-Amerika xüsusi qrupu yaradılacaq, o, həmçinin Ukraynadakı münaqişənin nüanslarını da nəzərə alacaq.
Bunu “Rossiya-1” efirində Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Biz Ukrayna ilə bağlı fundamental mövqelərimizi açıqladıq və münaqişənin əsas səbəblərini nəzərə almağın vacibliyini vurğuladıq. Amerikalılar, mən deyərdim ki, öz yanaşmalarını qısaca açıqlayıblar", - deyə diplomat qeyd edib.
"Bundan sonra biz razılaşdıq ki, bu problemin bütün nüanslarının müzakirəsi ilə yaxından və əsaslı məşğul olacaq xüsusi qrup yaradılsın", - Uşakov əlavə edib.