Azərbaycanlı futbolçu oyun zamanı namaz qıldı (FOTO)

"Qəbələ"nin oyunçusunun hərəkəti türkləri heyran etdi

Bir neçə gün öncə Türkiyənin "Eskişehirspor" komandası ilə qarşılaşan Azərbaycanın "Qəbələ" klubunun oyunçusu türkləri heyran edib.

ANS PRESS-in məlumatına görə, buna səbəb onun oyun öncəsi hərəkəti olub.

Belə ki, "Qəbələ"nin oyunçusu Telnur Mütəllimov stadionun kənarında namaz qılıb.

T.Mütəllimov ehtiyat heyətdə yer alıb. Azərbaycanlı futbolçu qarşılaşmanın son dəqiqələrində meydana girib.

Xatırladaq ki, oyun 3-1 hesabı ilə bitib.